Tibbi xidmətlərdə son ümid yeri - Mərkəzi Klinika

 

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyindəki Mərkəzi Klinika xəstəliklərin erkən diaqnostika və müalicəsi sahəsində peşəkar kadrlarına və texnoloji imkanlarına görə nəinki respublikamızın, hətta bəzi inkişaf etmiş ölkələrin klinikalarından üstün səviyyədədir. Klinikanın peşəkar tibbi heyəti bütün sutka ərzində xəstələrin müayinə və müalicəsini həyata keçirir. AZƏRTAC Mərkəzi Klinikanın baş direktoru, Əməkdar Həkim İxtiyar Sultanovun məqaləsini təqdim edir.

* * *

Dövlət müstəqilliyini bərpa edən ölkəmizin çağdaş tarixi müasir Azərbaycanın memarı və qurucusu Ulu öndər Heydər Əliyevin əvəzolunmaz xidmətləri ilə yazılıb. Yeni Azərbaycanın həyatının elə bir sahəsi yoxdur ki, orada bu dahi AZƏRBAYCANLININ qurub yaratdıqlarının möhtəşəm izləri olmasın. Bizim çalışdığımız səhiyyə sahəsi də məhz Ulu öndərin müdrik siyasətinin, yüksək diqqət və qayğısının real nəticəsi olaraq dinamik inkişaf mərhələlərini yaşayır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf və islahatlar siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Bu siyasətin nəticəsidir ki, son illər səhiyyə infrastrukturu inkişafın yeni mərhələsini yaşayır. Mövcud xəstəxanaların müasir standartlar səviyyəsində qurulması, yeni tibbəssisələrinin istifadəyə verilməsi, ən müasir cihaz və avadanlıqla, peşəkar kadrlarla təmin edilməsi nəticəsində bu gün cəsarətlə demək olar ki, səhiyyəmiz özünün intibah mərhələsini yaşayır.

Bu inkişaf mərhələsini bizim Mərkəzi Klinik Xəstəxananın timsalında görmək olar. Məhz Ulu öndər ölkəmizin paytaxtında Mərkəzi Klinik Xəstəxananın yaradılması kimi müdrik qərarı ilə bu gün uğurları Azərbaycanın hüdudlarından kənarda belə tanınan fundamental səhiyyə ocağının fəaliyyətinə xeyir-dua vermiş oldu.

Ümummilli liderin şəxsi səyləri ilə xəstəxananın binası qısa müddətdə beynəlxalq standartlara uyğun yenidən qurulub və həmin dövrdən Səhiyyə Nazirliyinin tam təsərrüfathesablı Mərkəzi Klinik Xəstəxanası adı ilə fəaliyyətə başlayıb.

Xəstəxananın açılış mərasimindəki çıxışında Ulu öndər kollektiv qarşısında duran məqsədləri və vəzifələri beləəyyən etmişdir:

- Xalqımıza yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən səhiyyə xidmətlərinin təşkilinə nail olmaq;

- Azərbaycan vətəndaşlarına xarici ölkələrdə deyil, məhz öz vətənlərində indiyədək həyata keçirilməmiş hər növ tibbi xidmətlər göstərilməsini, həmçinin müalicə məqsədilə xaricə aparılan valyuta axınının qarşısını almaqla, onun xalqın mənafeyi naminə istifadəsini təmin etmək;

- Müasir səviyyəli tibbi biliyə və bacarığa malik milli səhiyyə kadrları hazırlamaq.

2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xəstəxananın fəaliyyətinə ən ali səviyyədə yüksək etimad göstərilib və Mərkəzi Klinika adı altında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyinə verilib.

Bu gün 213 ümumi çarpayı fonduna, o cümlədən 139 stasionar, 19 reanimasiya, 9 ürək-damar cərrahiyyəsi reanimasiyası, 8 kardioreanimasiya, 11 uşaq reanimasiyası, 8 təcili yardım, 10 əməliyyat, 6 əməliyyatdan sonra müşahidə (rekoveri) çarpayısı, 60-dan çox poliklinika və diaqnostika otağına malik olan, stasionar yüklü xidmətlərin həyata keçirilməsi nəzərdə tutulan Mərkəzi Klinikada bütün növ tibbi xidmətlər və mürəkkəb cərrahi əməliyyat və müdaxilələr həyata keçirilir.

