Kaliforniyanın San-Dieqo şəhərində Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatında keçirilən silsilə tədbirlər mayın 10-da bu ştatın ikinci ən böyük şəhəri San-Dieqoda davam etdirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildirilib ki, konsulluğun təşkilatçılığı Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyətinin dəstəyi ilə San-Dieqonun tanınmış qədim incəsənət mərkəzlərindən hesab olunan Balboa Teatrında keçirilmiş konsertə 1300 nəfərdən çox şəhər sakini tamaşa edib.

Bu möhtəşəm tədbirdə incəsənət ustalarımız tərəfindən milli musiqi rəqslərimizin təqdimi geniş tamaşaçı kütləsi tərəfindən böyük rəğbət alqışlarla qarşılanıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq bu əlamətdar günün önəmindən bəhs edib. Diplomat, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda müstəsna tarixi xidmətlərindən danışaraq qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın israrlı çağırışlarından sonra Bakıya qayıdıb, qısa müddətdə ölkədə sabitliyin yaradılmasına nail olaraq mühüm siyasi iqtisadi islahatlara, eləcə milli maraqlarımıza əsaslanan xarici siyasətin həyata keçirilməsinə start verərək, çağdaş Azərbaycanın sürətli inkişafının əsasını qoyub. N.Ağayev vurğulayıb ki, Ümummilli liderin Azərbaycanın inkişafı strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir nəticədə ölkəmiz bütün sahələrdə günü-gündən daha da şöhrətlənir, həm bölgədə, həm dünyada nüfuzlu dövlət kimi qəbul olunur.

Sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Ulu öndərin müstəqil Azərbaycan Prezidenti kimi fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin xalqımızın nicata qovuşmasında, geniş mənada isə müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə istiqamətlərini əhatə etməsində tapıb. A.Əsgərov deyib: “İyirmi beş ildən artıqdır ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatın yeni bir dövrünü - müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır”.

Tədbirdə San-Dieqo Vilayətinin Nəzarətçilər Şurasının üzvü Ron Roberts belə bir gözəl mədəniyyət gecəsinin təşkilinə görə təşəkkürünü bildirib. O, Azərbaycanın inkişafını güclənməsini son illər yaxından izlədiyini qeyd edərək, Bakı ilə San-Dieqo arasında əlaqələrin daha da sıxlaşmasından məmnun olduğunu diqqətə çatdırıb. R.Roberts çıxışının sonunda mayın 10-nun San-Dieqo VilayətindəAzərbaycan Musiqisi Günüelan edilməsinə dair bəyannaməni təqdim edib.

Mərasimdə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən hazırlanmış, Heydər Əliyevin ömür yolunu əks etdirən videomaterial tamaşaçıların diqqətinə təqdim olunub.

Konsert proqramı ilə davam edən tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında nümayiş etdirilən proqramda milli musiqimizin müxtəlif janrları təqdim olunub. Xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, Əməkdar Artist Aygün Zeynalova, gənc müğənni Arzu Əliyeva, Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (nəfəsli alətlər), tanınmış ifaçılar Aydın Əliyev (qarmon), Elşən Qasımov (nağara) Nərgiz Əliyeva (royal) tərəfindən yüksək məharətlə ifa edilən rəngarəng mahnı muğam təsnifləri, simfonik musiqi əsərləri, ariyalar, eləcə gənc rəqqasə Röyalə Əliyevanın təqdim etdiyi xalq rəqslərimiz bütün tamaşaçıları valeh edib. Həmçinin Qara QarayevinYeddi gözəlbaletindən valsın Kaliforniyanın San-Dieqo Baleti tərəfindən ifası böyük maraq doğurub.

Konsertdən sonra San-Dieqonun siyasi-ictimai xadimlərinin, eləcə bu şəhərdə yaşayan Azərbaycan diasporu digər dost icmaların aparıcı təmsilçilərinin iştirakı ilə geniş qəbul keçirilib.

Xatırladaq ki, mayın 6-da Los-Anceles şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar keçirilib.

Yeni Azərbaycan.- 2017.-12 may.- S.7