Sahibkarlığın inkişafına dövlət dəstəyi 2017-ci ildə də uğurla davam etdirilir

 

Bu ilin ötən dövründə bir sıra bölgələrdə sahibkarlara güzəştli kreditlər verilib

Məlum olduğu kimi, uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə bütün sahələrin hərtərəfli inkişafı təmin edilib. Bu mənada respublikamızın bölgələrinin də sosial-iqtisadi inkişafı xüsusilə diqqətəlayiqdir. 2004-cü ildən etibarən reallaşdırılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bölgələri hərtərəfli inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər, yollar, körpülər, sənaye müəssisələri tikilib istifadəyə verilir. Bütün bunlar bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişdirməklə yanaşı, əhalinin rifahını da xeyli yüksəldir. Çünki açılan müəssisələr, eyni zamanda, yeni yerlərinin yaradılması deməkdir. Son illərdə isə açılan müəssisələrin böyük əksəriyyəti regionların payına düşür. Regionların inkişafı prosesində sahibkarların da rolu böyük əhəmiyyət kəsb edir. Dövlətin sahibkarlara göstərdiyi güclü dəstək sayəsində adamları bölgələrin sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun verdiyi güzəştli kreditlər nəticəsində adamları həm aqrar sahədə, həm də sənaye sahəsində yeniəssisələr yaradırlar.

Xatırladaq ki, Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə 2016-cı il ərzində güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində bir çox layihələr həyata keçirilib. Ötən il 2 min 500-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 190 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8 min 100-dən çox yeni yerinin açılmasına imkan yaradıb. Güzəştli kreditlərin 74 faizi respublikanın regionlarının, 26 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşüb. Verilən kreditlərin 82,3 faizi aqrar sektorun, 17,7 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, logistik mərkəzlər, ixtisaslaşdırılmış “yaşıl market”, çörək zavodları, iri fermer, quşçuluq və intensiv bağçılıq, pambıqçılıq, zeytunçuluq və tütünçülük təsərrüfatları, ət və süd, meyvə-tərəvəz məhsullarının emalı, ət kəsimi, un və un məmulatları, balıq yemi, mətbəx və məət malları, mebel, tara, tikinti materiallarının istehsalı və sair sahələr üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Cari ildə də sahibkarlığın inkişafına dövlət dəstəyi siyasəti uğurla davam etdirilir. Belə ki, İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun martın 2-də Yevlax rayonunun Yuxarı Bucaq kəndində keçirdiyi işgüzar forumda Yevlax və ətraf rayonlardan olan sahibkarlıq subyektlərinə 790 min manat güzəştli kredit verilib. Bu kreditlər, əsasən, heyvandarlıq, pambıqçılıq, plastik boru istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 40-dan çox yeni yerinin açılması mümkün olacaq. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Yevlaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

80-ə yaxın sahibkarın iştirak etdiyi forumda Yevlax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, müasir heyvandarlıq, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, soya əkini, yun qəbulu məntəqəsi və pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara metodiki materiallar paylanıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Yevlax rayonundan olan 1100-dən çox sahibkara 34,3 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12 min 800-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 514,3 milyon manat güzəştli kredit ayrılıb.

Forum çərçivəsində Yevlaxda güzəştli kreditlərdən istifadə etməklə yaradılmış müasir istixana kompleksinə baxış keçirilib.

Qeyd edək ki, indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən illik istehsal gücü 90 min ton tərəvəz, 10,4 milyon dekorativ bitki, 10,6 milyon ədəd tərəvəz şitili və 250 ton üzüm olan 55 müasir istixana kompleksinə 170,6 milyon manat güzəştli kredit verilib.

Cari il ərzində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 365 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, tərəvəzçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 30-a yaxın yeni yerinin açılması mümkün olacaq. Kreditlər sahibkarlara fevralın 23-də Xaçmaz rayonunun Xudat şəhərində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən keçirilən işgüzar forum çərçivəsində təqdim edilib. 90-a yaxın sahibkarın iştirak etdiyi forumda Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq, istixana təsərrüfatlarının, quru meyvə, şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 184,2 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

Forum çərçivəsində Xaçmazda güzəştli kredit ayrılmış “Yalama Aqropark”ın fəaliyyətinə baxış keçirilib. Artıq aqroparkda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. Bu mərhələdə 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sisteminin tətbiqi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, yem zavodu yaradılıb, zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə taxıl anbarı və qurutma avadanlığı quraşdırılıb. Yem zavodunda istehsal olunan qüvvəli yem aqroparkın tələbatının ödənilməsi ilə yanaşı, regionda fəaliyyət göstərən təsərrüfatların tələbatının ödənilməsində də əhəmiyyətli rol oynayır. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması məqsədilə növbəli əkin sistemi tətbiq olunmaqla, müxtəlif kənd təsərrüfatı bitkiləri (arpa, qarğıdalı) əkilir. Ötən il aqroparkda 100 hektar sahədən respublika üzrə rekord səviyyədə məhsuldarlıq - hər hektardan 15,6 ton yüksək keyfiyyətli dənlik qarğıdalı tədarük olunub. 2-ci mərhələdə aqroparkda müasir texnologiyanın tətbiqi ilə emaləssisələrinin yaradılması nəzərdə tutulur. Bundan başqa, aqroparkın yem bazasının gücləndirilməsi məqsədilə 956 hektar sahədə iri taxılçılıq təsərrüfatı yaradılacaq. Artıq ərazidə müasir suvarma sistemlərinin quraşdırılması üçün layihələndirmə işləri aparılır. Hazırda aqroparkda 150 nəfər çalışır və 2-ci mərhələ başa çatdıqdan sonra 300-dən çox yeni yeri yaradılacaq.

Fevralın 16-da Şəmkir rayonunda keçirilən işgüzar forumda isə 200-ə yaxın sahibkar iştirak edib. Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb. Fond tərəfindən Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq, aqroparkın, kartof və soğan saxlama anbarının, quru meyvə istehsalının, kiçik və ortahəcmli istixana, intensiv üzümçülük və kartofçuluq təsərrüfatlarının və dəyirmanın yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub. Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 270 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, üzümçülük, bağçılıq və tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti və ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2016-cı ildə sahibkarlıq subyektlərinin 2500-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 190 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8100-dən çox yeni yerinin açılmasına imkan yaradır.

2017-ci ildə sahibkarlara geri qaytarılan vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Fond bu il qeyri-neft məhsullarının istehsalının artırılması, iqtisadiyyatın real sektorunda investisiya layihələrinin maliyyələşdirilməsi, logistik mərkəzlərin, ixtisaslaşdırılmış “yaşıl market”lərin, aqroparkların, cins iribuynuzlu heyvandarlıq (ətlik və südlük) və istixana komplekslərinin, iri fermer, intensiv bağçılıq (üzüm, alma, nar, zeytun və s.) və quşçuluq təsərrüfatlarının yaradılması, ət kəsimi və emalı, qarışıq yem və çörək istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi, eləcə də kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Forum çərçivəsində Şəmkir rayonunda dövlətin güzəştli krediti ayrılan “Şəmkir Aqroparkda aparılan işlərə baxış keçirilib. Hazırda “Şəmkir Aqroparkda 1-ci mərhələ üzrə işlər davam etdirilir. Xaçmaz rayonunda yerləşən “Yalama Aqropark”ında isə 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. Digər regionlarda da aqroparklar yaradılır. Ümumilikdə, 6 aqroparkın yaradılmasına 48 milyon manat güzəştli kredit verilib.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2017.- 10 mart.- S.7