BakıdaTürk dünyasının ortaq dili - naxışlarsimpoziumu keçiriləcək

 

Bakı, 2 fevral, SalamNews. Mayın 22-dən 24-dək BakıdaOrtaq qaynaqdan çeşidli yollarmövzusunda II BeynəlxalqTürk dünyasının ortaq dili - naxışlarsimpoziumu keçiriləcək.

 

SalamNews xəbər verir ki, simpozium Mədəniyyət Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Məqsəd simpozium vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə qayğı diqqətini göstərmək insanların bu sahədə olan biliklərini daha da yüksəltməkdən ibarətdir.

 

Simpoziumda türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası onların ümumi kökləri, ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər bu sahədə yaşanan problemlər, xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, müasir dünya incəsənətində naxışların əhəmiyyəti digər mövzularda məruzələr dinləniləcək. Məruzələr kitab şəklində nəşr edilərək kitabxana simpozium iştirakçılarına paylanacaq.

Yeni Azərbaycan.- 2017.- 17 may.- S.7