Xalq yazıçısı Elçinin “Baş” romanı Naxçıvanda
nəşr olunub
Xalq yazıçısı
Elçin Əfəndiyevin
“Baş” romanı Naxçıvan şəhərində
“Əcəmi” Nəşriyyat-Poliqrafiya
Birliyində yüksək
poliqrafik keyfiyyətlə
nəşr olunub.
Romanın süjet
xəttini Bakı xanlığında Rusiya imperiyası işğalçı
ordusunun komandanı general Sisianovun başının kəsilməsi
və Fətəli şah Qacara göndərilməsi, eləcə
də bundan sonrakı gərgin hadisələr təşkil
edir. Geniş əhatə dairəsinə
malik olan bu tarixi-fəlsəfi romanda Azərbaycan xanlıqlarında, Gürcüstan,
Şimali Qafqaz, Rusiya, İran, Osmanlı imperiyası, eləcə də Avropada həmin dövrdə baş verən siyasi hadisələr yüksək
sənətkarlıqla təsvir
olunub.
Əsər oxucunu
XIX əsrin əvvəllərinə
aparır. Bakıda və Qarabağda cərəyan edən, Sankt-Peterburqda, İranda baş vermiş hadisələr romanda bəhs olunan dövrün sosial-siyasi mənzərəsini yaradır.
Stepan Razinin edam səhnəsi,
Bakıda Qoşa Qala qapısının qarşısında Qafqaz canişini general Sisianovun başının
kəsilərək Azərbaycandakı,
habelə İrandakı
mövcud xanlıqların
ərazilərindən keçərək
Tehrana aparılması,
eləcə də Qarabağ xanına qarşı sui-qəsd ustalıqla işlənilib, tarixi faktlara dəqiqliklə istinad edilib.
Bədii sözün
gücündən ustalıqla
istifadə olunan romanda müəyyən tarixi dövrdə və coğrafi məkanda baş vermiş hadisələr həm də yazıçı təxəyyülünün
məhsulu kimi göstərilib. Təsvir
olunan qəhrəmanların
daxili aləmi, onların hiss və həyəcanları
yazıçı Elçinə
xas olan yüksək sənətkarlıqla
qələmə alınıb.
Yazıçı siyasi
mübarizə və müharibə tarixlərinə
diqqət yetirib, tarixi şəxsiyyətlərin
daxili aləmini ustalıqla açıb. Müəllif əsərdə
təsvir olunan obrazları belə xarakterizə edib: “Bu romanın
qəhrəmanlarının bir qismi tarixi
şəxsiyyətlərdir, ancaq onlarla bağlı
hər bir epizodda və ümumiyyətlə, romanın
hər səhifəsində
tarixi dəqiqlik axtarmaq lazım deyil, həmin tarixi şəxsiyyətlər
bu romanda artıq müəllifin qəhrəmanlarıdır”.
“Baş” romanının
müəllifi əsərdə
özünün hansı
xalqa və ədəbiyyata mənsubluğunu
dərindən nümayiş
etdirib. Azərbaycan xanlıqlarının idarə olunması, əhalinin yaşayışı
və üzləşdiyi
çətinliklər, eləcə
də XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycan
mədəni-məişət həyatı zəngin bədii koloritlə, obrazların dili ilə oxucuya çatdırılır, bəhs
olunan dövrün bədii-etnoqrafik mənzərəsi böyük ustalıqla canlandırılır. Əsərdə
mövcud gerçəkliyin
milli mənəviyyat baxımından araşdırılması,
milli koloritin üstün istiqamət kimi götürülməsi
onu deməyə əsas verir ki, “Baş” romanı həm də Azərbaycançılıq
ideologiyasına xidmət
edən dəyərli yaradıcılıq
nümunəsidir.
Romanın Naxçıvanda
təkrar çap olunması zərurəti də, heç şübhəsiz ki, qeyd olunan üstün
keyfiyyətlərdən qaynaqlanır.
Əminliklə demək
olar ki, bu əsər naxçıvanlı oxucular
tərəfindən böyük
maraqla qarşıl
Yeni Azərbaycan.-
2017.- 25 iyul.- S.7.