Xalça Muzeyində “Laçın,
səndə nələr
qaldı...” adlı tədbir keçiriləcək
Mayın 16-da Azərbaycan Xalça Muzeyində muzeyin Şuşa filialının
təşkilatçılığı ilə Laçının
işğalının 25-ci ildönümünə həsr
olunmuş “Laçın,
səndə nələr
qaldı...” adlı tədbir keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd
gənclərimizdə vətənpərvərlik
ruhunun artırılması,
Laçın ziyalılarının
örnək dolu yolunu yeni nəslə
çatdırmaq, həmçinin
qədim sənət nümunələrimizin öyrənilməsi
və qorunmasını
aşılamaq, eyni zamanda, qədim
tarixi diyarımız olan Laçının işğalı zamanı
maddi və mədəni abidələrimizə
vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə
çatdırmaqdır.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, İCOM-Azərbaycan
Milli Komitəsinin sədri Şirin Məlikova və başqaları Laçının
tarixi keçmişi,mədəniyyəti,
incəsənəti, maarif
və elm xadimləri haqqında öz dəyərli fikirlərini bölüşəcəklər.
Bədii proqramla
davam edəcək tədbirin sonunda “Laçına virtual” səyahət adlı videoçarx nümayiş
olunacaq.
Müşfiqə Bayramlı
Yeni Azərbaycan.- 2017.- 18 may.- S.6