Bu gün bütün
sahələrdə əldə
edilən uğurların
hər birinin əsasında Ulu öndərin ideyaları dayanır
Binəqədi rayonunda Ulu öndər
Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin
48-ci ildönümünə həsr edilmiş “14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi” adlı tədbir keçirilib
Dünən Binəqədi rayon
İcra Hakimiyyəti,
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi
rayon təşkilatı,
Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ulu öndər
Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin
48-ci ildönümünə həsr edilmiş “14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi” adlı tədbir keçirilib.
Rayon İcra
Hakimiyyətinin inzibati
binasında keçirilən
tədbiri giriş sözü ilə açan YAP Binəqədi
rayon təşkilatının
sədri Ramiz Göyüşov 14 iyul
1969-cu il tarixinin əhəmiyyətindən danışıb.
Müasir Azərbaycan tarixinin
dönüş mərhələsini
təşkil edən bu tarixin Ulu
öndər Heydər
Əliyevin Azərbaycana
rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı
olduğunu nəzərə
çatdıran natiq Ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komitəsinin birinci
katibi seçilməsi
ilə Azərbaycanın
gələcək inkişafının
fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini
deyib.
Sonra “14 iyul
1969-cu il: Milli intibahın başlanğıc
tarixi” mövzusunda məruzə ilə çıxış edən
millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, 1969-cu il iyulun 14-də Azərbaycanın
yeni intibah dövrü başladı:
“Ulu öndər
Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. 1969-cu ildə
keçirilən məşhur
avqust plenumu isə Azərbaycanın həyatında mühüm
və şərəfli
bir mərhələnin
başlanğıcı oldu.
1969-1982-ci illər respublikamızda
quruculuq salnaməsinin
parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider
Heydər Əliyev hələ sovet dövründə böyük
uzaqgörənliklə və
müdrikcəsinə Azərbaycanın
gələcək müstəqilliyinə
hərtərəfli zəmin
yaratdı. Bu gün bütün sahələrdə əldə
edilən uğurların
hər birinin əsasında Ulu öndərin ideyaları dayanır. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət hələ Azərbaycana daha böyük uğurlar bəxş edəcək. Necə ki, hər
birimiz hər ildə əldə edilən uğurların nümunəsində bunları
görə bilirik”.
Daha sonra
çıxış edən
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini
Aygün Əliyeva bildirib ki, 1969-cu il iyulun 14-dən Azərbaycan tarixinin Ulu öndər Heydər Əliyev dövrü başlanıb:
“Elə bir
dövr ki, sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan
bütün məhdudiyyətləri
və çatışmazlıqları
ilə bərabər,
respublikanın sosial, iqtisadi və mədəni inkişafında
əvvəllər görünməyən
sıçrayışlarla, ən başlıcası isə, xalqın mənəvi intibahı, oyanış proseslərinin dərinləşməsi,
milli özünüdərkin
kütləvi şəkildə
oyanması ilə xarakterizə olunur. Ümummilli lider Heydər Əliyevin həyatının əsas
qayəsi doğma Azərbaycan və Azərbaycan xalqına xidmət olub. Bütün varlığı ilə elinə-obasına bağlı
olan müdrik rəhbər yalnız Vətənini, xalqını
firavan, xoşbəxt görmək arzusu ilə yaşayıb, mübarizə aparıb, mücadilələr verib,
hətta həyatını
belə qurban verməkdən çəkinməyib.
Azərbaycan xalqının
demokratik-hüquqi dövlətdə
yaşamaq idealının
real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək
əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - Ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərin hakimiyyətinin ikinci mərhələsində də
qanunçuluğa, hüquq
qaydalarına, ədalətə
bağlı olması
Onun zəngin mənəviyyatından, demokratizmindən
qaynaqlanıb”.
Yeni Azərbaycan.-
2017.- 14 iyul.- S.5.