Regionlarda mədəniyyət və turizm xidmətlərinin müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzindədir

 

Ca­ri ilin ötən döv­rü ər­zin­də şə­hər və ra­yon­la­rı­mı­za üz tu­tan tu­rist­lə­rin sa­yın­da cid­di ar­tım mü­şa­hi­də olun­maq­da­dır

Müa­sir dövr­də dün­ya­da iq­ti­sa­di, si­ya­si sfe­ra­da baş ve­rən xo­şa­gəl­məz ha­di­sə­lər hət­ta bir sı­ra güc­lü iq­ti­sa­diy­ya­ta ma­lik öl­kə­lər­də də cid­di böh­ran me­yil­lə­ri­nin, ka­tak­lizm­lə­rin mey­da­na gəl­mə­si­ni şərt­lən­di­rib. Azər­bay­can döv­lə­ti bey­nəl­xalq aləm­də mü­şa­hi­də olu­nan bu mən­fi ten­den­si­ya­lar fo­nun­da in­ki­şaf di­na­mi­ka­sı­nın qo­ru­nub sax­la­nıl­ma­sı məq­sə­di­lə ar­dı­cıl təd­bir­lər hə­ya­ta ke­çi­rir. Qey­ri-neft sek­to­ru­nun in­ki­şa­fı, iq­ti­sa­diy­ya­tın şa­xə­lən­di­ril­mə­si ha­zır­da hə­ya­ta ke­çi­ri­lən iq­ti­sa­di si­ya­sə­tin prio­ri­tet­lə­ri sı­ra­sın­da­dır. Ye­ni şə­ra­it­də mil­li iq­ti­sa­diy­ya­tı­mız­da sa­bit­li­yin tə­min olun­ma­sı və böh­ran me­yil­lə­ri­nin uğur­la dəf edil­mə­si ba­xı­mın­dan Pre­zi­dent İl­ham Əli­ye­vin ya­ra­nan ye­ni ça­ğı­rış­la­ra və öl­kə­nin re­al­lıq­la­rı­na uy­ğun qə­bul et­di­yi mü­hüm qə­rar­lar, im­za­la­dı­ğı mü­va­fiq Fər­man və sə­rən­cam­la­ra əsa­sən ay­rı-ay­rı is­ti­qa­mət­lər üz­rə hə­ya­ta ke­çi­ri­lən is­la­hat­lar bö­yük ak­tu­al­lıq da­şı­yır. Öl­kə­miz­də tu­riz­min in­ki­şa­fı ilə bağ­lı atı­lan ad­dım­la­rı da bu mə­na­da xü­su­si qeyd et­mək olar. Tu­riz­min in­ki­şa­fı­na da­ir qə­bul olu­nan Döv­lət proq­ram­la­rı, “Şah­dağ” və “Tu­fan­dağ” ki­mi re­gio­nun ən nə­həng Qış-Yay tu­rizm komp­leks­lə­ri­nin ya­ra­dıl­ma­sı Azər­bay­ca­nı il­dən-ilə tu­rizm öl­kə­si­nə çe­vir­mək­də­dir. “Hil­ton”, “JW Ma­ri­ott”, “Kem­pins­ki”, “Ex­cel­si­or”, “Fo­ur Sea­sons”, “She­ra­ton”, “Ju­mei­rah”, “Fa­ir­mont” ki­mi dün­ya­da məş­hur olan ho­tel brend­lə­ri­nin fəa­liy­yə­tə baş­la­ma­sı, pay­tax­tı­mı­zın Av­ro­pa­nın məş­hur mu­si­qi ya­rış­ma­sı olan “Eu­ro­vi­si­on”, ta­rix­də ilk də­fə ola­raq ke­çi­ri­lən Av­ro­pa Oyun­la­rı, elə­cə də “For­mu­la-1” ya­rış­la­rı və IV İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­na ev sa­hib­li­yi et­mə­si Azər­bay­ca­nın tu­rizm öl­kə­si ki­mi şöh­rə­ti­ni dün­ya­ya yay­maq­da­dır.

