Xalq yazıçısı Elçinin
“Baş” romanı Moskvada
nəşr olunub
Xalq yazıçısı Elçinin ötən il çap olunan “Baş” romanı az bir vaxtda ədəbi hadisəyə çevrilib. Yeni əsər haqqında bir çox məqalələr yazılıb, müzakirələr keçirilib. Roman XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Əsərin süjetini Bakıda Sisianovun öldürülməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr təşkil edir. Geniş əhatə dairəsinə malik olan bu tarixi-fəlsəfi romanda Azərbaycan xanlıqlarında, Gürcüstan, Şimali Qafqaz, Rusiya, İran, Osmanlı İmperiyası, eləcə də Avropada siyasi təlatümlər yüksək sənətkarlıqla əks olunub.
AZƏRTAC xəbər verir ki, bu günlərdə Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatı Azərbaycanın Xalq yazıçısı Elçinin “Baş” romanını rus dilində nəşr edib. Nəfis şəkildə çap olunmuş kitabın annotasiyasında əsərə və ümumiyyətlə, Elçin yaradıcılığına yüksək qiymət verilir. Romanı rus dilinə A.Mustafazadə tərcümə edib.
“Baş” romanı digər xarici
ölkə nəşriyyatlarının
da böyük
marağına səbəb olub.
Bu səbəbdən də
hazırda roman Türkiyə, Almaniya,
İngiltərə, Gürcüstanda
və Moldovada çapa
hazırlanır.
Yeni Azərbaycan.-
2017.- 31 mart.- S.7