Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

İyulun 12-də Azərbaycanda Atatürk Mərkəzində tədqiqatçı, tanınmış dilçi-türkoloq, Nyu-York Elmlər Akademiyasının akademiki, uzun müddət Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində dillər kafedrasının müdiri Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə M.ÇobanovunAzərbaycan şəxs adlarıAzərbaycan antroponimiyasının əsaslarıkitablarının yenidən işlənmiş əlavələr olunmuş üçüncü nəşrləri, eləcə yubilyara həsr olunmuşElin elmin ağsaqqalıkitabı təqdim olunub.

Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli alimin həyat fəaliyyətindən bəhs edib. Akademik bildirib ki, professor M.Çobanov Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-ə yaxın kitabın, 28 tədris proqramının, 600-dək elmi məqalənin, ölkə həyatının siyasi, iqtisadi mədəni-maarif məsələlərinə həsr olunmuş 220-dən çox oçerkin müəllifidir. O, 60-a yaxın kitabın redaktoru, rəyçisi tərcüməçisi, 110 elmi konfransın fəal iştirakçısı, 100-dən çox doktorluq namizədlik dissertasiyalarının opponenti rəyçisi olub. Onun elmi-pedaqoji fəaliyyətinə dair bir neçə kitab, onlarca məqalə, əsərləri haqqında 100-dək rəy, 30-a yaxın şeir oçerk yazılıb.

Tədbirdə N.Cəfərovun yubilyara həsr etdiyiZəhmətkeş alim, tanınmış dilçi-türkoloqkitabından da danışılıb. Məlumat verilib ki, kitabda M.Çobanovun mənalı həyat yolu, ictimai, elmi-pedaqoji, həmçinin türk dieloktoloqu, onomatoloqu, antroponimisti kimi məhsuldar fəaliyyətindən bəhs olunur.

Qeyd olunub ki, professor M.Çobanov Azərbaycan-gürcü xalqlarının tarixi ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə 2008-ci ildə GUAM təşkilatının diplomu, 2011-ci ildəƏn yaxşı vətənpərvər tədqiqatçı-alimilin alimiQızıl medal”ı ilə təltif olunub. 2012-ci ildə isəDədə QorqudFondu yubilyarıQızıl ürəkqızıl medalı ilə mükafatlandırıb. M.Çobanov çoxşaxəli elmi yaradıcılığa malik olan yenilikçi alimlərimizdəndir. Alimin əsərləri Azərbaycan, özbək, qazax, qırğız, türkmən, rus, gürcü başqa xalqların dillərinə tərcümə olunub.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu professor M.Çobanovun elmi əsərlərinin əhəmiyyətindən söhbət açaraq ona yeni yaradıcılıq uğurları arzulayıb.

 

Əməkdar Elm Xadimi, professor Nizami Xudiyev M.Çobanovun dilçi filoloqlarımız arasında seçildiyini diqqətə çatdırıb. N.Xudiyev qeyd edib ki, bir alim kimi M.Çobanovun yaradıcılığı olduqca genişdir. O, gənclik enerjisi ilə araşdırmalar aparır, yeni-yeni uğurlara, nailiyyətlərə imza atır.

Görkəmli alimin elmi pedaqoji fəaliyyətindən bəhs edən Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev M.Çobanovun əsərlərinin elmi-nəzəri təcrübi cəhətdən çox əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra respublikamızın tanınmış alimləri, yubilyarın həmkarları çıxış edərək görkəmli alimin 80 illik həyat yoluna nəzər salaraq onun apardığı elmi araşdırmaların türkologiya tarixində xüsusi yeri olduğunu bildiriblər.

Tədbirdə yubilyar Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov Qafqaz-Press” İctimai Birliyinin sədri Azadə Taleh tərəfindən fəxri fərmanlarla təltif edilib.

Sonda professor M.Çobanov tədbirin iştirakçılarına təşkilatçılarına minnətdarlığını bildirib.

Arif Əsədov

Yeni Azərbaycan.- 2017.- 13 iyul.- S.7.