Akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının elmi müzakirəsi olub

 

İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunda akademik Kamal AbdullanınKitabi-Dədə Qorqudpoetikasına girişkitabının elmi müzakirəsi olub.

AZƏRTAC xəbər verir ki, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov K.Abdullanın bədii, elmi ictimai-siyasi fəaliyyəti, “Kitabi-Dədə Qorquddastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları barədə məlumat verib. Bildirilib ki, bu monoqrafiya müəllifinGizli Dədə Qorqudsilsiləsindən çalışmalarının məntiqi davamıdır. Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal yeni yanaşma təqdim edilir.Kitabi-Dədə Qorqudmətnləri üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidələrin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir. Yeni nəşr mifologiya, yazılı abidələr, poetika, üslubiyyat, semiotika semantika istiqamətində çalışanlar üçün dəyərli mənbədir. Kitab müqəddimə, iki ayrıca hissə, ümumi nəticə, son söz əlavələrdən ibarətdir. Müqəddimədə kitabın adı haqqında müəllifin qeydləri, anaxronik mətn, mif dövrü mətninin xüsusiyyətləri s. haqqında elmi təhlil yer alıb.

Akademik İsa Həbibbəyli dastan janrının formalaşmasından inkişaf mərhələlərindən, ədəbiyyatımızdaKitabi-Dədə Qorqud”un ilk tədqiqatlarından söz açıb, kitabla bağlı təəssüratlarını bölüşüb. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olanKitabi-Dədə Qorquddastanının 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanını xatırladan akademik bundan sonra bu qədim abidə ilə bağlı elmi-tədqiqatların daha da genişləndirildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, akademik K.Abdullanın yaradıcılığında bu mövzu mühüm yer tutur geniş tədqiq olunur. Bu kitabda K.AbdullaKitabi-Dədə Qorquddastanının mifoloji qatının sistemini görüb, onu özünəməxsus şəkildə təqdim edib. O, “Kitabi-Dədə Qorquddastanlarının dili üzrəSintaktik paralelizmmövzusunda namizədlik dissertasiyası müdafiə edib. Alimin qorqudşünaslığa dairGizli Dədə Qorqud”, “Sirriçində dastan yaxud Gizli Dədə Qorqud – 2”, “Mifdən YazıyaGizli Dədə Qorqudkitabları nəşr edilib.

K.Abdulla kitabdakı bəzi məqamlara aydınlıq gətirib, iştirakçıların monoqrafiya ilə bağlı suallarını cavablandırıb.

Akademik Teymur Kərimli digər çıxış edənlər kitabla bağlı fikirlərini bildirib, monoqrafiyanın tədqiqatçılar üçün dəyərli mənbə olduğunu qeyd ediblər.

 

Yeni Azərbaycan.- 2017.- 21 iyun.- S.5.