Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində növbəti təqdimatı olub
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a
bildiriblər ki, layihə
çərçivəsində Bakı Dövlət Universitetində (BDU) “Yelizavetpol quberniyasında udi
kəndləri: biz
nə bilirik” mövzusunda mühazirə təşkil olunub.
Mühazirədən öncə BBMM-in
şöbə müdiri Sərxanbəy Xuduyev
layihə haqqında
məlumat verərək deyib: “Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi Azərbaycan tarixinin qədim
və erkən orta
əsrlər dövrünə aid
olan Qafqaz
Albaniyasının maddi-mədəni irsi,
tarixi-coğrafiyası, əhalisi
ilə bağlı
ölkə alimlərinin əldə etdikləri
araşdırma nəticələrini geniş auditoriyaya, ilk növbədə respublikanın təhsil ocaqlarına
çatdırmaq məqsədilə bu
layihəni həyata keçirir.
Bu layihə
çərçivəsində mütəmadi olaraq
“dəyirmi masa”lar, mühazirələr, təqdimatlar
və
görüşlər
təşkil ediləcək”.Mühazirəni Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident
Kitabxanasının şöbə
müdiri, tanınmış tarixçi Nazim Mustafa təqdim
edib. Mühazirəçi
bildirib ki, Azərbaycanın qədim, köklü
soylarından olan udilər haqqında eramızdan əvvəl V əsrdə yaşamış qədim yunan
müəllifi Herodot özünün “Tarix” əsərində yazıb.
Eramızdan əvvəl I əsrdə
yazıb-yaratmış Strabon da “Coğrafiya” əsərində
Qafqaz Albaniyasında yaşamış 26
dildə
danışan yerli alban
soyundan olan udilərin adını qeyd edib: “Udilər tarixin
mürəkkəb, keşməkeşli mərhələlərini
yaşamışlar. XIX əsrin
ikinci yarısında Yelizavetpol
quberniyasında qeydə
alınan udilər öz identikliyini qoruyub saxlaya bilmişlər. Artıq bu dövrdə
udilərin süni şəkildə erməniləşməyə məruz
qalmaları prosesi başlanıb. Belə ki, Türkmənçay
(1828) və Ədirnə (1829) müqavilələri bağlandıqdan sonra Azərbaycan
torpaqlarına İran və Osmanlı imperiyalarından 120 mindən artıq erməni köçürülüb,
həmin ermənilərin bir
qismi keçmiş Gəncə xanlığının ərazində olan
udi kəndlərində yerləşdirilib, Azərbaycan üçün arzuolunmaz
demoqrafik proseslər
başlanıb. Bu dövrdə miqrasiya
prosesləri ilə paralel
olaraq, udilərin
bir hissəsi
etnosidə məruz qalıb. Bu siyasəti
davamlı olaraq bilavasitə erməni-qriqorian
kilsəsi yeridib. “Böyük
Ermənistan”
xülyasını məqsədyönlü şəkildə həyata keçirməyə
çalışan erməni-qriqorian
kilsəsi udiləri assimilyasiyaya
məruz qoyaraq, Qafqaz
Albaniyasının maddi-mədəni irsinə yiyələnə
bilib, Alban Apostol Kilsəsinin
arxivlərini ələ keçirib.
Yelizavetpol quberniyasında yaşayan
udilərin erməniləşdirilməsi XX əsrin əvvəllərində daha
sürətlə gedib
ki, bu da
bölgədə baş
verən sosial-siyasi proseslərlə bağlı olub”.Nazim Mustafa auditoriyanın diqqətinə
çatdırıb ki, sovet
hakimiyyəti illərində gedən proseslər nəticəsində Gəncə
arealında yaşayan udilərin bir
qismi keçmiş SSRİ-nin müxtəlif
yerlərinə səpələnib, Ermənistan SSR ərazisində qalan
udilər isə digər milli
azlıqlar kimi assimilyasiyaya
uğrayaraq erməniləşiblər: “Hazırda erməniləşmiş udilərin bir
hissəsi Ermənistan
Respublikasının Şəmşəddin (indiki
Berd) rayonunun Noraşen və
Arcvaberd (keçmiş
Qırğı) kəndlərində məskunlaşıblar”.Məruzəçi mühazirənin sonunda
hazırda Azərbaycan
dövlətinin Qafqaz Albaniyasının maddi-mədəni irsinin
qorunması, Qəbələ rayonunun Nic kəndində və Oğuz şəhərində
yaşayan udilərə məxsus tarixi-memarlıq abidələrinin mühafizə edilməsi,
onların mədəniyyətinin inkişaf
etdirilməsi və dillərinin qorunması sahəsində həyata keçirdiyi
ardıcıl tədbirlər haqqında da ətraflı
məlumat verib.Mühazirə auditoriya
tərəfindən maraqla
qarşılanıb. Sonda
iştirakçıların mövzu ilə bağlı
sualları cavablandırılıb.
Yeni Azərbaycan.-2017.-
1 mart.- S.7