Re­gio­nal ida­rə­lə­rin təş­ki­li da­ha çe­vik ida­rə­çi­li­yin tə­min olun­ma­sı­na xid­mət edir

Ha­zır­da Azər­bay­can döv­lə­ti­nin bu sa­hə­də hə­ya­ta ke­çir­di­yi təd­bir­lər sı­ra­sın­da maa­rif­lən­dir­mə iş­lə­ri­nin ge­niş­lən­di­ril­mə­si də xü­su­si əhə­miy­yə­tə ma­lik­dir. Bu məq­səd­lə xü­su­sən re­gi­on­lar­da ai­diy­yə­ti döv­lət qu­rum­la­rı­nın, tu­rizm mü­tə­xəs­sis­lə­ri­nin iş­ti­ra­kı ilə gö­rüş və konf­rans­lar təş­kil olu­nur, tu­rizm sek­to­run­da ça­lı­şan şir­kət nü­ma­yən­də­lə­ri­nin, sa­hib­kar­la­rın pe­şə­kar­lı­ğı­nın ar­tı­rıl­ma­sı­na yö­nəl­miş təd­bir­lər həyata ke­çi­ri­lir. Növ­bə­ti be­lə təd­bir isə öl­kə­miz­də tu­riz­min in­ki­şa­fı­na töh­fə ve­rən qə­dim Gən­cə şə­hə­rin­də ke­çi­ri­lib. İyu­nun 22-də na­zir Əbül­fəs Qa­ra­ye­vin iş­ti­ra­kı ilə Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin re­gio­nal ida­rə­lə­ri­nin fəa­liy­yə­ti­nə həsr olun­muş mü­şa­vi­rə­yə na­zir­li­yin struk­tur böl­mə rəh­bər­lə­ri, Ba­kı Şə­hər Mə­də­niy­yət və Tu­rizm Baş İda­rə­si və re­gio­nal mə­də­niy­yət və tu­rizm ida­rə­lə­ri­nin rə­is­lə­ri, mə­sul əmək­daş­la­rı qa­tı­lıb.

Na­zir­lik­dən bil­di­ri­lib ki, təd­bir­də 2017-ci ilin yan­va­rın­dan fəa­liy­yə­tə baş­la­yan re­gio­nal ida­rə­lə­rin əl­də et­di­yi nə­ti­cə­lər təh­lil edi­lib və qar­şı­da du­ran və­zi­fə­lər mü­za­ki­rə olu­nub. Həm­çi­nin re­gio­nal ida­rə­lə­rin yay tu­rizm möv­sü­mü ər­zin­də fəa­liy­yət is­ti­qa­mət­lə­ri də­yər­lən­di­ri­lib.

Na­zir mü­şa­vi­rə­ni aça­raq əv­vəl­cə Pre­zi­dent İl­ham Əli­ye­vin iyu­nun 21-də im­za­la­dı­ğı Sə­rən­ca­ma əsa­sən “Döv­lət qul­lu­ğun­da fərq­lən­mə­yə gö­rə” me­da­lı ilə təl­tif olun­muş şəxs­lə­ri təb­rik edib.

Son­ra Əbül­fəs Qa­ra­yev öl­kə­miz­də mə­də­niy­yət və tu­rizm sa­hə­sin­də hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər haq­qın­da ge­niş mə­ru­zə ilə çı­xış edib. Bil­di­rib ki, öl­kə baş­çı­sı­nın “Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin struk­tu­ru­nun tək­mil­ləş­di­ril­mə­si haq­qın­da” 29 mart 2016-cı il ta­rix­li Sə­rən­ca­mı­na uy­ğun ola­raq ya­ra­dı­lan 15 re­gio­nal mə­də­niy­yət və tu­rizm ida­rə­si­nin fəa­liy­yə­ti­nin güc­lən­di­ril­mə­si is­ti­qa­mə­tin­də iş­lər da­vam et­di­ri­lir. Re­gio­nal ida­rə­lə­rin təş­ki­li mə­də­niy­yət və tu­rizm sa­hə­lə­rin­də da­ha çe­vik ida­rə­çi­li­yin tə­min olun­ma­sı­na xid­mət edir.

