"Bakı-2017":
dünyaya idman dili ilə ötürülən sülh,
tolerantlıq və həmrəylik mesajları
Azərbaycan tolerant ölkədir. Tolerantlıq
və multikulturalizm Azərbaycan xalqının həyat tərzidir.
Müasir Azərbaycanın tolerantlıq modeli dünyanın
diqqətini cəlb edir, bir sıra ölkələrdə bir
təlim vəelm kimi öyrənilir, universitetlərdə tədris
olunur.
Bu, artıq günümüzün qürur, bəlkə
də qibtə doğuran reallığıdır. Diqqətçəkən
daha bir məqam: bizim tolerantlıq modelimiz daim yeni-yeni
çalarlarla zənginləşir. Bir neçə
gün əvvəl Bakıda böyük uğurla başa
çatan İslam Həmrəyliyi Oyunları tarixə
sıradan idman hadisəsi kimi deyil, eyni zamanda, birlik və həmrəyliyin
təntənəsi kimi yazıldı. Bakı bu ilıq yaz
günlərində İslam dünyasının 3000-dək
idmançısına, sözün həqiqi mənasında
qucaq açdı, onların doğma evi oldu. Bakı bir daha
dünyaya idman dili ilə dövrümüz üçün
çox vacib olan bu mesajı ünvanladı: tolerantlıq və
multikulturalizmin alternativi yoxdur, bəşəriyyətin nicat
yolu birlik və həmrəylikdən keçir.
İdman bayramını tamamlayan və zənginləşdirən
məntiqi addım
Azərbaycan IV İslam Həmrəyliyi
Oyunlarını yüksək səviyyədə təşkil
etməklə, əsl dostluq və həmrəylik mühiti
yaratmaqla tarix yazdı. Oyunlar milyonların yaddaşına
möhtəşəm idman bayramı kimi yazıldı, Azərbaycanın
gücü və qüdrətini, xoş məramını,
istənilən beynəlxalq tədbiri yüksək səviyyədə
təşkil etmək bacarığını nümayiş
etdirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Oyunlar ərəfəsində
müdrik və məntiqi addım atdı - 2017-ci ili Azərbaycanda
"İslam Həmrəyliyi İli" elan etdi. Dövlətimizin başçısı İslam
Əməkdaşlıq Təşkilatının "OİC
Journal" nəşrində dərc olunmuş "İslam həmrəyliyinin
gücləndirilməsi zamanın
çağırışıdır" sərlövhəli
məqaləsində etnik və dini tolerantlığı
"irəliyə doğru inamla getməyin ən optimal
yolu" adlandıraraq vurğulayır: "Bu gün
müsəlman dünyasının əvvəlki dövrlərdə
heç zaman olmadığı qədər daha çox birliyə
və həmrəyliyə ehtiyacı var. Buna
görə də 2017-ci ilin ölkəmizdə"İslam Həmrəyliyi
İli" elan olunması bütün müsəlman aləminə
və dünyaya xoşməramlı mesajdır. "İslam
Həmrəyliyi İli"nin əsas məqsədləri
müsəlman aləmində birliyi möhkəmləndirmək,
İslamın sülh və mədəniyyət dini
olduğunu bütün dünyaya göstərməkdir. Hesab
edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək
İslam Həmrəyliyi Oyunları təkcə idman
yarışı olmayacaq, eyni zamanda, bütün İslam
dünyasının birlik, həmrəylik günləri
olacaqdır".
Yaşadığımız 10 gün Prezidentin
bu fikrində yanılmadığını təsdiqlədi:
Oyunlar və "İslam Həmrəyliyi İli" bir-birini
üzvi surətdə tamamladı, "Bakı-2017"ni yeni məzmunla
zənginləşdirdi.
2015-ci ildə Bakı ilk Avropa Oyunlarına,
bundan iki il sonra isə IV İslam Həmrəyliyi Oyunlarına
eyni dərəcədə uğurla və inamla ev sahibliyi etdi.