Bu müalicə ocağı dünyanın tibbi texnika istehsalçısı nəhəngləri kimi tanınan firmaların (Siemens, GE, Toshibo, Karl Storz və s.) son nəsil avadanlıqları ilə dövlətin daimi qayğısı nəticəsində təchiz olunmaqla, xəstəliklərin erkən diaqnostika və müalicəsi sahəsində texnoloji imkanlarına görə nəinki respublikamızın, hətta bəzi inkişaf etmiş ölkələrin klinikalarını belə qabaqlayır.

Ümumiyyətlə, 16 tibbi, 8 qeyri-tibbi şöbənin fəaliyyəti elə səviyyədə təşkil edilib ki, burada müvafiq profilli xəstəliklərin poliklinik və diaqnostik müayinələrindən tutmuş, mürəkkəb cərrahi əməliyyatlarınadək geniş tibbi xidmətləri həyata keçirmək mümkündür. Xəstəxananın ən öndə gedən şöbələrindən olan kardiologiya və kardiocərrahiyyə şöbələrində əvvəllər respublikamızda əlçatmaz hesab edilən tibbi xidmətlər, o cümlədən müasir ürək əməliyyatları, angioqrafiya, angioplastika, aritmiyaların müalicəsində katetır ablasiyası, süni ritm aparıcılarının implantasiyası, süni ürək köçürülməsi və sair kimi çoxsaylı mürəkkəb əməliyyatlar uğurla nəticələnib, statistik faktlara görə, bu günədək 11 mindən çox ürək-damar əməliyyatı, 30 mindən çox angioqrafiya və angioplastika əməliyyatları həyata keçirilib.

Ginekologiya və pediatriya şöbələrinin də fəaliyyəti diqqətəlayiqdir. Ginekoloji xəstəliklərin, sonsuzluğun, riskli hamiləliklərin və bu sahədə genetik xəstəliklərin müalicəsində tibbin ən son texnika və texnologiyalarından istifadə olunmaqla böyük uğurlar əldə edilib. Süni mayalanma və bununla əlaqədar genetik xəstəliklərin araşdırılması, perenetal diaqnostika-hamiləlik dövründə müxtəlif invaziv müdaxilələr, qadın cinsi hüceyrələrinin dondurulması kimi ən müasir və mürəkkəb ginekoloji xidmət və əməliyyatlar ölkəmizdə ilk dəfə məhz xəstəxanamızda həyata keçirilib.

Xüsusi qeyd etmək lazımdır ki, pediatriya şöbəsində yaradılmış şərait əsasında neanatoloji reanimasiyada ekstremal azçəkili (500 qramdan başlayaraq), iki və daha çox döllü hamilələrdən doğulmuş uşaqların süni ventilyasiyanın bütün rejimlərində izlənilməsi, yeni doğulmuşlarda ürək patologiyalarının araşdırılması, müalicəsi və respirator dəstəyinin aparılması, PDA-nın bağlanmasının konservativ və operativ yolla uğurla həyata keçirilməsi, böyrək çatışmazlığı zamanı periton dializinin, yeni doğulmuş körpələr üzərində geniş çərçivədə genetik-metobalik araşdırmanın aparılması kimi əvvəllər respublikamızda həyata keçirilməyən xidmətlər reallaşdırılır.

Neanatoloji reanimasiya və əməliyyat otağının geniş imkanları sayəsində yarımçıq doğulmuş, azçəkili körpələr üzərində həcmli cərrahi əməliyyatlar, Azərbaycanda ilk dəfə 700 qramlıq körpə üzərində uğurlu cərrahi əməliyyat, 1500 qramlıq körpə üzərində qida borusu atreziyası+traxeoözofagial fistula,1200 qramlıq körpə üzərində aksesuar bronx səbəbi ilə lobektomiya,1300 qramlıq körpə üzərində pilor atreziyası səbəbi ilə piloroduodenostomiya əməliyyatı həyata keçirilib, xəstələr tam sağlam vəziyyətə gətirilib. Klinikamızda bronxoskopik və torakoskopik alətlərin və reanimasiyanın mövcudluğu uşaqlarda bütün növ əməliyyatların endoskopik və açıq müasir üsullarla, eyni zamanda, onlarda mürəkkəb döş qəfəsi əməliyyatlarının açıq və qapalı üsullarla həyata keçirilməsinə tam şəkildə imkan verir.