Vur­ğu­la­nıb ki, hə­ya­ta ke­çi­ri­lən is­la­hat­lar nə­ti­cə­sin­də re­gi­on­lar­da mə­də­niy­yət və tu­riz­min in­ki­şa­fı is­ti­qa­mə­tin­də iş­lər da­ha sü­rət­lə­nib. Bu is­la­hat­lar həm də büd­cə və­sa­it­lə­rin­dən da­ha sə­mə­rə­li is­ti­fa­də et­mə­yə im­kan ya­ra­dıb.

Na­zir öl­kə­miz­də tu­rizm sa­hə­sin­də hə­ya­ta ke­çi­ri­lən iş­lər­dən də da­nı­şıb. Qeyd edib ki, re­gi­on­lar­da tu­rizm sə­na­ye­si­nin in­ki­şa­fı, tu­rizm klas­ter­lə­ri­nin ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də ad­dım­lar da­vam et­di­ri­lir. Yer­lər­də həm yer­li, həm də xa­ri­ci tu­rist­lə­rin asu­də vaxt­la­rı­nın təş­ki­li işi­nə diq­qət ar­tı­rıl­ma­lı­dır. Re­gio­nal mə­də­niy­yət və tu­rizm ida­rə­lə­ri bu iş­lər­də ya­xın­dan iş­ti­rak et­mə­li, tu­rizm mə­kan­la­rın­da, açıq ha­va­da mün­tə­zəm kon­sert­lər, sər­gi­lər təş­kil olun­ma­lı­dır.

Bil­di­ri­lib ki, re­gio­nal mə­də­niy­yət və tu­rizm ida­rə­lə­ri öl­kə­mi­zin mə­də­ni, ta­ri­xi də­yər­lə­ri­nin, tu­rizm im­kan­la­rı­nın xa­ri­ci qo­naq­la­ra ta­nı­dıl­ma­sı və təb­li­ğin­də ak­tiv iş­ti­rak edir­lər. Re­gi­on­lar­da­kı mə­də­niy­yət mü­əs­si­sə­lə­ri, rəqs və mu­si­qi kol­lek­tiv­lə­ri bu iş­lə­rə da­ha çox cəlb olun­ma­lı­dır.

Na­zir re­gi­on­lar­da ki­tab­xa­na işi­nin gü­nün müa­sir tə­ləb­lə­ri sə­viy­yə­sin­də qu­rul­ma­sı ilə bağ­lı iş­lər­dən də bəhs edib. Qeyd edib ki, bu il ötən il­lə­rə nis­bə­tən ki­tab­xa­na kol­lek­to­ru va­si­tə­si­lə ki­tab alın­ma­sı­na iki də­fə da­ha çox və­sa­it ay­rı­lıb.

Mü­şa­vi­rə­də həm­çi­nin yay tu­rizm möv­sü­mü­nə ha­zır­lıq, ye­ni tu­rizm marş­rut­la­rı­nın ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də mü­va­fiq tap­şı­rıq­lar ve­ri­lib.

Re­gio­nal ida­rə­lə­rin işi­nin təş­ki­lin­də is­la­hat­la­rın da­vam et­di­ri­lə­cə­yi­ni de­yən na­zir əla­və edib ki, möv­cud prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sı, mü­va­fiq sə­nəd­ləş­mə iş­lə­ri­nin hə­ya­ta ke­çi­ril­mə­si, mü­ra­ci­ət­lə­rə ba­xıl­ma­sı və vax­tın­da öz həl­li­ni tap­ma­sı diq­qət­də sax­la­nı­lır. Re­gi­on­lar­da mə­də­niy­yət mü­əs­si­sə­lə­ri ara­sın­da əla­qə­lə­rin, qon­şu ra­yon­la­rın mə­də­niy­yət kol­lek­tiv­lə­ri­nin mü­ba­di­lə­si­nin təş­ki­li, kol­lek­tiv­lər­də ça­lı­şan­la­rın əmə­yi­nin qiy­mət­lən­di­ril­mə­si ki­mi mə­sə­lə­lə­rə də önəm ve­ril­mə­li­dir.

