Leyla Əliyeva 2 saylı
uşaq evinin sakinləri ilə görüşüb
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı 2 saylı uşaq evinin sakinləri ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, uşaqlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət edən Leyla Əliyeva onların dərs ilini uğurla başa vurması barədə danışıb
və qarşıda yay istirahəti müddətində asudə
vaxtlarının təşkili
proqramı ilə maraqlanıb.
Qeyd edək
ki, 2 saylı uşaq evi Heydər
Əliyev Fondunun daim baş çəkdiyi
müəssisələrdən biridir. Bu dəfə
uşaq evindən kənarda təşkil olunan görüşdə
uşaqlar üçün
əyləncə proqramı
da təşkil edilmişdi. Leyla Əliyeva uşaqlarla birlikdə rəqs edib, onlarla xatirə
şəkilləri çəkdirib.
Yeni Azərbaycan.-
2017.- 4 iyun.- S.4