Regionlarda əhalinin içməli su təminatı yaxşılaşır
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 2017-ci ildə 18 rayonda 64 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması nəzərdə tutulub
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 24 fevral 2017-ci il tarixində “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, Azərbaycanda əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində 2007-2016-cı illərdə 24 rayon üzrə əhalisinin sayı 620 min nəfərdən çox olan 384 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb və 6143 ədəd supaylayıcı məntəqə tikilərək istifadəyə verilib.
Ölkə üzrə bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Dövlət başçısının imzaladığı Sərəncamda Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə 18 rayonun 64 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16,0 (on altı) milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Azərbaycan əhalinin etibarlı su təchizatına nail olmağı strateji hədəf kimi qarşıya qoyub
Hazırda bütün dünya üzrə su təchizatı ilə bağlı statistika heç də ürəkaçan deyil. Ehtiyatların qeyri-bərabər paylanması, qlobal istiləşmə, ayrı-ayrı regionlarda davamlı olaraq müharibə risklərinin artması və bir sıra hallarda mənbələrin siyasi təzyiq vasitəsinə çevrilməsi ölkələrin su təchizatı ilə bağlı yeni çağırışlar meydana çıxarıb. Verilən məlumatlarda hazırda Yer üzündə təxminən 1,5 milyard nəfərin içməli su çatışmazlığından əziyyət çəkdiyi bildirilir. BMT qlobal miqyasda su çatışmazlığı ilə bağlı xüsusi hesabat yayıb. Həmin hesabatda vurğulanır ki, dünyada su çatışmazlığından əziyyət çəkən insanların sayı durmadan kəskin şəkildə artır. Mütəxəssislər BMT-nin hesabatına əsasən 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insanın su çatışmazlığı problemi ilə üz-üzə qalacağını proqnozlaşdırırlar.
Su çatışmazlığı problemi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının məlumatı da həyəcan təbili çalmağa ciddi əsaslar verir. Qurumun rəsmi məlumatına əsasən, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni hər 17 saniyəyə bir uşaq həyatla vidalaşır. İçməli suyun keyfiyyət göstəriciləri də ciddi aktuallıq daşıyır. ÜST bildirir ki, müxtəlif ölkələrdə xəstəliklərin təxminən 80 faizi keyfiyyətsiz su ilə qidalanma səbəbindən yaranır və nəticədə, hər il 3 milyon insan dünyasını dəyişir.
Yuxarıda deyilənlər baxımından Azərbaycanın bütün ölkə boyu əhalinin etibarlı su təchizatına nail olunmasını strateji hədəf kimi müəyyənləşdirməsi böyük aktuallıq daşıyır. Azərbaycan bu sahədə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Məlumdur ki, su layihələrinə yönəldilən investisiyalar geri qayıtmır. Bununla belə, sosial dövlət olan Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikanın bütün şəhər və rayonlarında irimiqyaslı su layihələrinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır və bu layihələrin reallaşdırılmasına lazımi qədər vəsait ayrılır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində diqqəti bir daha ölkəmizin bəhs olunan strateji hədəfinə yönəldərək vurğulayıb: “Azərsu” ASC-nin qarşısına məqsəd qoyulmuşdur ki, bir neçə il ərzində bütün şəhərlərimizin içməli su və kanalizasiya layihələri tam icra edilsin. Əhaliyə 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilsin. Biz bu hədəfə doğru irəliləyirik. Hər il bir çox şəhərlərimizdə içməli su layihələri istifadəyə verilir. Hazırda Bakının fasiləsiz su təminatı 80 faizə çatmışdır. Ölkə üzrə isə bu göstərici təxminən 65 faizdir. Bu, daha da artmalıdır”.
2016-cı ildə 134 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib
Respublikamızda 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində ölkənin bütün bölgələrində çoxlu sayda su-kanalizasiya layihələri həyata keçirilib. Bu baxımdan 2016-cı il də istisna təşkil etməyib. Ötən il ayrı-ayrı rayonlarda yeni su layihələrinin icrası tamamlanıb və nəticədə fasiləsiz rejimdə içməli su alan əhalinin sayı əhəmiyyətli dərəcədə artıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verərək bildirib ki, son bir ildə respublikanın regionlarında 825 kilometr su, 541 kilometr kanalizasiya xətti çəkilib, 32 artezian quyusu qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120 min nəfərdən çox olan 5 şəhərdə su təchizatı layihəsi başa çatıb, 100 min nəfəri əhatə edən 56 yaşayış məntəqəsində modul tipli sutəmizləyicisi quraşdırılıb.
Görülmüş işlər nəticəsində 143 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 134 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi Bakı şəhərində 80,6 faizə, ölkə üzrə 65,6 faizə yüksəlib.
