Beynəlxalq Qızıl Xaç
Komitəsinin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri
ilə əməkdaşlıq
məsələləri müzakirə
olunub
Azərbaycanın Baş nazirinin
müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin sədri,
Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının
sədri Əli Həsənov iyunun 7-də
Beynəlxalq Qızıl
Xaç Komitəsinin
(BQXK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri
xanım Elena Aymone Sessera ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat
xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı
nümayəndəliyinin mandatına
uyğun fəaliyyəti
ilə bağlı cari və perspektiv
məsələlərin müzakirə
olunduğu görüşdə
BQXK ilə Azərbaycan hökuməti, eləcə
də digər tərəfdaşlar arasındakı
qarşılıqlı əməkdaşlıq
əlaqələrindən danışılıb,
bu qurumun cəbhəyanı ərazilərdə
həyata keçirdiyi
fəaliyyətlər barədə,
onların icra mexanizmi və digər məsələlərlə
bağlı fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini
münaqişə nəticəsində
doğma torpaqlarından
didərgin düşmüş
məcburi köçkünlər
üçün Beynəlxalq
Qızıl Xaç Komitəsi tərəfindən
həyata keçirilmiş
humanitar proqramları yüksək qiymətləndirib
və Azərbaycan Prezidenti tərəfindən
ölkəmizdə olan
bütün beynəlxalq təşkilatların
azad və şəffaf fəaliyyət
göstərməsi üçün
hər cür şərait yaradıldığını
diqqətə çatdırıb.
Görüşdə Baş nazirin müavini müharibə şəraitində olan Azərbaycanda Beynəlxalq
Qızıl Xaç Komitəsinin rolunun mühüm önəm kəsb etdiyini və bu xüsusda
təşkilatın Bakı
ofisinin fəaliyyətinin
təqdirəlayiq olduğunu
qeyd edib.
Xanım Elena Aymone Sessera cəbhə xəttinə yaxın ərazilərdə yerləşən
kəndlərdə təşkilat
tərəfindən həyata
keçirilən layihələr
barədə geniş
məlumat verib və bu işdə
yerli strukturların da fəaliyyətini yüksək qiymətləndirib.
O, Azərbaycan hökumətinin
qaçqın və məcburi köçkünlərlə
bağlı gördüyü
işləri yüksək
dəyərləndirib, ölkəmizdəki
inkişaf və tərəqqinin göz qabağında olduğunu
vurğulayıb. Nümayəndəliyin rəhbəri, həmçinin
ölkəmizdəki fəaliyyətlərinə
verdiyi dəstəyə
görə Azərbaycan
hökumətinə minnətdarlığını
bildirib, bunun BQXK-nın dünyanın müxtəlif ölkələrindəki
humanitar fəaliyyətinin
dəstəklənməsi üçün
də mühüm önəm daşıdığını qeyd edib.
Yeni Azərbaycan.-
2017.- 8 iyun.- S.3.