BakıdaTürkiyə ədəbiyyatı antologiyasıkitabının təqdimatı olub

 

Tədbirə Türkiyənin Azərbaycandakı səfiri  Erkan Özoral da qatılıb

Bakı. 6 iyun. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) kitabının təqdimat mərasimi keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, Bakıdakı Yunus Əmrə İnstitutunda baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Arca Turganer, Avrasiya Yazarlar Birliyinin sədr müavini, yazıçı Osman Çeviksoy digər qonaqlar, eləcə Azərbaycanın tanınmış ziyalıları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud açıb. O, XIX–XXI əsr Türkiyə ədəbiyyatının mənzərəsinin ilk dəfə belə bir akademik formatda təqdim edildiyi, kitabın Türkiyə ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində nəzərdə tutulan növbəti ciddi layihələrin ilki olduğu haqqında söz açıb, hazırda MərkəzdəTürkiyə şeiri antologiyasıüzərində işlərə başlanıldığını qeyd edib.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edib. Səfir hər iki qardaş ölkənin ədəbiyyatlarının tanıdılması təbliği istiqamətində Mərkəzin gördüyü işləri yüksək qiymətləndirərək, bu fəaliyyətin davamlı şəkildə həyata keçirilməsinə böyük ehtiyac duyulduğunu, Mərkəzin ərsəyə gətirdiyi bu kitabın Türkiyə-Azərbaycan qardaşlığının doğmalığının önəmli timsalı olduğunu deyib.

Avrasiya Yazarlar Birliyinin sədr müavini Osman Çeviksoy antologiyanın tərtibindən bədii məziyyətlərindən danışıb. O, kitabın keyfiyyətli tərcüməsi nəfis tərtibinə görə təmsil etdiyi qurumun rəhbərliyi adından Tərcümə Mərkəzinə təşəkkürünü bildirib Avrasiya Yazarlar Birliyinin fəxri diplomunu Afaq Məsuda təqdim edib.

Tədbirdə iştirak edən qonaqlar da öz növbəsində Tərcümə Mərkəzinin iki qardaş ölkə arasında ədəbi əlaqələrin qurulması istiqamətində səmərəli fəaliyyətindən söz açaraq layihənin əhəmiyyətdən danışıblar.

Yeni Azərbaycan.- 2017.- 7 iyun.- S.6