Regionlarda
yeni su layihələrinin icrası
intensiv şəkildə davam etdirilir
Yuxarıda vurğulandığı kimi,
respublikamızda yeni su layihələrinin həyata
keçirilməsi
davamlı xarakter daşıyır. Regionlarda yeni su layihələrinin icrası bundan sonra da davam
etdiriləcək. “Azərsu”
ASC-dən
verilən
məlumatda
bildirilir ki, 2017-ci ildə
Xırdalan və Qazax şəhərlərində su təchizatı
və
kanalizasiya sistemlərinin yenidən
qurulması layihələrinin icrasına
başlanılacaq. Gəncə, Şəki,
Beyləqan,
Ağcabədi,
Tərtər, Gədəbəy, Xaçmaz,
Xızı, Qobustan, Naftalan şəhərlərində tullantı sutəmizləyici
qurğuları tikiləcək.
Hazırda Gəncə şəhərində “Açıq Kommunal İnfrastruktur Proqramı
II” layihəsi
çərçivəsində genişmiqyaslı işlər həyata
keçirilir. Gəncə
və
Şəki
şəhərlərinin su təchizatı
və
kanalizasiya sistemlərinin yenidən
qurulmasını nəzərdə
tutan “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində Azərbaycan
Respublikası hökuməti və
Almaniyanın KfW Bankı arasında 25 sentyabr 2006-cı il tarixdə
“Ssuda Müqaviləsi” imzalanıb. Layihə çərçivəsində məsləhət xidmətlərinin cəlb edilməsi
və
Şəki
şəhərinin su təchizatı
və
kanalizasiya sistemlərinin yenidən
qurulmasının bir hissəsinin
maliyyələşdirilməsi məqsədilə Azərbaycan
Respublikası və İsveçrə
Konfederasiyası hökuməti arasında 25 sentyabr
2006-cı il tarixdə
“Kommunal İnfrastruktur
I və
II” layihəsi
üzrə
Maliyyə
yardımının göstərilməsinə dair Qrant sazişi
imzalanıb. Layihənin 2-ci və
3-cü mərhələlərinin
maliyyələşdirilməsi məqsədilə Azərbaycan
Respublikası Hökuməti ilə
Almaniyanın KfW Bankı arasında 20 dekabr 2012-ci il
tarixdə
100 milyon avro həcmində Kredit Sazişi və
2 milyon avro həcmində Maliyyələşdirmə Müqaviləsi
imzalanıb
“Azərsu”
ASC-dən
verilən
məlumatda
bildirilir ki, “Gəncə şəhərinin içməli
su təchizatı
və
kanalizasiya sistemlərinin yenidən
qurulması” layihəsi Gəncə şəhəri ilə
yanaşı, Göygöl
rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və
Mollacəlilli
kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla
450 min nəfərin su təchizatı
və
kanalizasiya xidmətlərindən
istifadəsinin
yaxşılaşdırılmasına hesablanıb. Gəncə şəhərini içməli
su ilə təmin etmək
üçün Göygöl,
Qızılqaya mənbələri
və
Şəmkirçay
su anbarı seçilib.
Layihənin birinci mərhələsi çərçivəsində işlərə 2011-ci ilin sentyabrında başlanıb, Göygöl
su mənbəyində məhsuldarlığı
saniyədə 200 litr olan yeni
drenaj sistemi yaradılıb, Gəncə şəhərində
həcmi
4000 kubmetr olan su anbarı tikilib və
mənbədən anbara qədər 24,5 km uzunluğunda magistral kəmər çəkilib.
Layihənin ikinci mərhələsində
Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri
aparılıb, mənbənin məhsuldarlığı
saniyədə 250 litrə
çatdırılıb. Bu mərhələ
çərçivəsində 4 km uzunluğunda magistral kəmər, ümumi tutumu 12000 kubmetr olan 3 ədəd anbar və
5,5 km uzunluğunda anbarlararası
xətt
inşa edilib.
Gəncə şəhərinin içməli
su tələbatının böyük hissəsi Şəmkirçay
su anbarının yaxınlığında tikilən sutəmizləyici qurğudan təmin ediləcək. Layihəyə əsasən bu mənbədən şəhərə
saniyədə 1200 litr su veriləcək.
Gəncə şəhərinin içməli
su və
kanalizasiya şəbəkələrinin yenidən
qurulması layihəsinə əsasən 855 km paylayıcı su xəttinin,
813 km kanalizasiya şəbəkəsinin
yaradılması nəzərdə
tutulub. Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək
və
məhsuldarlığı
sutkada 150 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək. Layihə üzrə
tikinti-quraşdırma işlərinin 2018-ci ildə
başa çatdırılması
nəzərdə tutulur.
Yeni su layihələrindən biri də
Ucar rayonunun Rəstəcə kəndində həyata
keçirilir. Tutumu 3000 kubmetr olan
su anbarının və
xlorafor binasının
inşası cari ilin sonunadək başa
çatdırılacaq. Həyata keçirilən
layihə
sakinlərin
içməli
su təchizatında
mühüm əhəmiyyət
kəsb
edəcək.
Ağsu rayonunun Külüllü kəndi ərazisindən kəmərlə gətirilən su anbara vurulacaq, təmizlənəcək və nasoslarla Ucar şəhərinə, Gəraybəyli kəndinə və Qarabörk kəndinin bir hissəsinə ötürüləcək. Təmizlənmiş su quraşdırılacaq 6 nasos vasitəsilə yaşayış məntəqələrinə veriləcək.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 15 mart.- S.7