Bir tərəfdə islamofobiya ruhuna köklənən,
müsəlmanları potensial terrorçu hesab edən Köhnə
Dünya və digər tərəfdə terrorizmdən ən
çoxəziyyət çəkən, qan
çanağına çevrilən İslam Dünyası -
iki əks qütb. Belə təzadlı və
mürəkkəb, qanlı qarşıdurmalar
yaşandığı bir vaxtda Bakıda Avropa və İslam
Həmrəyliyi Oyunlarının bir-biriniəvəzləməsi
rəmzi məna daşıyır və möhtərəm
Prezidentimizin təbirincə desək, "Azərbaycanın
sivilizasiyaların, dinlərin dialoq məkanına, iqtisadi
və mədəni körpüyə çevrildiyini göstərir".
Azərbaycan bu nadir mövqeyindən dünyada sülhün,
multikulturalizmin, dözümlülüyün bərqərar
olması naminə istifadə edir.
Bakıda keçirilən IV İslam Həmrəyliyi
Oyunları bu xoş məramın növbəti parlaq təzahürü
oldu."Bakı-2017"nin tarixi əhəmiyyəti daha nə
ilə xarakterizə edilə bilər?
"Bakı-2017": güclü siyasi iradə
və yüksək təşkilatçılıq məharəti
Azərbaycan rəhbərliyi istənilən
beynəlxalq tədbirin keçirilməsini üzərinə
götürmək üçün yetərincə siyasi iradəyə
malikdir: istər siyasi-iqtisadi, humanitar forumlar olsun, istərsə
də mədəni və idman tədbirləri. Yaxın
tariximizdə bunun istənilən qədər sübutu var.
Hamıya məlum olan bu faktları sadalayıb vaxt almaq istəməzdim.
Yalnız onu deməklə kifayətlənirəm ki, yeni əsrdəki
yeni liderimiz İlham Əliyev Azərbaycanı dünyaya
öz müstəqil mövqeyi olan ölkə kimi təqdim edə
bilib, onu nüfuz sahibinə çevirib. Azərbaycan məlum
xarici dairələrin basqılarını dəf edərək
möhkəmlənib. Artıq ona inanır və etibar edirlər.
Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsi, qətiyyətli
qərarları Azərbaycanın çox mühüm
irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsini
şərtləndirən ilkin və əsas amildir.
Digər tərəfdən, hər belə tədbirin
təşkili barədə ən yüksək rəylər
eşidirik. Bunun ən yeni sübutu olaraq İslam Həmrəyliyi
İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al
Nasserin sözlərini misal gətirmək istərdim:
"Bakı İslam ölkələrinin atletlərinə bacarıqlarını
nümayiş etdirmək, dörd qitədən gəlmiş
insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələri
qeyd etmək məqsədiləgözəl şəraiti təmin
etdi. Bu əlamətdar İslam Həmrəyliyi
Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident və
"Bakı-2017"nin Təşkilat Komitəsinin sədri
xanım Mehriban Əliyevanın və onun Azərbaycan
İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində
çalışan heyətinin fəaliyyəti sayəsində
qonaqpərvər ev sahibinin səyləri iləmümkün
oldu".
Yaxud, ümumi rəyə görə, Bakıda
keçirilən birinci Avropa Oyunları qitənin idman tarixinə
parlaq səhifə kimi yazılıb və Azərbaycan onu
Olimpiya Oyunları səviyyəsində təşkil edib.
Bakı bu uğurunu İslam Həmrəyliyi Oyunları
zamanı da təkrarlayaraq, bir qədər əvvəl qeyd
etdiyim kimi, tarix yaza bildi.
İstər Avropa, istərsə də İslam
Həmrəyliyi Oyunlarının təşkilati işlərinin
mərkəzində Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyeva dayanır. Hər iki mötəbər
idman tədbirinin təşkilat komitələrinə sədrlik
edən Mehriban xanımın qüvvələri çox
qısa müddətdə səfərbər etmək məharətinin
nəticəsi olaraq bütün infrastruktur, o cümlədən
idman arenaları tam qüsursuz, demək olar, saat mexanizmi
kimi işlədi. Hamı Bakıdan zəngin təəssüratla
ayrıldı, Azərbaycan dünyanın gözündə
bir daha ucaldı.
