“Jara-2017”: Sofiya Rotaru festivala
xüsusi hərarət
gətirib
Beynəlxalq Musiqi Festivalının ikinci günü görkəmli müğənni
Sofiya Rotarunun yubileyinə həsr edilib. Festivalın fəxri
qonaqları sırasında
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub
İyulun
28-də “Sea Breeze” istirahət mərkəzində “Jara-2017” Beynəlxalq
Musiqi Festivalının
ikinci gününün
konserti start götürüb.
Konsertdən əvvəl müğənnilər
qırmızı xalı
üzərindən keçərək
jurnalistlərin suallarını
cavablandırıb, festivalın
ilk günü ilə
bağlı təəssüratlarını
bölüşüblər.
AZƏRTAC
xəbər verir ki, festivalın ikinci günü SSRİ Xalq artisti Sofiya
Rotarunun yubileyinə həsr olunması “Jara”nın hərarətini
daha da artırıb. Bakıya ən çox sevilən mahnıları ilə gələn ukraynalı müğənni
tamaşaçıları Azərbaycan dilində salamlayıb və ilk olaraq məşhur “Çervona ruta” mahnısını oxuyub.
O, yubiley gecəsinin Bakıda, bu qonaqpərvər şəhərdə
keçirilməsindən çox
məmnun olduğunu bildirərək deyib ki, artıq səhnəyə çıxmasının
45 ili tamam
olur. Yaşına gəldikdə isə,
tamaşaçı alqışı
ona yeni ruh verir.
Daha sonra Sofiya Rotaru bacısı
Aureliya ilə birlikdə “Melanxoliye” mahnısını səsləndirib.
Polad Bülbüloğlu tamaşaçıları
“Qorod moy Baku” mahnısı ilə salamlayaraq Sofiya Rotaruya yubileyi münasibətilə təbriklərini
çatdırıb, festivalın
müxtəlif xalqları
bir araya gətirdiyini, musiqinin sərhəd tanımadığını
vurğulayaraq, “Gəl,
ey səhər” mahnısını ifa edib.
Sonra Qlyukoza Sofiya Rotarunun “Luna, luna” mahnısını oxuyub. Konsert proqramını
Potap və Nastya, Nastya Zadorojnaya, Valeriya, Alekseyev, Ani Lorak, Artik & Asti, Slava, “Vremya i Steklo”, İrina Dubtsova, Jasmin, Timur Rodrigez,
MBAND qrupu, LOBODA, Lev Leşşenko
davam etdiriblər. Çoxsaylı tamaşaçılara məşhur müğənninin
repertuarından ən
populyar hitlər və onunla birgə ifalar təqdim olunub.
Sofiya Rotaru yenidən səhnəyə
qalxaraq sevilən mahnılarını səsləndirib
və Qriqori Lepslə duet oxuyub.
Konsert proqramı
Sofiya Rotaru və EMİN-in dueti ilə davam edib. Onlar ötən əsrin
ən məşhur hitlərindən biri olan “Lavanda” mahnısını oxuyublar.
EMİN Sofiya Rotaruya
yubileyinin Bakıda qeyd olunmasına razılıq verdiyinə görə təşəkkürünü
bildirib. Sofiya Rotaru dəvətə
görə minnətdarlığını
ifadə edərək
bu gecəni heç vaxt unutmayacağını deyib.
Yubiley tədbiri
Sofiya Rotarunun EMİN-ə
həsr etdiyi “Tı samıy luçşiy” mahnısı və Azərbaycanı vəsf edən mahnı ilə yekunlaşıb.
Konsertin gedişində məşhur
müğənninin yaradıcılığı
ilə bağlı fikirlər səslənib,
oxuduğu mahnıların
bir neçə nəslin musiqi zövqünü formalaşdırdığı
vurğulanıb. “Jara”
festivalının Azərbaycanla
Rusiya arasında dostluq münasibətlərinin
möhkəmlənməsinə özünəməxsus töhfə
verdiyi xüsusi qeyd olunub.
Festivalın fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.
Xatırladaq ki, iyulun 29-da
festival çərçivəsində daha bir unudulmaz
gün yaşanacaq. “Jara”nın üçüncü
günü musiqisevərləri
dünyaca məşhur
estrada ulduzu Alla Puqaçova ilə maraqlı görüş gözləyir.
Həmin gün səhnəni Alla Puqaçova ilə birgə digər tanınmış ifaçılar
- Filip Kirkorov, A’Studio, LOBODA, EMİN, Valeri
Meladze, Ani Lorak, Dima Bilan,
Layma Vaykule, Kristina Orbakayte, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Aleksandr Revva, Vladimir Presnyakov, Fabrika, Albina Canabayeva, Maksim Qalkin, Qlyukoza, Alessandro Safina, Stas Mixaylov,
Oleq Qazmanov, Dmitri Malikov, Anjelika Aqurbaş, Darya Antonyuk və başqaları bölüşəcəklər.
Festival iyulun
30-da Qriqori Lepsin yaradıcılıq gecəsi
ilə başa çatacaq.
Yeni Azərbaycan.-
2017.- 29 iyul.- S.-2.