Qeyd etmək lazımdır ki, respublikamızda ən güclü və etibarlı reanimasiya və intensiv terapiya xidmətləri Mərkəzi Klinikada həyata keçirilir. Belə ki, müalicə olunduqları səhiyyəəssisələrinin belə sağalmalarına ümidlərini itirdikləri minlərlə xəstənin məhz xəstəxanamızın reanimasiya və intensiv terapiya şöbəsində sağlamlıqları bərpa edilir və onlar həyata qaytarılır. Burada mövcud olan maddi texniki baza nəinki respublikamızın, hətta ən inkişaf etmiş ölkələrin reanimasiya şöbələri ilə müqayisə oluna bilər. Belə ki, hər biri tənəffüs aparatı və monitorizasiyaya uyğun monitorlarla təchiz olunmuş 19 reanimasiya çarpayısı, həmçinin hemodializ, hemofiltirasiya, plazmafarez, MARS, ECMO, CPFA cihazları istənilən təcili hallarda istifadəyə hazır vəziyyətdədir. Əlavə edək ki, hepafiltrli havalandırma ilə xəstə otaqlarının havasının hər saatda 6 dəfə dəyişdirilməsinə, həmçinin hər bir reanimasiya otağını mənfi və müsbət təzyiqli hala gətirməyə və temperaturu +18-25 C0, rütubəti 30-60 faiz tənzimləməyə imkan verən avadanlıqlar sayəsində ölkəmizdə ilk dəfə hemofiltirasiya, ciddi ürək çatmazlığı olan (kardiomiopatiya) xəstəyə ECMO qoşularaq xarici ölkəyə transferi, qaraciyər çatışmazlığında MARS (Molekulyar absorban resirkulyasyon sistem) və ya qaraciyər dializi proseduru məhz bu şöbədə həyata keçirilməkdədir.

Mərkəzi Klinikanın cərrahiyyə şöbəsinin peşəkar kadr heyəti yüksək nailiyyətlər əldə edib. Burada ən mürəkkəb endoskopik və laparoskopik əməliyyatlar, hepatobilyar sistemdə edilən bütün cərrahi əməliyyatlar, o cümlədən orqan (böyrək) transplantasiyası kimi mürəkkəb əməliyyatlar aparılır.

Urologiya şöbəsində də bütün əməliyyatlar, o cümlədən prostat xəstəlikləri, sidik daşı, böyrək şişləri və sair kimi əməliyyatlar, həmçinin respublikamızda ilk dəfə olaraq ən müasir metodlarla aparılan endoskopik uroloji əməliyyatlar həyata keçirilir.

Xəstəxanamızda ortopediya və travmatologiya sahəsində respublikamızda həyata keçirilən ən mürəkkəb əməliyyatlar - onurğa sütununun ən mürəkkəb əməliyyatlarından olan skolyoz deformasiyasının cərrahi korreksiyası, boyun fəqərələrinin çıxarılaraq titan materiallarla əvəz edilməsi, döş və bel fəqərələrinin bir neçəsinin çıxarılaraq süni sümüklərlə əvəzlənməsi peşəkar mütəxəssislərimiz tərəfindən uğurla həyata keçirilən əməliyyatlardır. Tam amputasiya olunmuş yuxarı və ya aşağı ətrafların replantasiyası (yerinə tikilməsi), baldır nahiyələrindən götürülmüş sinir qreftinin qopmuş qolun həmin nahiyəsinə replantasiyası da respublikamızda ilk dəfə məhz bu şöbədə həyata keçirilib.

Müayinə metodları sayəsində son dərəcə dəqiqliklə diaqnozlar qoymağa imkan verən şüa diaqnostika şöbəsində kompüter tomoqrafiya, maqnit rezonans, doppleroqrafiya, ultrasəs və rentgenoskopiya müayinə metodları gündəlik adət halı almış işlərə çevrilib. Burada mövcud olan tibbi cihazlar öz sahələrində ən son istehsal modeli və onların, o cümlədən 256 dedekter çoxkəsikli kompüter tomoqrafiya, həmçinin 3 tesla maqnit rezonans cihazının respublikamızda analoqu yoxdur.