Yenə ümumi rəyə əsaslanıb deyə
bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın yaxından iştirakı və dəstəyi
olmadan bu uğur səhifələrini yazmaq qeyri-mümkün
idi. "Eurovision-2012" beynəlxalq mahnı
müsabiqəsi, birinci Avropa Oyunları, İslamiada kimi
mötəbər tədbirlərin təşkilat komitələrinin
rəhbərinin məhz qadın olması faktının
özü dünyaya ünvanlanmış daha bir siyasi
mesajdır, öz "fobiyalarına" uyaraq İslamı
"qeyri-bərabərlik dini" və "gender bərabərliyindən
uzaq din" kimi təqdim etməyə
çalışan nadan qüvvələrə tutarlı
cavabdır.
Qərbə bu mesajlar yenə Azərbaycan tərəfindən
- təxminən bir əsr bundan əvvəl İslam
dünyasında ilk demokratik respublika yaratmış xalq tərəfindən
göndərilib. Həmin respublikada qadınlara hətta bu
gün bəzən başqalarına demokratiya və insan
hüquqları mövzusunda "mühazirələr
oxuyan" bir sıra Qərb ölkələrindən də əvvəl
bərabər vətəndaş hüquqları verilmişdi.
Belə qüvvələrəonu da xatırlatmaq yersiz olmaz ki,
Mehriban Əliyeva UNESCO-nun "xoşməramlı səfiri"
kimi fəxri rütbə ilə yanaşı, ISESCO-da da analoji
rütbə daşıyır. Başa düşənlər
bilirlər ki, bunun çox böyük rəmzi mənası
var.
Xatırlatmaq yerinə düşər ki,
birinci xanım Mehriban Əliyeva və onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondu dünya miqyaslı bir çox təşəbbüslərin,
layihələrin reallaşdırılmasına, tədbirlərin
təşkilinə yaxından dəstək verir. Buna, həmçinin ötən ilin noyabrında
Bakıda uğurla keçirilən vəgeniş əks-səda
doğuran Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya
və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatının (OANA) XVI Baş Assambleyası misal
ola bilər. Məhz Heydər Əliyev
Fondunun yaxından köməyi və dəstəyi ilə
dünyanın informasiya siyasətini müəyyənləşdirən
nüfuzlu media rəhbərlərini və nümayəndələrini
Azərbaycanda bir araya gətirmək mümkün oldu.
Onlar Bakıdan zəngin təəssüratla ayrıldılar.
Mehriban xanım İslamiadanın
açılış mərasimindəki
çıxışında bütün dünyaya çox
vacib bir mesaj göndərdi: gənc, dinamik inkişaf edən və
demokratik dövlət olan Azərbaycan İslam mədəniyyətinin
tərkib hissəsi olduğuna və bu xəzinəyə
öz töhfəsini verdiyinə görə hədsiz
qürur duyur. "Biz İslam tarixi və irsinin
bir hissəsi olmaqdan, İslam dəyərlərini
bölüşməkdən fərəhlənirik", - deyən
Mehriban xanım vurğulayıb ki, "biz minillikləri əhatə
edən mədəniyyətə və güclü İslamənənələrinə
malik qədim diyarıq".
Deyilənlərə onu da əlavə edə
bilərik ki, Azərbaycan nəinki Qərbdə bəzi təbəqələrin
iddialı mentorluğuna ehtiyac duymur, hətta o özü elə
həmin Avropaya çox şeyi öyrədə bilər.
Multikulturalizmin perspektivsiz və hətta uğursuz olması
barədə avropalı siyasətçilərin açıq
bəyanatları fonunda Azərbaycan hər il Bakı Qlobal
Forumu, Bakı Beynəlxalq Humanitar Forumu kimi aktual tədbirlərə
inamla ev sahibliyi edir. Bu tədbirlərin başlıca yekunu
ondan ibarətdir ki, Azərbaycanda multikulturalizm yaşayır və
sivilizasiyalararası dialoqun alternativi yoxdur.
