Akademik Kamal Abdullayev
AMEA-nın gənc alim və mütəxəssisləri
ilə görüşüb
Mayın 31-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Gənc Alim və Mütəxəssislər
Şurasının təşəbbüsü
ilə Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, yazıçı-publisist,
akademik Kamal Abdullayev bu qurumun
gənc alimləri ilə görüşüb.
AMEA Folklor İnstitutunun Gənc alim və mütəxəssislər
şurasının sədri,
filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanov akademik
K.Abdullayevə onların
təşəbbüsünü dəyərləndirib gənclərlə
görüş üçün
vaxt ayırdığına
görə minnətdarlığını
bildirib. O, gənclərə
Kamal Abdullayevin bədii, elmi və ictimai-siyasi fəaliyyəti, alimin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları,
Azərbaycan dilçilik
elminin nəzəri məsələlərinə dair
tədqiqatları haqqında
məlumat verib. Bildirib ki, Azərbaycan
Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, akademik
Kamal Abdullayev həm də dünya səviyyəsində
tanınmış görkəmli
yazıçıdır. “Yarımçıq əlyazma”,
“Sehrbazlar dərəsi”,
“Unutmağa kimsə yox”, “Gizli Dədə
Qorqud” əsərləri
rus, türk, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, yapon və digər dillərə tərcümə
edilərək dünyada
geniş oxucu kütləsi toplayıb.
Bu günlərdə isə alimin "Kitabi-Dədə Qorqud"
poetikasına giriş”
kitabı işıq üzü görüb.
Gənclərlə görüşdən məmnunluğunu
ifadə edən akademik Kamal Abdullayev elmi və ədəbi fəaliyyətinin əsas
istiqamətləri barədə
məlumat verib, müxtəlif janrda yazdığı bədii
əsərlərindən söz
açıb.
Alim Azərbaycanda
həyata keçirilən
multikulturalizm siyasətinin
əsas konturları, multikulturalizmin Azərbaycan
modelinin tədqiqi istiqamətləri və bu modelin örnək
model kimi dünyada təbliği prosesindən danışıb.
Kamal Abdullayev
Azərbaycan xalqının
ən böyük mənəvi xəzinəsi
olan “Kitabi-Dədə
Qorqud” barədə gənc alimlərə məlumat verərək bildirib: “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının əsatirləri,
mifologiyası üzərində
yaranmış xalq dastanıdır. “Kitabi-Dədə
Qorqud” Azərbaycan xalqının ən qədim dövründən
təxminən X əsrə
qədərki tarixini özündə hərtərəfli
əks etdirən əvəzsiz mənbədir.
Ona görə də “Kitabi-Dədə Qorqud” dastanından bir boyun 25 dildə
çap olunmasının
öz mənası var”.
Daha sonra
akademik K.Abdullayevin
"Kitabi-Dədə Qorqud"
poetikasına giriş”
kitabının təqdimatı
olub.
Bildirilib ki,
əsərdə qədim
mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşmalar
təqdim edilir. “Kitabi-Dədə Qorqud” kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə
malik olan mətnlər üçün
bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidənin müxtəlif poetik qatlarının bir-birindən
ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir. Mifologiya, yazılı abidələr,
poetika, üslubiyyat, semiotika və semantika istiqamətində
çalışanlar üçün
dəyərli mənbədir.
Yeni
Azərbaycan.- 2017.- 1 iyun.- S.6.