Mü­şa­vi­rə­də çı­xış edən­lər möv­cud prob­lem­lə­rin həl­li, mə­də­niy­yət mü­əs­si­sə­lə­ri­nin fəa­liy­yə­ti­nin op­ti­mal­laş­dı­rıl­ma­sı, tə­ləb­lə­rə uy­ğun gəl­mə­yən mü­əs­si­sə­lə­rin gə­lə­cək fəa­liy­yə­ti ba­rə­də tək­lif­lə­rin ha­zır­la­nıb hə­ya­ta ke­çi­ril­mə­si ba­rə­də fi­kir­lə­ri­ni bil­di­rib­lər. Re­gio­nal mə­də­niy­yət və tu­rizm ida­rə­lə­ri­nin fəa­liy­yə­ti ilə bağ­lı tək­lif­lər səs­lə­nib, fi­kir mü­ba­di­lə­si apa­rı­lıb.

Son­da na­zir yer­lər­də mə­də­niy­yət və tu­rizm xid­mət­lə­ri­nin gü­nün müa­sir tə­ləb­lə­ri sə­viy­yə­sin­də qu­rul­ma­sı­nın va­cib­li­yi­ni bir da­ha diq­qə­tə çat­dı­rıb. İda­rə rəh­bər­lə­ri­nə iş­lə­ri­nə da­ha cid­di ya­naş­ma­la­rı və sə­mə­rə­li fəa­liy­yət gös­tər­mə­lə­ri üçün tap­şı­rıq­lar ve­ri­lib.

Bu məq­səd­lə di­gər bir təd­bir isə Qa­la­al­tı­da­kı “Qa­la­al­tı” müa­li­cə­vi is­ti­ra­hət komp­lek­sin­də baş tu­tub. Qa­la­al­tı su­yu­nun müa­li­cə­vi əhə­miy­yə­ti ilə bağ­lı se­mi­nar­da Mil­li Məc­li­sin de­pu­ta­tı İl­ham Məm­mə­dov, Azər­bay­can Sağ­lam­lıq və Ter­mal Tu­riz­mə Dəs­tək As­so­sia­si­ya­sı­nın rəh­bə­ri Rus­lan Qu­li­yev, Azər­bay­can Tibb Uni­ver­si­te­ti­nin tə­lə­bə­lə­ri iş­ti­rak edib­lər.

Se­mi­nar­da Qa­la­al­tı su­yu­nun müa­li­cə­vi xü­su­siy­yət­lə­ri ba­rə­də mə­lu­mat ve­ri­lib, ey­ni za­man­da, xa­ri­ci öl­kə­lər­də bu ter­mal mən­bə­nin Av­ro­pa Ta­ri­xi Ter­mal Şə­hər­lər As­so­sia­si­ya­sı çər­çi­və­sin­də təb­li­ği mə­sə­lə­si mü­za­ki­rə edi­lib. Azər­bay­ca­nın tə­bii sər­və­ti olan bu su­yun döv­lət və özəl sek­to­run nü­ma­yən­də­lə­ri­nin bir­gə fəa­liy­yə­ti ilə ta­nı­dıl­ma­sı, bu­ra­ya çox­say­lı tu­rist­lə­rin cəlb edil­mə­si üçün mü­va­fiq iş­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si ilə bağ­lı fi­kir mü­ba­di­lə­si apa­rı­lıb.

