Fransanın Sofia-Antipolis
Universitetinin professorları
Bilik Fondunda olublar
Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər
Akademiyasının Fəlsəfə
İnstitutu və Fransanın Sofia-Antipolis Universitetinin hüquq və
siyasi elmlər fakültəsinin birgə
təşkilatçılığı
ilə
“İslam həmrəyliyi, mədəni müxtəliflik və
milli identiklik” mövzusunda keçirilən beynəlxalq
elmi konfransın iştirakçıları Bilik
Fondunda olublar.
İcraçı direktor Oktay Səmədov qonaqlara Fondun strukturu, fəaliyyəti,
həyata
keçirdiyi layihələr barədə ətraflı məlumat verib. O.Səmədov ölkəmizdəki tolerant mühit, multikultural ovqat, dilindən, dinindən, mədəniyyət fərqindən asılı olmayaraq, bütün insanların firavan birgəyaşayış ənənələrindən danışıb. Hazırda 21 layihə üzrə
fəaliyyət göstərən Fondun beynəlxalq əlaqələrindən
söhbət
açan O.Səmədov bir sıra layihələrə 60-dan çox xarici mütəxəssisin mühazirəçi
qismində
cəlb
olunduğunu deyib.
O, əlaqələrin genişlənməsi, Azərbaycanın
təhsil
müəssisələrində
Sofia-Antipolis Universitetinin
alim və təqdiqatçılarının
mühazirələrinin təşkil
olunmasına və təcrübə mübadiləsinə zəmin
yaradılması ilə bağlı fikirlərini bölüşüb.
Sofia-Antipolis Universitetinin Hüquq və siyasi elmlər
fakültəsinin
dekanı professor Kristian
Vallar səmimi dəvət və yüksək
səviyyədə qarşılanmaya
görə
təşəkkürünü
bildirərək, Bilik Fondu ilə təmsil
etdiyi universitet arasında əlaqələrin qurulmasının
hər
iki tərəf
üçün müsbət nəticələr verəcəyinə
əminliyini
ifadə
edib. Professor deyib
ki, Azərbaycan və Fransa arasında əməkdaşlığın inkişafında
hər
iki ölkənin elmi dairələrinin rolu böyükdür.
Sofia-Antipolis Universitetinin
Hüquq və siyasi elmlər fakültəsinin dekan müavini professor Ksavye Latour Azərbaycana əvvəllər də
gəldiyini,
hər
dəfə Bakının daha da gözəlləşdiyini
müşahidə
etdiyini deyib. Azərbaycanda yaşayan bütün
xalqlara eyni münasibətin
göstərildiyinin,
tolerantlığın şahidi
olduğunu deyən professor dövlətin
bu istiqamətdə
yürütdüyü siyasətin maraq doğurduğunu dilə
gətirib.
Fondun aparat rəhbəri professor İsaxan Vəliyev “Qardaşlaşmış
məktəblər” layihəsi haqqında məlumat verərək, xarici ölkələrin orta təhsil
müəssisələrinin də artıq layihəyə
cəlb
olunduğunu deyərək, Fransa məktəblilərinin Azərbaycan
məktəbliləri ilə
qardaşlaşmasını hər
iki ölkənin gənc
nəslinin
dünyagörüşünün inkişafında mühüm
rol oynayacağına əminliyini
vurğulayıb. İ.Vəliyev birgə
fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi, əməkdaşlığın
genişləndirilməsi üçün Sofia-Antipolis
Universiteti ilə Bilik Fondu arasında
“Niyyət
Protokolu” imzalanmasını
təklif
edib.
Əməkdaşlığın perspektivləri barəsində geniş müzakirələrdən
sonra nümayəndə heyəti Fondun əməkdaşlarının müşayiəti ilə
Dağ yəhudiləri
sinaqoqu, Rus Pravoslav Kilsəsi, “Heydər” Məscidi
ilə
tanış olublar.
Daha sonra qonaqlar Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzində
alimlərlə görüşüblər. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə
Dövlət
müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar
Nəcəfov toplantı iştirakçılarına
Azərbaycanda
yaşayan xalqlar haqqında məlumat verib,
“İslam Həmrəyliyi İli”
çərçivəsində görüləcək işlərdən danışıb.
Qeyd edək ik, fransalı alimlərin
martın 31-də Qubaya və
Şamaxıya səfəri nəzərdə
tutulub.
Yeni Azərbaycan.- 2017.-31 mart.- S.7