Məryəm Ələkbərlinin əsərlərinin sədası
dünyanın böyük
muzeylərindən gələcək
İstedadlı gənc rəssam Məryəm Ələkbərli
“İntim portretlər”
adlı sərgisi üçün ən çox sevdiyi Paris şəhərini seçib. Fransa paytaxtının mərkəzində
Sena küçəsində
yerləşən “Buci”
qalereyasında on beş gün ərzində sənətsevərlərin
istedadlı rəssamın
əsərlərini seyr
etmək imkanı olacaq.
Fərqli baxışları olan azərbaycanlı gənc rəssam maraqlı, qeyri-standart ölçülü nadir
əsərləri ilə
Fransa paytaxtında incəsənət nümayəndələrinin
diqqətini və qəlbini fəth edib. İncəsənət
tarixçiləri, tənqidçiləri,
yaradıcılığın müxtəlif sahələrini təmsil edən sərgi iştirakçıları istedadlı
rəssamın əsərlərini
maraqla qarşılayıblar.
Onlar gənc rəssamın sadə təsvir manerasına heyranlıqla tamaşa ediblər.
Parlaq rənglərlə
canlı modelləri və ya natürmortları
kətan üzərinə
köçürdən gənc
rəssam naturanı təfsir edib əsərinin ruhuna tabe edir. Bununla
da rəssamlıqda öz dəst-xəttini yazır. Tonların harmoniyasını incəliklə
yaradır və bu da onun
rəng seçimindəki
yüksək duyumundan
və peşəkarlığından
xəbər verir. Rəssamlar özləri bəzən onun rəng seçiminin ilahi vergi olduğunu
söyləyirlər.
İncəsənət tarixçiləri Məryəm
Ələkbərlinin Parisdə
təhsil alsa da onun əsərlərində
hiss olunan ekspressionizm və ruhun doğma vətənindən gəldiyini
vurğulayırlar. Məryəm
Ələkbərlini yaradıcılıq
və həyat, rəssam instinkti və plastik ifadə arasında mövcud əlaqənin rəmzi kimi xarakterizə edirlər. Onun enerji ilə
dolu əsərlərinin
qəlbinin səsi olduğu diqqətə çatdırılır. Hər
bir əsərinin sevinc himni, daxili
aləminin səsi olduğu bildirilir. Onun əsərləri canlı rənglərin improvizasiyası vasitəsi
ilə ifadə olunan nostalgiya melodiyası kimi xarakterizə olunur.
İstedadlı rəssam Məryəm Ələkbərlinin heyranedici
əsərləri dünyanın
bir çox ölkələrində sərgilənib.
Dubayda, Moskvada, Romada, Riqada fərdi sərgiləri ilə sənətsevərlərin
qəlbini fəth etsə də, Məryəmin ən çox sevdiyi şəhər Parisdir. “Buci” qalereyası 28 ildir məhz müxtəlif ölkələrdən
olan və Fransanın tarixini, mədəniyyətini sevən
sənətçilərin əsərlərini nümayiş
etdirir.
Məryəm kiçik yaşlarından
musiqi və rəssamlıqla maraqlanıb.
Bakıda incəsənət
sahəsində ilk addımlarını atan Məryəm Ələkbərli
bu sahədə təhsilini Moskvada davam etdirib. İstedadlı, gənc rəssam Paris Dekorativ ali məktəbinə,
sonra İncəsənət
ali məktəbinə
üz tutub.
İncəsənət tarixçisi və tənqidçisi Janet Zvinjenberjer Parisin mərkəzində Sena küçəsindəki “Buci”
qalereyasında gənc
rəssam Məryəm
Ələkbərlinin vernisajının
təşkilinə çox
sevindiyini və bundan məmnun olduğunu bildirib. Qeyd edib ki,
artıq bir neçə ildir Məryəm Ələkbərli
Parisdə yaşayır,
fransız mədəniyyətini
yaxından tanıyır
və Fransa paytaxtının nüfuzlu
sərgi salonlarında
onun vernisajları keçirilib. Bu dəfə də “Buci” qalereyasında sənətsevərlər onun
əsərlərini maraqla
qarşıladılar və
çox sevdilər. Bu gün nümayiş
olunan əsərlərində
artıq onun yeni rənglərdən istifadə etdiyini və qum rəngi
tonlarına üstünlük
verdiyini görürük.
Ancaq həmişə
işlətdiyi qırmızı,
çəhrayı rənglərə
də müraciət edib. Məryəmin çox yüksək rəng hissiyyatı var. O, rəngləri incəliklə seçir.
Gənc rəssam texnikasında da dəyişiklik edib. Bu əsərlərində
Matisin təsiri aydın duyulur.
Qeyd edib
ki, fırça ilə çəkilmiş
qadın portretləri
də özünəməxsusluğu
ilə diqqət çəkir. Məryəm
çəhrayı, narıncı
və tünd qırmızı rənglərdən
ustalıqla istifadə
edərək qadın
dərisinin təravətini
incəliklə təsvir
edib.
“Məryəm əsərlərində birbaşa
və səmimi dili ilə başqasını
tamamilə fərqli bir formada dərk
etmək zərurətinə
də toxunur”, - deyə Janet Zvinjenberjer vurğulayıb.
Zərgərlik üzrə ixtisaslaşmış
jurnalist Kyra Brenzinger bildirib ki, artıq bir neçə ildir əsərləri sayəsində Məryəm
Ələkbərlini tanıyır.
Hər dəfə onun sərgisinin və ya vernisajının
təşkil olunduğunu
eşidəndə böyük
məmnuniyyətlə gəlirəm.
Məryəmin yaradıcılığını
izləyirəm. Onun rəng seçimini çox sevirəm. Məryəm Ələkbərlinin
yaratdığı əsərlər
məna və hisslərin dərinliyi ilə seçilir. O, öz daxili dünyasını əlvan
rənglərin dili ilə ifadə edir.
“Mən Məryəmi Matislə müqayisə edirəm və onun əsərlərində Qogen, Sezan kimi böyük rəssamların da təsiri görünür. Əminəm ki, onun əsərlərinin sədası dünyanın böyük muzeylərindən gələcək. Məryəm buna layiqdir”, - deyə Kira Brenzinger söyləyib.
Yeni Azərbaycan.- 2017.-6 may.- S.15