Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub

 

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlik, komitə, baş idarələrin müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin ictimaiyyətin nümayəndələri abidə önünə gül düzüblər.

 

Xalqının əbədiyaşar lideri kimi vətəninə tarixi nailiyyətlər qazandıran, adını vətən tarixinin şərəf salnaməsinə çevirən ulu öndər Heydər Əliyevin anadan olmasından 94 il ötür. Ölkəmizə hər iki rəhbərliyi dövrü böyük quruculuq, inkişaf, sabitlik və tərəqqi illəri kimi tarixə yazılan, ən çətin məqamlarda xalqının köməyinə çatan, onu məhv olmaq, parçalanmaq tarix səhnəsindən silinmək təhlükəsindən xilas edən dahi rəhbər hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır yaşayacaqdır.

 

Ulu Öndər 1969-1982-ci illərdə keçmiş İttifaq respublikaları içərisində inkişaf səviyyəsinə görə geridə qalan Azərbaycanı qısa zamanda qabaqcıl respublikalar sırasına çıxardı. Respublikamızda kənd təsərrüfatı canlandırıldı, məhsul istehsalı artırıldı, yeni zavodlar, fabriklər, böyük sənaye müəssisələri tikildi, yerləri açıldı, yollar çəkildi, məktəb binaları, xəstəxanalar, mədəniyyət obyektləri istifadəyə verildi. Bununla yanaşı, həmin dövrdə imperiya təzyiqlərinə baxmayaraq milli ruhun milli özünüdərkin dirçəldilməsi, milli dəyərlərimizin, adət-ənənələrimizin təbliği qorunub-saxlanılması istiqamətində ardıcıl tədbirlər görüldü, bütün sahələrdə milli kadr hazırlığının əsası qoyuldu. Xüsusilə gənclərin hərb sənətinə marağının artırılması, hərbi təmayüllü məktəbin yaradılması, azərbaycanlı gənclərin Sovetlər Birliyinin nüfuzlu ali hərbi məktəblərində təhsil almağa göndərilməsi dahi şəxsiyyətin ölkəmizin gələcək müstəqilliyi naminə həyata keçirdiyi məqsədyönlü tədbirlərin tərkib hissəsi idi. Sonrakı dövrdə zaman bir daha təsdiq etdi ki, Ümummilli Liderin ötən əsrin 70-ci illərində yaratdığı iqtisadi milli kadr potensialı olmasaydı, Azərbaycanın müstəqilliyi haqqında danışmaq da mümkün olmayacaqdı.

 

Ötən əsrin 90-cı illərində xalqımızın böyük oğlunun siyasi arenadan uzaqlaşması ilə Azərbaycanın ağır çətinliklərlə dolu dövrü başladı. Xalqın əsl liderə ehtiyacı olduğu belə bir dövrdə dahi rəhbər Naxçıvandan xilaskarlıq missiyasına başladı, Azərbaycanın qurtuluş inkişaf tarixini yazdı. Ümummilli Liderimizin rəhbərliyi ilə Naxçıvanda milli dövlətçiliyimizin müstəqilliyimizin bərpası istiqamətində qəti addımlar atıldı. Üçrəngli bayrağımız ilk dəfə Naxçıvan parlamentində qaldırıldı, Sovetlər Birliyinin mövcud olduğu bir vaxtda cəsarətli addım atılaraq Naxçıvan Muxtar Respublikasının adındanSovet sosialistsözləri götürüldü. Sovet qoşun hissələri sərhəd dəstələri onlara məxsus silah-sursat texnikanın Naxçıvanda saxlanılması şərtilə buradan çıxarıldı, onların bazasında ilk milli ordu yaradıldı.

 

Ölkə Prezidenti cənab İlham Əliyev həmin dövrü xarakterizə edərək deyib: “Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. Məhz onun təşəbbüsü rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi dövlət bayrağı kimi təsdiq edildi... Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməsi məhz Naxçıvanda mümkün olmadı... Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişildi Naxçıvan Muxtar Respublikası adı təsdiq edildi. Bu, müstəqilliyə gedən yolların müxtəlif istiqamətləri idi o da təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan dövlətçiliyinin gələcəyi müəyyən edilirdi. Bunun nəticəsi olaraq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi beləliklə, Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı”.

 

Milli qurtuluş günündən başlanan quruculuq dövrü Azərbaycanda davamlı inkişaf mərhələsinin hüquqi dövlət quruculuğunun əsasını qoydu, torpaqlarımızın işğalının qarşısı alındı, milli ordu yaradıldı, əhalinin rifahı yaxşılaşdırıldı, kompleks iqtisadi islahatlar həyata keçirildi. Düşünülmüş xarici siyasət kursu ölkəmizin mövqeyinin möhkəmlənməsinə nüfuzlu beynəlxalq təşkilatlarda uğurla təmsil olunmasına imkan yaratdı, Azərbaycanın haqq səsi yüksək tribunalardan bütün dünyaya çatdırıldı.

 

Bu gün ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev yolu Azərbaycana davamlı inkişaf, sabitlik firavan həyat bəxş edib. Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Güclü ordu möhkəm iqtisadi potensial Azərbaycanı dünyada etibarlı tərəfdaşa çevirib. Müstəqil Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir, regional enerji nəqliyyat layihələrinin uğurlu iştirakçısı kimi öz iqtisadi siyasi qüdrətini daha da artırır. Bütün bunların bir səbəbi var: o da ölkəmizdə davam inkişaf etdirilən Heydər Əliyev yoludur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin alternativi yoxdur. Son illərin təcrübəsi onu göstərir ki, ölkəmiz xalqımız yalnız bu yolla qabağa gedə bilər. Biz ulu öndərin siyasi irsinə sadiqik, onun siyasətini davam etdiririk, zənginləşdiririk”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək ümummilli lider Heydər Əliyevin həyatını çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Ali Məclisin Sədri Heydər Əliyev Muzeyinə yeni eksponatlar təqdim edib.

Mayın 10-da Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə tədbirlər keçirilib.

Yeni Azərbaycan.- 2017.- 11 may.- S.8