Bakı Yunus Əmrə
İnstitutunda “Bakı
rüzgarı” kitabının
təqdimatı keçirilib
İyunun 20-də Bakı Yunus Əmrə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyəti dövründə
xaricə göndərilən
100 tələbədən biri
olan Mir İsmayıl Saryalın “Bakı rüzgarı” kitabının təqdimatı
keçirilib.
Təqdimatda Bakı Yunus
Əmrə İnstitutunun
müdiri İbrahim Yıldırım, Səməd
Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova, Mir İsmayıl Saryalın nəvəsi Nilgün Saryal, Milli Məclisin
deputatı Qənirə
Paşayeva, AMEA-nın
Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
professor Bədirxan Əhmədov, “Ədəbiyyat”
qəzetinin baş
redaktoru Azər Turan, “Hədəf” nəşriyyatının rəhbəri
Şəmil Sadiq, tədqiqatçı Ceyhun
Nəbiyev, Əməkdar
jurnalist Qərənfil
Xəlilova çıxış
edərək kitab haqqında fikirlərini bildiriblər.
Diqqətə çatdırılıb ki,
Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin
Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi. “Bakı
rüzgarı” onun uşaqlıqdan gənclik
dövrünə kimi
keçdiyi ömür
yolunun kitabıdır.
Kitabı oxuduqca, o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən
xatirələr göz
önündə canlanır.
Bilmədiyimiz bir çox
tarixi hadisədən,
xüsusilə 1910-1930-cu illər
arasında Azərbaycandakı
istiqlal mübarizəsindən,
1917-ci il bolşevik inqilabının xalqları
necə bir-birinə qatdığından, qanlı
terror yuvası yaratdığından bəhs
edən bu dəyərli əsər Azərbaycanda ilk dəfə nəşr olunur.
Kitabı türk
dilindən dilimizə
Nəriman Əbdülrəhmanlı
uyğunlaşdırıb.
Yeni Azərbaycan.-
2017.- 22 iyun.- S.6.