Regionların enerji təminatının
möhkəmləndirilməsi istiqamətində məqsədyönlü
iş aparılır
“Azərişıq” ASC-nin fəaliyyət
göstərdiyi son iki il ərzində 16 ədəd 110 kV-luq,
53 ədəd 35 kV-luq yarımstansiya tikilib, 2300 ədəd
komplekt transformator məntəqəsi
quraşdırılıb
Müasirləşməni strateji hədəf
kimi qarşıya qoyan Azərbaycanda müxtəlif istiqamətlərdə
güclü infrastruktur ququculuğuna böyük diqqət
göstərilir. Son 13 ildə Prezident İlham
Əliyevin siyasi iradəsinə uyğun olaraq paytaxtda və
bölgələrdə yol-nəqliyyat şəbəkəsinin
yenilənməsi, əhalinin içməli su, qaz, digər
kommunal xidmətlərlə təchizatının
yaxşılaşdırılması məqsədilə
çoxlu sayda layihələr reallaşdırılıb.
Ardıcıl şəkildə həyata keçirilən
layihələr sayəsində Azərbaycan güclü
infrastruktur təminatına malik ölkəyə çevrilib.
Ölkənin enerji təminatının
möhkəmlənməsi həm iqtisadi, həm də sosial əhəmiyyət
daşıyır
Bütün ölkə boyu enerji təminatının
möhkəmlənməsi də Azərbaycanın
genişmiqyaslı infrastruktur quruculuğu siyasətinin
uğurlu nəticələrindəndir. Son 13 ildə
respublikamızda ümumi istehsal gücü 2400 meqavat olan 26
elektrik stansiyası tikilib. Paylayıcı şəbəkələrdə,
yarımstansiyalarda, transformator məntəqələrində
dayanıqlığın artırılması məqsədilə
aparılan yenidənqurma işlərinin miqyası da kifayət
qədər genişdir. Təkcə 2016-cı il ərzində
ölkə üzrə 7422 kilometr elektrik xətti çəkilib,
784 transformator və 46 yarımstansiya
quraşdırılıb və ya təmir olunub.
Bütün ölkə boyu enerji təminatının
gücləndirilməsi istiqamətində
reallaşdırılan yeni layihələr regionlarda iqtisadi
aktivliyin təmin olunmasına güclü təkan verib. Məlumdur
ki, respublikamızda regional inkişaf güclü şəkildə
dəstəklənir. 2004-cü ildən bəri ölkəmizdə
regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət
Proqramı böyük müvəffəqiyyətlə yerinə
yetirilib. Hazırda əvvəlki illərdə yaradılan
möhkəm baza əsasında qəbul edilən və
2014-2018-ci illəri əhatə edən sayca
üçüncü Dövlət Proqramı da uğurla
reallaşdırılmaqdadır. Bəhs olunan Dövlət
proqramlarında qarşıya qoyulan əsas məqsədlərdən
biri regionların potensialından daha səmərəli istifadə
etməklə milli iqtisadiyyatın şaxələndirilməsinə
töhfə verməkdir. Regionlarda iqtisadi aktivliyin təmin
olunması baxımından isə digər infrastruktur
qurğuları ilə yanaşı, enerji güclərinin
artırılması da böyük aktuallıq
daşıyır. Azərbaycan üçün xarakterik
haldır ki, respublikamızda infrastruktur layihələri bir
qayda olaraq dövlət vəsaitləri hesabına həyata
keçirilir. Yaradılan infrastruktur obyektləri isə
sonradan iqtisadi inkişafa güclü təkan verir.
Bütün ölkə boyunca yeni enerji güclərinin
yaradılmasının sosial önəmi də kifayət qədər
böyükdür. Regionlarda enerji təminatı möhkəmləndikcə
insanların məişət şəraiti də
yaxşılaşır. Bunun nəticəsidir ki, son vaxtlarda
respublikamızda insanların paytaxtdan və digər iri şəhərlərdən
regionlara geri qayıdışı başlayıb.
Regionlarda enerji sektorunda “İnkişaf və
Yenidənqurma Proqramı” uğurla həyata keçirilir
“Azərişıq” ASC tərəfindən
ölkənin sosial-iqtisadi inkişaf strategiyasına və
müxtəlif vaxtlarda qəbul edilmiş Dövlət
proqramlarına uyğun olaraq istehlakçıların
etibarlı, təhlükəsiz və səmərəli
elektrik enerjisi ilə təchiz edilməsi üçün
bütün regionları əhatə edən dörd hissədən
ibarət “İnkişaf və Yenidənqurma Proqramı”
hazırlanıb. Bəhs olunan proqramda regionlar üzrə
enerji təsərrüfatında görüləcək
işlər öz əksini tapıb.
