“Azərİlmə”
Xalçaçılıq Mərkəzi ilə tanışlıq
İyunun 23-də Moldova Respublikasının
Prezidenti İqor Dodon Azərbaycan Respublikasına rəsmi
səfəri çərçivəsində
“Azər-İlmə” Xalçaçılıq
Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, ali
qonaq burada xalçaçılıq emalatxanası,
tədris mərkəzi,
“Sehrli ilmələr”
qalereyası ilə
tanış olub. Moldova Prezidentinə məlumat
verilib ki, respublikanın müstəqilliyinin
ilk illərində yaranmış “Azər-İlmə”nin
əsas məqsədi
Azərbaycanın dərin
tarixi köklərə malik xalçaçılıq sənətinin
ənənələrini yaşatmaq və beynəlxalq miqyasda təbliğ etməkdir.
Burada peşəkar
xalçaçı-rəssamlar, toxucular, bərpaçı
və boyaqçılardan
ibarət yaradıcı
kollektiv çalışır.
Azərbaycan xalçalarının Bakı, Qazax-Borçalı,
İrəvan, Naxçıvan,
Qarabağ, Gəncə,
Quba, Təbriz, Şirvan xalça qruplarının çeşniləri
əsasında toxunan
yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux koloritli yun və ipək
xalçalar ABŞ, Almaniya,
Rusiya, Fransa, Türkiyə, Avstraliya,
Yaponiya, İsveçrə,
İtaliya, Norveç,
Cənubi Afrika və s. kimi ölkələrdə milli
xalçaçılıq sənətimizi layiqincə
təmsil edib, yüksək mükafatlara
layiq görülüb.
Mərkəzdə xalçaçılıq tarixinə dair elmi-fundamental tədqiqatların
nəticəsi olaraq
müxtəlif kitablar,
broşürlər, “Azərbaycan
xalçaları” elmi-publisistik
jurnalı nəşr olunur, televiziya filmləri istehsal edilir. Azərbaycan Milli Elmlər
Akademiyasının “Xalçaşünaslıq”
sektoru da məhz “Azər-İlmə”
Xalçaçılıq Mərkəzinin bazası
əsasında fəaliyyət
göstərir.
Ali qonaq
“Sehrli ilmələr”
qalereyasında saxlanılan
Azərbaycanın qədim
xovlu və xovsuz xalça nümunələri ilə
tanış olub. Ona Azərbaycan və Moldova xalçaçılıq
əlaqələrinin tarixi
köklərindən, müasir
vəziyyətindən, ortaq
naxışlar və
ornamentlər haqqında
məlumat verilib.
Bu əlaqələrin xalqlarımızın
tarixən mövcud
olmuş dostluq və qardaşlıq münasibətləri zəminində
yarandığı və
inkişaf etdiyi vurğulanıb.
Prezident İqor
Dodon xalça emalatxanasında Azərbaycan
xalçalarının toxunma
prosesi ilə tanış olub.
Yeni Azərbaycan.-
2017.- 26 iyun.- S.6.