Tibbi laboratoriya şöbəsi öz spesifikliyi, müasir cihaz və avadanlıqlarla təchizatı baxımından çox fərqlənir. Belə ki, burada bütün analizlərin müayinəsinin mümkünlüyü ilə yanaşı, respublikamızın laboratoriyalarında aparılmayan əksər analizlər həyata keçirilir. Vaxt itkisini və vətəndaşların istəklərini nəzərə alaraq, analizlərin nəticələri elektron qaydada xəstələrə göndərilir. Bəzi analizlərin etibarlı həyata keçirilməsini təmin etmək üçün əməkdaşlıq etdiyimiz TS EN İSO/İEC 15189 sertifikatına malik Türkiyə Respublikasının Düzen Laboratuvar Qrupuna göndərilərək, nəticələri ən qısa müddətdə təmin edilir. Ən müasir Abbott markalı M 2000 SP-PCR cihazında virusların (HCV PSR, HBV PCR, CMV PCR və s.) viral yük və genotipləri təyin edilir. Bunlarla yanaşı, laboratoriyamız dünya laboratoriya qrupları arasında keçirilən xarici nəzarət proqramında iştirak edir və dəfələrlə həmin qrupun sertifikatı ilə təltif olunub.

Mərkəzi Klinikanın Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyinə verilməsi, dünya şöhrətli alim, yüksək şəxsi və işgüzar keyfiyyətlərə malik bir ziyalı olan akademik Cəmil Əliyevin Xidmətə rəhbərlik etməsi klinikanın yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Bir-birinin ardınca ən son tibbi texnika və texnologiyalarla təchiz edilmiş Mərkəzi Klinikanın ambulatoriyasının, daha sonra stomatologiyasının istifadəyə verilməsi, xəstəxanamızda əsaslı yenidənqurma və genişləndirmə işlərinin aparılması, bu sağlamlıq ocağının ən son nəsil tibbi texnika və texnologiyalar hesabına yenilənməsi məhz akademik Cəmil Əliyevin rəhbərliyi ilə mümkün olub.

Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 5 ünvanda yerləşən, 3 mərtəbədən, ümumi sahəsi 4200 kvadratmetrdən ibarət olan Mərkəzi Klinikanın ambulatoriyasında müasir tibbi texnologiyalar əsasında fəaliyyət göstərən əməliyyat otağı, diaqnostika, ginekologiya, pediatriya, terapiya, kardiologiya, travmatologiya, fizioterapiya və s. kimi tibbi şöbələr vətəndaşlara yüksək səviyyədə səhiyyə xidməti göstərir. Yüksək ixtisaslı kadrlar həm stasionarda, həm də ambulatoriyada rotasiya əsasında daimi olaraq xəstələrin xidmətindədir. Rəsmi açılış tarixindən - 2009-cu ildən bu günədək ambulatoriyada 5 milyondan çox müayinə həyata keçirilib.

Müasir stomatoloji cihaz və avadanlıqlarla təchiz edilmiş 9 tibbi xidmət, 2 laboratoriya və 1 sterilizasiya otağından ibarət olan Mərkəzi Klinikanın stomatologiyasında Avropa ölkələrində təhsil almış və kurslar keçmiş mütəxəssislər peşəkar tibbi xidmətlə yanaşı, etibarlı sterilizasiyaya önəm verirlər. Sterilizasiya Amerika üsulu əsasında 5 mərhələdən ibarət olmaqla aparılır ki, bu da stomatologiya sahəsində ən vacib amillərdəndir.

Bundan başqa, 102 ümumi çarpayı fondu, o cümlədən 6 əməliyyat, 4 təcili yardım, 16 reanimasiya, 76 stasionar çarpayı, 30 poliklinika otağına malik olan Gəncə Müalicə Diaqnostika Mərkəzində bu günədək bölgələrdə aparılmayan tibbi xidmətlər - cərrahi əməliyyatlar, o cümlədən 750-dən çox ürək-damar əməliyyatı, 200-dən çox beyin əməliyyatı, böyrək transplantasiyası, 4500-dən çox angioqrafiya xidmətləri Mərkəzi Klinikanın keyfiyyət standartları əsasında həyata keçirilib, yaxın vaxtlarda süni mayalanma və sair mürəkkəb əməliyyatların reallaşdırılması planlaşdırılır.

