MULTİKULTURALİZM MƏRKƏZİNİN “QAFQAZ ALBANİYASINI ÖYRƏNİRİK” LAYİHƏSİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNDƏ

Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Qafqaz Albaniyasını öyrənirik” layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji UniversitetindəYelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirikmövzusunda növbəti mühazirə təşkil olunub.

 

BBMM-dən AZƏRTAC-a verilən məlumata görə, mühazirədən öncə Mərkəzin əməkdaşı Yadigar Məmmədli layihə haqqında məlumat verib. O deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı ölkə alimlərinin əldə etdikləri araşdırma nəticələrini geniş auditoriyaya, ilk növbədə respublikanın təhsil ocaqlarına çatdırmaq məqsədilə bu layihəni həyata keçirir. Bu layihə çərçivəsində mütəmadi olaraq “dəyirmi masalar, mühazirələr, təqdimatlar və görüşlər təşkil ediləcək.

 

Mühazirəni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa oxuyub. Mühazirəçi Azərbaycanın qədim, köklü soylarından olan udilər haqqında tələbə və professor-müəllim heyətinə ətraflı məlumat verib. Qeyd edib ki, eramızdan əvvəl V əsrdə yaşamış qədim yunanəllifi Herodot özününTarixəsərində udilər haqqında yazıb. Eramızdan əvvəl I əsrdə yazıb-yaratmış Strabon daCoğrafiyaəsərində Qafqaz Albaniyasında yaşamış, 26 dildə danışan yerli alban soyundan olan udilərin adını qeyd edib. Udilər tarixin mürəkkəb, keşməkeşli mərhələlərini yaşayıblar. XIX əsrin ikinci yarısında Yelizavetpol quberniyasında qeydə alınan udilər öz identikliyini qoruyub saxlaya bilməyiblər.

 

Nazim Mustafa auditoriyanın diqqətinə çatdırıb ki, sovet hakimiyyəti illərində gedən proseslər nəticəsində Gəncə arealında yaşayan udilərin bir hissəsi keçmiş SSRİ-nin müxtəlif yerlərinə səpələnib. Ermənistan SSR ərazisində qalan udilər isə digər milli azlıqlar kimi assimilyasiyaya uğrayaraq tamamilə erməniləşib. Məruzəçi mühazirənin sonunda Azərbaycanın Qəbələ rayonunun Nic kəndində və Oğuz şəhərində yaşayan udilərə məxsus tarixi-memarlıq abidələrinin qorunması, onların mədəniyyətinin inkişaf etdirilməsi və dillərinin qorunması sahəsində həyata keçirdiyi ardıcıl tədbirlər haqqında da ətraflı məlumat verib.

 

Yelizavetpol quberniyasının udin kəndləri: biz nə bilirikmövzusunda mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Yeni  Azərbaycan.- 2017.- 18 mart.- S.11