Hazırda proqrama uyğun olaraq
bütün şəhərlərdə, rayon mərkəzlərində,
qəsəbə və kəndlərdə yararsız, istismar
müddəti başa çatmış transformatorların
yenilənməsi, müasir tipli avadanlıqla təchiz edilməsi
istiqamətində müvafiq tədbirlər həyata
keçirilir. Son illərdə respublikanın
ayrı-ayrı bölgələrində çoxlu sayda yeni
yarımstansiyalar istifadəyə verilib ki, bunlar da yerlərdə
enerji təminatının möhkəmlənməsində
mühüm rol oynayır. “Azərişıq” ASC-nin fəaliyyət
göstərdiyi son iki il ərzində ümumilikdə 16 ədəd
110 kV-luq, 53 ədəd 35 kV-luq yarımstansiya tikilib və
müasir tipli avadanlıqlarla təchiz olunub. Paralel
olaraq 78 ədəd 110 kV-luq, 336 ədəd 35 kV-luq və 7746 ədəd
10-6 kV-luq transformator məntəqələrinin təmir
işləri aparılıb, həmçinin 2300 ədəd
komplekt transformator məntəqəsi (KTM)
quraşdırılıb. Əlamətdar haldır ki, Prezident
İlham Əliyev regionlara səfərləri çərçivəsində
bölgələrdə yeni enerji obyektlərinin bir
çoxunun açılışında şəxsən
iştirak edib və dəyərli tövsiyələrini verib.
“Azərişıq” ASC-nin “İnkişaf və
Yenidənqurma Proqramı” çərçivəsində reallaşdırdığı
layihələrdən biri ötən il Gəncədə
Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə
verilən 35/6 kV-luq “Nizami” yarımstansiyasıdır. Layihə çərçivəsində Gəncənin
böyük bir hissəsinin elektrik təchizatının
yaxşılaşdırılması, eləcə də ərazidə
elektrik enerjisinə artan tələbatın ödənilməsi,
35 kV-luq elektrik şəbəkələri ilə əlaqələndirilməsi
məqsədilə 35/6 kV-luq “Üzgüçülük”
yarımstansiyasının yerində müasir tipli tam
qapalı 35/6 kV-luq 2x10 MVA gücündə yeni “Nizami”
yarımstansiyası tikilib. Yeni yarımstansiya 6
mindən çox abonentin elektrik enerjisi ilə təminatını
daha da yaxşılaşdırmaq məqsədilə inşa
olunub. Ümumi sahəsi 1700 kvadratmetr olan yarımstansiyada 35/6
kilovoltluq 10 MVA gücündə iki transformator və 35/6
kilovoltluq Almaniya istehsalı olan avadanlıq
quraşdırılıb.
Prezident İlham Əliyevin bu yaxınlarda
Saatlı rayonuna səfəri çərçivəsində
açılışına qatıldığı 110/35/10
kilovoltluq “Sarıcalar” yarımstansiyası isə 15 kəndi,
7222 abonenti dayanıqlı elektrik enerjisi ilə təmin etmək
məqsədi ilə tikilib. Açılış mərasimində
bildirilib ki, 1982-ci ildən istismarda olan açıq
paylayıcı quruluşlu 110/35/10 kilovoltluq “Sarıcalar”
yarımstansiyası istismar müddətini başa
vurduğundan Saatlı rayonunun fasiləsiz, keyfiyyətli və
dayanıqlı elektrik təchizatını təmin etmirdi. Yeni yarımstansiya isə Saatlı rayonunda əhali
abonentlərini, eləcə də pambıq zavodunu, daş
karxanasını, iri ticarət obyektlərini, xəstəxanaları,
məktəbləri və yeni infrastruktur layihələri
üzrə inşa olunacaq obyektləri etibarlı və
dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.
Cari ildən bölgələrdə 0,4 kV-luq
elektrik şəbəkələrinin yenidən qurulmasına
start verilib
“Azərişıq” regionlarda
istehlakçıların etibarlı enerji təchizatına
nail olmaq məqsədilə daim yeni təşəbbüslərlə
çıxış edir. Bu baxımdan 2017-ci il də istisna
olmayıb. Qurum tərəfindən cari il
ölkə üzrə 0,4 kV-luq elektrik şəbəkələrinin
yenidən qurulması ili elan edilb və artıq aprel
ayından proqramın icrasına başlanılıb.