Az əhəmiyyətli olmayan bir fakt da ondan ibarətdir ki, təkcə ölkə vətəndaşları deyil, əcnəbilər, diplomatik nümayəndəliklərin, nüfuzlu xarici şirkətlərin əməkdaşları da xəstəxanamızda göstərilən tibbi xidmətlərdən yararlanır, sağlamlıqlarını bizə etibar edirlər.

Akademik Cəmil Əliyevin şəxsi səyləri və himayəsi ilə milli səhiyyə kadrlarının hazırlanması, onların dünyanın bir sıra ölkələrində təkmilləşmə kurslarında bilik və təcrübə qazanması işi təmin edilib. Bunun real nəticəsi olaraq, Mərkəzi Klinikada yüksək bilik, bacarıq və təcrübəyə malik peşəkarlardan ibarət kadr potensialı toplanıb. Hazırda xəstəxanada ümumilikdə 1095 nəfər, o cümlədən 156 həkim, 437 orta və kiçik tibb işçisi, 336 texniki-inzibati işçi, 69 nəfər müqavilə əsasında və 97 həkim-rezident fəaliyyət göstərir. Gəncə Müalicə-Diaqnostika Mərkəzində isə 310 nəfərdən çox işçi, o cümlədən 54 həkim, 101 orta tibb işçisi və 155 texniki-inzibati işçi sakinlərə fasiləsiz xidmət göstərir. Onlarla xarici həkim və tibbi mütəxəssislər dəvət əsasında xəstəxanada xidmət göstərir. Həkim kadrlardan 30-a yaxını xarici ölkələrdə (Türkiyə Cümhuriyyəti, Avstriya, İngiltərə, Almaniya, ABŞ və Rusiyada) təhsil alıb. Digər həkimlərin hər biri, orta tibb işçilərinin isə bütün məsul vəzifədə çalışanları müxtəlif xarici ölkələrdə uzunmüddətli (əsasən 6 aydan-2 ilədək) kurslardan keçirilərək peşəkar mütəxəssis kimi hazırlanıblar. Onu da qeyd etməliyik ki, Mərkəzi Klinikada kadrların ixtisaslaşması və təkmilləşməsi istiqamətində Elm-Təhsil Komitəsi, xaricdə təhsil almış və respublikamızda nadir peşəkarlardan hesab edilən mütəxəssisin rəhbərlik etdiyi İnfeksiya Nəzarət Komitəsi daimi fəaliyyət göstərir. Bu komitələrdə kadrların ixtisaslaşması və təkmilləşməsi, tibbi təhlükəsizlik və infeksiyaya nəzarət məsələlərinə xüsusi diqqət yetirilir.

Mərkəzi Klinikada səhiyyə ixtisasına uyğunluq amilinə xüsusi nəzarət və diqqət yetirilir. Odur ki, xəstəxanamızda fəaliyyət göstərən kadrlar, xüsusən də həkim və orta tibb işçilərinin hər biri tibbi sahədə ali və ya orta ixtisas mütəxəssisləridir. Yəni, işə qəbulla bağlı müraciət edən mütəxəssis kadrların bu sahədəki ixtisas sənədləri və bacarıqları əvvəlcədən yoxlanılır, onların hansı tibbi xidmətləri icra edə biləcəkləri, yaxud hansıları icra edə bilməyəcəkləri siyahı şəklində tərtib olunub rəsmiləşdirilir. Burada çalışan həkimlər müəyyən edilmiş peşə yönümü çərçivəsindən kənara çıxdıqları halda onların barəsində ciddi intizam tədbiri görülür. Bu məqsədlə Mərkəzi Klinikada xüsusi olaraq İntizam və Etika Komissiyası yaradılıb. Bununla bərabər, həkimlərin və digər tibb işçilərinin fəaliyyətinə Tibbi Ekspertiza Komissiyası tərəfindən də xüsusi nəzarət həyata keçirilir. Hər bir tibbi fəsad və ölüm halları ciddi araşdırılaraq müzakirə olunur, təqsirkar şəxslər müvafiq qaydada cəzalandırılır. Görülən bu tədbirlər nəticəsində kollektivdə mənəvi-psixoloji iqlimin saflaşdırılması, tibbi heyətin vəzifə borclarına, xüsusən də xəstələrə qarşı məsuliyyətlə yanaşması təmin edilir.