Gös­tə­ri­lən diq­qət və qay­ğı­nın nə­ti­cə­sində tu­rizm sa­hə­sin­də nə­zə­rə­çar­pa­caq irə­li­lə­yiş­lə­rə na­il olu­nub

Azər­bay­can­da tu­rist­lə­rin ən çox ma­raq gös­tər­di­yi böl­gə­lər­dən bi­ri Naf­ta­lan şə­hə­ri­dir. Hə­lə so­vet döv­rün­də bu şə­hə­rin tu­rizm böl­gə­si ki­mi şöh­rə­ti sər­həd­lə­ri­miz­dən çox-çox kə­na­ra ya­yıl­mış­dı. Son il­lər­də bey­nəl­xalq miq­yas­da apa­rı­lan ta­nı­tım və təb­li­ğat iş­lə­ri nə­ti­cə­sin­də bu gün şə­hə­rə üz tu­tan­la­rın sa­yı da­ha da art­maq­da­dır. Ca­ri ilin beş ayın­da isə Naf­ta­lan şə­hə­ri­nin ku­rort-sa­na­to­ri­ya və is­ti­ra­hət mər­kəz­lə­ri 8 min tu­rist qə­bul edib. Bu ötən ilin ey­ni döv­rü ilə mü­qa­yi­sə­də 1808 nə­fər çox­dur. Naf­ta­lan Şə­hər İc­ra Ha­ki­miy­yə­tin­dən bil­di­ri­lib ki, xa­ri­ci tu­rist­lə­rin sa­yı isə ötən ilin ey­ni döv­rü ilə mü­qa­yi­sə­də 2 də­fə ar­ta­raq 3 min 600 nə­fər təş­kil edib.

Xa­ri­ci tu­rist­lər içə­ri­sin­də Ru­si­ya, Qa­za­xıs­tan və di­gər MDB öl­kə­lə­rin­dən gə­lən qo­naq­lar üs­tün­lük təş­kil edib.

Naf­ta­lan Şə­hər İc­ra Ha­ki­miy­yə­ti­nin İn­for­ma­si­ya tə­mi­na­tı və təh­li­li sek­to­ru­nun mü­di­ri Ül­fət Əli­yev de­yib ki, həm bal­neo­lo­ji neft van­na­la­rı əsa­sın­da xəs­tə­lə­rin müa­li­cə­sin­də əl­də olu­nan tə­sir­li nə­ti­cə­lər, həm də is­ti­ra­hət üçün şə­hər­də ya­ra­dı­lan müa­sir tu­rizm inf­rast­ruk­tu­ru Naf­ta­la­nı tu­rist­lər üçün da­ha cəl­be­di­ci ku­rort mər­kə­zi­nə çe­vi­rib. Həm­çi­nin son il­lər­də bir ne­çə xa­ri­ci döv­lət­də bu şə­hə­rin tu­rizm im­kan­la­rı­nın təb­li­ği is­ti­qa­mə­tin­də sər­gi­lər təş­kil edi­lib, xa­ri­ci in­for­ma­si­ya agent­lik­lə­rin­də vi­deo­sü­jet­lər, re­por­taj­lar ha­zır­la­nıb. Qəh­və­yi çeş­mə­dən ha­zır­la­nan yağ­lar, tib­bi məl­həm­lər və bir çox kos­me­tik va­si­tə­lər Naf­ta­la­nın şöh­rə­ti­nin art­ma­sı­na sə­bəb olub. Ona gö­rə də qar­şı­dan gə­lən bay­ram gün­lə­rin­də çox say­da tu­ris­tin gə­lə­cə­yi göz­lə­ni­lir. Ar­tıq bir ne­çə ho­tel­də tu­rist­lər nöm­rə­lə­ri­ni əv­vəl­cə­dən si­fa­riş ve­rib­lər.