“Şirvan” Regional Enerji Təchizatı və Satışı
İdarəsinin Neftçala və Salyan elektrik şəbəkələrində
“Azərişıq” ASC tərəfindən aparılan
yenidənqurma və əsaslı təmir-tikinti işləri
nəticəsində şəhər və rayonlarda elektrik
enerjisi təchizatı daha da yaxşılaşır. Rayon mərkəzlərində, qəsəbə və
kəndlərdə olan istehlakçıların etibarlı, təhlükəsiz
və dayanıqlı elektrik enerjisi ilə təmin olunması
üçün yararsız, istismar müddəti başa
çatmış avadanlıq müasir tipli avadanlıqla, uzun
illər istismar olunan ağac dayaqlar yeni dəmir və dəmir-beton
dayaqlarla əvəzlənir, yararsız vəziyyətə
düşmüş və heç bir standarta uyğun olmayan
alüminium naqillər isə özünü daşıyan
izolyasiyalı naqillərlə əvəz olunur.
İndiyədək Neftçala və Salyan
elektrik şəbəkələrində 0,4 kilovoltluq hava
elektrik verilişi xətləri yenilənib.
Görülmüş tədbirlər on minlərlə
abonentin elektrik enerjisinə olan tələbatını
yaxşılaşdırmaqla bərabər, texnoloji itkilərin
azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə
aparılmasına müsbət təsir göstərir.
Çətin iqlim şəraitinə malik
Daşkəsən rayonunda ilin əvvəlindən bəri 10-6
/ 0.4 kV-luq 20 ədəd yarımstansiyada profilaktik təmir
işləri aparılıb. Təmir zamanı
yarımstansiyalarda 8 ədəd 0.4 kV-luq ayırıcı
quraşdırılıb, 6 ədəd yeni müasir tipli 6/0.4
kV-luq komplekt transformator məntəqəsi şəbəkəyə
qoşulub. Daha 4 ədəd yeni inşa olunmuş KTM-in isə
yaxın vaxtlarda şəbəkəyə qoşulması
planlaşdırılır. Yeni KTM-lərin
şəbəkəyə qoşulması üçün 1 ədəd
6 kV-luq, 13 ədəd 0.4 kV-luq əlavə metal boru dayaq
basdırılıb, 0.6 km yeni hava xətti çəkilıb,
rayon ərazisində olan 1 ədəd 110/35/6 kV-luq və 4 ədəd
35 /6 -10 kV-luq yarımstansiyalarda cari təmir işləri
həyata keçirilib. Hazırda Zağalı kəndində
0.4 kV-luq hava xəttində əsaslı təmir işləri
və kabel xətlərinin çəkilməsi davam etdirilir.
Aran
regionunda yenidənqurma işləri davam etdirilir
“Azərişıq”
ASC-nin mətbuat xidmətindən verilən məlumata görə,
2017-ci ilin 4 ayı ərzində Aran RETSİ-nin xidməti ərazisində
75,2 kilometr məsafədə 0,4 kilovoltluq hava xətləri və
4069 ədəd dayaq yenilənib. İtkilərin
azaldılması məqsədilə 532 ədəd 10/0,4 kilovoltluq KTM-lərin yüklənmələrində
simmetrik paylanma icra olunub. Bundan başqa, 0,4
kilovoltluq hava xətlərində 221,7 kilometr məsafədə
təmir işləri aparılıb, 100,5 kilometr ÖİN
kabel xətti çəkilib.
Bütövlükdə Aran regionunda 5 ədəd 35
kilovoltluq yarımstansiya tikilərək yenidənqurmadan sonra
istifadəyə verilib. Ağcabədi rayonunun Qiyamadınlı və
Aşağı Avşar, Beyləqan rayonunun Sarı su kəndlərində,
Ağdam rayonunun Quzanlı qəsəbəsinin
Çadırlı ərazisində 0,4 kilovoltluq şəbəkələr
ÖİN kabellərlə yenidən qurulub. Ağcabədi
rayonunda 10 kilovoltluq hava xətti yenilənib, 95,2
kilometr məsafədə əsaslı təmir işləri
aparılıb, 412 ədəd yeni dayaq
quraşdırılıb.
“Elektrik
Paylayıcı Şəbəkənin Yenidən Qurulması”
üzrə İnvestisiya Proqramına əsasən
İmişli rayonunun Rəsullu, Şahverdili, Yalavac, Məhəmmədli,
Göbəktala kəndlərində, Zərdab rayonunun
Salahlı və Gəlmə kəndlərində 10 və 0,4
kilovoltluq şəbəkələrin yenidən qurulması
işləri aparılır.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 18 may.- S.7