Bakıda II BeynəlxalqTürk dünyasının ortaq dili - naxışlarmövzusunda simpozium işə başlayıb

 

Mayın 22-də Azərbaycan Xalça MuzeyindəOrtaq qaynaqdan çeşidli yollarmövzusunda II BeynəlxalqTürk dünyasının ortaq dili - naxışlarsimpoziumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, simpozium Mədəniyyət Turizm Nazirliyi, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyi, TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Türkiyənin ölkəmizdəki Mədəniyyət Tanıtma müşavirliyi, “Z Company 2007”, ATİB (Azərbaycan Türkiyə İş Adamları Birliyi) Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək simpoziumun əhəmiyyətindən danışıb. “Bu il ölkəmizdə ikinci dəfə reallaşan simpoziumun coğrafiyası olduqca genişdir. Belə ki, simpoziumda türkdilli ölkələrlə yanaşı, eyni zamanda Gürcüstan, İran, İtaliya, Rusiya, Serbiya Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar bu sahə üzrə digər mütəxəssislər iştirak edirlər. Tədbir çərçivəsində ilk dəfə olaraq qaqauz dekorativ tətbiqi sənət nümunələrinə aid olan xalçalar da nümayiş etdiriləcək. Simpoziumun təşkilində məqsəd bu tədbir vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da genişləndirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı diqqətini, bu sahədə olan biliklərini daha da təkmilləşdirməkdən ibarətdir”, - deyə Ş.Məlikova vurğulayıb.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxışında belə bir tədbirin xalqların sözügedən sahədə qarışlıqlı əməkdaşlığına zəmin yaratdığını deyib. Simpoziumda on üç ölkədən olan sənətkarların iştirakını yüksək qiymətləndirən səfir söyləyib ki, iştirakçı mütəxəssislər xalçaçılığın incəliklərinin gözəlliklərinin sirlərini aşılamaqla yanaşı, bu sahədə qarışlıqlı sənətkarlıq mübadiləsi həyata keçirəcəklər.

Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirən diplomat iki gün davam edəcək simpoziumun işinə uğurlar arzulayıb.

Tədbirdə Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım simpozimun önəmini qeyd edərək bildiriblər ki, tədbirin mövzusu türk xalça sənətində naxışlardır. Vurğulanıb ki, bu mövzu istənilən tarixi dövrləri - bizim eradan əvvəl, İslam digər tarixi dövrlərdən başlayaraq bu günümüzədək olan böyük bir zamanı əhatə edir.

Sonra qonaqlar müxtəlif dövrlərə aid xalçalardan ibarət sərgi ilə tanış olublar.

Qeyd edək ki, simpozium mayın 24-dək akademik sessiyalarla davam edəcək. SessiyalardaTürkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası onların ümumi kökləri”, “Türkdilli xalqların ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər bu sahədə yaşanan problemlər”, “Xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, qarşılıqlı təsiri onların zənginləşdirilməsi”, “Naxışın xüsusi bədii dili”, “Müasir dünya incəsənətində naxışların əhəmiyyəti digər mövzularda məruzələr dinləniləcək, müzakirələr fikir mübadiləsi aparılacaq. Eyni zamanda, naxışların tipoloji təsnifatındakı özəllikləri, coğrafi ərazi baxımından yayılması, bu maddi-mənəvi irsin qorunması digər sahələrdə çalışan elm adamlarının məruzələri kitab şəklində nəşr edilərək kitabxanalara paylanacaq.

II BeynəlxalqTürk dünyasının ortaq dili - naxışlarsimpoziumu çərçivəsində D.Kara Çoban adına Milli Qaqauziya Tarix Etnoqrafiya Muzeyinin eksponatlarından ibarət sərgi açılacaq. Sərgidə qaqauz türklərinin böyük zövqlə hazırladıqları xalça, tikmə, milli geyim digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunacaq.

Yeni azərbaycan.- 2017.- 23 may.- S.7