Məlumdur ki, Mərkəzi Klinika respublikamızda geniş tibbi xidmətləri təqdim edən ilk təsərrüfathesablı müəssisədir. Bu sahədə tibbi xidmətlərin qiymətlərinin və onların maya dəyərinin formalaşdırılması mürəkkəb bir proses kimi hər zaman qarşımızda durur. Qiymət formalaşması bir tərəfdən iqtisadi məsələ kimiəssisənin fəaliyyətinin təmin edilməsi deməkdir, çünki təsərrüfathesablı müəssisə olaraq mövcudluğu və inkişafı bundan asılıdır. Digər tərəfdən isə tibbi xidmətlərin ödəniş qiymətləri məsələsi sosial xarakter daşıyır. Etiraf etmək lazımdır ki, ilk dövrlərdə tibbi xidmətin maya dəyərinə aid bütün təşkiledicilər (tibbi cihaz, alət, dərman və peşəkar mütəxəssislər) respublikaya kənardan gətirildiyinə görə xidmətin ödəniş qiymətinə təsir edirdi və cəmiyyətin alıcılıq imkanları ilə çox zaman üst-üstə düşmürdü. Mərkəzi Klinika vətəndaşlarımızın keyfiyyətli tibbi xidmətləri xaricdə yox, öz ölkələrində almalarını təmin etmək, həmçinin ölkədən çıxan valyutanın qarşısını almaq, onu milli səhiyyəmizin inkişafına yönəltmək məqsədilə bir sıra əməli tədbirlər həyata keçirdi. Odur ki, bu gün Mərkəzi Klinikada eyni tibbi xidmətlər xaricdə və ölkəmizdə olan özəl tibbəssisələri ilə müqayisədə daha keyfiyyətli həyata keçirilir, ödəniş qiymətləri isə daha aşağı tarifdə tətbiq olunur.

Eyni zamanda, məlumdur ki, hazırda respublikamızda icbari tibbi sığorta sisteminə keçid səhiyyə sahəsində ən aktual mövzulardan biridir. Bununla əlaqədar qeyd etmək istərdim ki, xəstəxanamızda hələ 2002-ci ildən etibarən xəstələr sığorta sistemi ilə qəbul edilir və bu günədək 300 mindən çox sığortalı xəstələrə xidmət göstərilib və bu rəqəm getdikcə daha da artır. Bu sahədə xəstəxanada xüsusi şöbə - sığortalı xəstələrə xidmət şöbəsi fəaliyyət göstərir ki, hazırda respublikamızın tibbi sığorta sisteminin əsasını təşkil edən 25-dək sığorta şirkəti və təşkilatı ilə sıx əməkdaşlıq həyata keçirilir. Artıq sığorta ilə işləyən və geniş təcrübəsinə malik peşəkar mütəxəssislərdən ibarət heyət formalaşıb ki, bu da gələcəkdə səhiyyə sistemində geniş formada tətbiq edilməsi nəzərdə tutulan icbari sığorta sisteminin tələblərinə Mərkəzi Klinikanın tam hazır olduğunu göstərir.

Mərkəzi Klinikada xidmət mədəniyyəti elə təşkil olunub ki, günün hansı saatında müraciət edilməsindən asılı olmayaraq, bütün sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər tərəfindən müayinə və müalicə təmin olunur. Yəni, gecə saatlarında belə rahatlıqla hər bir mürəkkəb əməliyyatı, məsələn, beyin, ürək-damar və s. əməliyyatları təcili formada uğurla həyata keçirmək və ya istənilən diaqnostik müayinədən keçmək mümkündür. Bunun üçün peşəkar tibbi heyət 24 saatlıq növbəli qrafik əsasında fəaliyyət göstərir.