Qax ra­yo­nu da tu­riz­min in­ki­şa­fı üçün ge­niş im­kan­la­ra ma­lik fau­na və flo­ra­sı ilə se­çi­lən, zən­gin ye­ral­tı və ye­rüs­tü su sər­vət­lə­ri­nə, mi­ne­ral xam­mal eh­ti­yat­la­rı­na, əl­ve­riş­li iq­lim şə­rai­ti­nə ma­lik ra­yon­lar­dan­dır. Ra­yo­nun mü­la­yim və saf dağ iq­li­mi, zən­gin mi­ne­ral bu­laq­la­rı, əs­ra­rən­giz tə­biə­ti, şə­la­lə­lə­ri, dü­zən­lik və dağ me­şə­lə­ri, çay­la­rı bu­ra­da tu­riz­min in­ki­şa­fı üçün çox əl­ve­riş­li­dir. Qə­dim ta­ri­xə və et­nik mə­də­niy­yə­tə ma­lik olan bu di­ya­rın hər bir gu­şə­si tu­rist­lər üçün əsl is­ti­ra­hət mə­ka­nı­dır.

Döv­lət tə­rə­fin­dən tu­rizm sa­hə­si­nə gös­tə­ri­lən diq­qət və qay­ğı­nın nə­ti­cə­si­dir ki, son il­lər res­pub­li­ka­mı­zın di­gər böl­gə­lə­ri ilə ya­na­şı, Qax ra­yo­nun­da da bu sa­hə­də nə­zə­rə­çar­pa­caq irə­li­lə­yiş­lə­rə na­il olu­nub. Son il­lər ra­yon­da müa­sir tə­ləb­lə­rə ca­vab ve­rən tu­rizm inf­rast­ruk­tu­ru­nun ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də mü­hüm təd­bir­lər hə­ya­ta ke­çi­ri­lib. Ra­yo­na gə­lən qo­naq­la­rın sa­yı da nə­zə­rə­çar­pa­caq də­rə­cə­də ço­xa­lıb. Xü­su­si­lə yay ay­la­rın­da öz is­ti­ra­hət­lə­ri­ni Qax­da ke­çir­mək ar­zu­sun­da olan­la­rın sa­yı xey­li ar­tıb.

Şə­ki re­gio­nal Mə­də­niy­yət və Tu­rizm İda­rə­si­nin Qax ra­yon üz­rə nü­ma­yən­də­si Di­la­rə Əzi­zo­va AZƏR­TAC-a mü­sa­hi­bə­sin­də tu­rizm ob­yekt­lə­ri­nin yay tu­rizm möv­sü­mü­nə ha­zır­lı­ğı­nın və­ziy­yə­ti ba­rə­də mə­lu­mat ve­rib. Qu­ru­mun təm­sil­çi­si­nin bil­dir­di­yi­nə gö­rə, ha­zır­da Qax ra­yo­nun­da 12 tu­rizm ob­yek­ti, həm­çi­nin xey­li say­da ic­ti­mai-ia­şə ob­yek­ti fəa­liy­yət gös­tə­rir. Bu mü­əs­si­sə­lər­də yer­lə­rin sa­yı ar­tı­rı­la­raq 1034-ə çat­dı­rı­lıb. Tu­rizm ob­yekt­lə­rin­də qiy­mət­lər ho­te­lin də­rə­cə­si­nə, xid­mət növ­lə­ri­nin key­fiy­yə­ti­nə gö­rə tən­zim­lə­nir. Ümu­miy­yət­lə, ho­tel və is­ti­ra­hət mər­kəz­lə­rin­də qiy­mət­lər sə­hər ye­mə­yi də da­xil ol­maq­la, bir nə­fər üçün 25 ma­nat­dan baş­la­yır. Dai­mi müş­tə­ri­lə­rə mü­əy­yən gü­zəşt­lər tət­biq olu­nur.

Rəs­mi sta­tis­ti­ka­ya gö­rə, 2015-ci il­də ra­yo­na 24 min 100 nə­fər tu­rist gə­lib. 2016-cı il­də isə tu­rist­lə­rin sa­yı ar­ta­raq 29 min 509 nə­fər olub. Ca­ri ilin ötən döv­rü ər­zin­də ra­yo­nu 5 min­dən çox tu­rist zi­ya­rət edib.

Aqşin ŞAHİNOĞLU

Yeni Azərbaycan.- 2017.- 24 iyun.- S.11.