Yuxarıda qeyd etdiklərimizdən göründüyü kimi, Mərkəzi Klinika böyük potensial imkanlara və üstünlüklərə malik bir şəfa ocağıdır. Ötən dövr ərzində burada çox böyük işlər görülüb. Əlbəttə, qarşıda görəcəyimiz işlər gördüklərimizdən qat-qat çoxdur və təbii ki, bu həcmdə işlərin görülməsi, mürəkkəb tibbi xidmətlərin həyata keçirilməsi xəstəxanamıza xalqın inamını artırır. Odur ki, Mərkəzi Klinikaya nəinki vətəndaşlarımız, hətta rəqabət apardığımız səhiyyəəssisələri belə son ümid yeri kimi baxırlar. Belə ki, buəssisələr uzun müddət müalicə etdikləri, lakin nəticə əldə edə bilmədiklərindən daha ağır vəziyyətə düşən xəstələrini son nəticədəəssisəmizə köçürürlər. Bu cür xəstələrin sağalmalarına ümid çox az olsa da, həmin müəssisələrin rəhbərlərinin və ya xəstələrin yaxınlarının xahişi, bəzi hallarda təkidi ilə onları Mərkəzi Klinikaya qəbul etmək məcburiyyətində qalırıq. Belə xəstələrdə isə fəsadlaşma və ölüm riskləri yüksək olur ki, bəzi hallarda göstərilən peşəkar tibbi xidmətlər və çalışmalar müsbət nəticə vermir. Ancaq əminliklə qeyd etmək istəyirəm ki, fəsadlaşma və ölüm hallarının statistikasına görə, Mərkəzi Klinikanın göstəriciləri həm respublikanın, həm də dünyanın qabaqcıl səhiyyəəssisələrinin göstəricilərindən xeyli aşağıdır.

Bir məsələni də vurğulamaq istəyirəm ki, xəstələrin razı qalmalarına nail olunması əsas məqsədimiz olduğundan tibbi xidmətin keyfiyyətinə xüsusi diqqət yetirməklə yanaşı, onların xidmətimizə münasibətlərini öyrənməyi də vacib hesab edir və bu məqsədlə xəstəxanamızda pasiyentlərin öz arzu, təklif və şikayətlərini aşkar və məxfi şəkildə bildirmələri üçün xüsusi şərait yaradılıb. Hər ay bizə edilən belə müraciətlərin və şikayətlərin təhlili aparılır, qaldırılan məsələlərlə bağlı lazımi tədbirlər görülür və bu barədə onlar rəsmi qaydada məlumatlandırılırlar. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bəzi hallarda əməkdaşlarımız arasında da öz şəxsi maraqlarını üstün tutaraq xəstələrləəyyən sövdələşmələrə gedənlər, onları müəssisəmizdən yayındıraraq digər səhiyyəəssisələrindəqaçaqtibbi xidmətlər göstərənlər tapılır. Xoşagəlməz hal olsa da, qeyd etməliyəm ki, peşə imkanları və bacarıqları baxımdan müəssisəmizlə rəqabət aparmaq iqtidarında olmayan “bəzi səhiyyəəssisələri” Mərkəzi Klinikanın cəmiyyətimizdə get-gedə artan nüfuzuna qısqanclıq və həsəd hisslərindən qaynaqlanan qarayaxma kampaniyaları həyata keçirirlər. Həmkarlarının fəaliyyətini ləkələmək cəhdləri təbii ki, onlara başucalığı gətirmir. Amma bunu da deməliyəm ki, ünvanımıza söylənilən hədyan və cəfəng tənələrə tərəfimizdən dərhal münasibət bildirməməyimiz, təmkinli mövqedə durmağımız onları daha da azğınlaşdırır.

Belələri bilməlidirlər ki, Mərkəzi Klinikanın yüzlərlə əməkdaşı öz saatlarını, bilik və təcrübələrini mənasız işlərə yox, əsil səhiyyə işçisi və vətəndaş olaraq Ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin tövsiyə və tapşırıqlarını həyata keçirməyə, göstərilən yüksək etimadı doğrultmaq işinə sərf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Klinikanın ambulatoriyasının açılışı zamanı dediyi bu sözlər kollektivimizin fəaliyyət devizidir: “Azərbaycan xalqı ən gözəl tibbi xidmətlər almalıdır. O ki qaldı, xidmətlərin səviyyəsinə, o, artıq sizdən asılıdır. Bilirəm ki, bu sahədə böyük uğurlarınız var. İstəyirəm ki, Azərbaycanın hər bir bölgəsində bu cür yüksək tibbi xidmətlər göstərilsin”.

İxtiyar Sultanov

Mərkəzi Klinikanın

Baş direktoru, Əməkdar Həkim

Yeni Azərbaycan.- 2017.- 3 mart.- S.3