"Bakı-2017": Oyunlardan əvvəl və
sonra
Yadıma birinci Avropa Oyunları ərəfəsində
bəzi dairələrin qızışdırdığı
antiazərbaycankampaniyası düşür. Bədxahlarımız
Avropa Olimpiya Komitəsini tənqid atəşinə tuturdular:
qitəmiqyaslı ilk Oyunlar niyə Azərbaycana həvalə
olunub? Bakının irimiqyaslı idman tədbirinin öhdəsindən
gələ biləcəyinə inanmayan skeptiklər də az
deyildi. Deyə bilmərəm, bu fikirdə olanlar sonradan xəcalət
çəkdilər, ya yox? Amma bəziləri susdu, bəziləri
isə etiraf etməyə məcbur oldu ki, heç bir digər
ölkə bu Oyunları Azərbaycan qədər yüksək
səviyyədə, beləmöhtəşəmliklə təşkil
edə bilməzdi.
Prezident İlham Əliyevin,
birinci xanım, Təşkilat Komitəsinin sədri Mehriban
Əliyevanın hələ Oyunlardan əvvəl səsləndirdikləri
fikirlər bu idman və həmrəylik bayramının
uğuruna böyük inamdan xəbər verirdi: İslam
Oyunları, ilk növbədə, İslam həmrəyliyini
gücləndirəcək, həm İslam aləminə,
həm dünyaya bir daha göstərəcək ki, İslam
dini sülh, mərhəmət və qardaşlıq dinidir.
Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan
böyük imkanlara malik olan ölkədir və ən mötəbər
beynəlxalq yarışları keçirməyə qadirdir.
Doğrudan da
"Bakı-2017" tarixə həm böyük idman
bayramı, həm də dostluğun təntənəsi kimi
yazıldı. Bütün müsəlman ölkələri
10 gün ərzində Bakıda öz təmsilçiləri
vasitəsilə bir-birinin əlini sıxdılar. Azərbaycan
dünyaya nümayiş etdirdi ki, İslam aləmi birdir və
bu birlik bizim güc mənbəyimizdir.
Bakı misilsiz və unudulmaz 10 gün
yaşadı. Bu 10 gün ərzində İslam
dünyasının atletləri idman, dostluq və birliyin
möhtəşəm təntənəsi çərçivəsində
bir araya gəldilər. Dörd qitə sanki can deyib, can
eşitdi.
Azərbaycanın Birinci vitse-prezidenti,
Oyunların Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva bağlanış mərasimindəki
çıxışında keçirdiyi qürur hisslərini
dilə gətirərək deyirdi: "Azərbaycan
növbəti tarixi qələbəyə imza atdı. IV
İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə
keçirilməsi bütün İslam dünyasının Azərbaycana
və Azərbaycan xalqına olan hörmət və dəstəyinin
təzahürüdür.Əminəm ki, 50-dən çox
ölkəni təmsil edən idmançılar və
paytaxtımızın qonaqları Azərbaycanla bağlı
xoş xatirələri öz qəlblərində qoruyub
saxlayacaqlar".
Azərbaycan: idman ölkəsi və
tolerantlıq məkanı
Hələ müstəqilliyimizin ilk illərində
ulu öndər Heydər Əliyevin idmana necə böyük
önəm verdiyini yaxşı xatırlayıram. Deyirdi ki,
idman ölkəni dünyaya tanıtmağın ən təsirli
vasitəsidir və bu mənada onun yerini heç nə verə
bilməz. O vaxt Azərbaycan idmanı beynəlxalq arenaya hələ
yeni-yeni ayaq açdığı illər idi və çox
keçmədən Ulu Öndərimizin bu arzusu da çin
oldu.
Bir qədər əvvəl
vurğuladığımız kimi, Azərbaycan artıq
bütün dünyada idman məkanı kimi tanınır. Hansı ölkədə dövlət idmana Azərbaycanda
olduğu qədər diqqət ayırır, dəstək
göstərir? Çox maraqlandım, çox
araşdırdım, amma bunun bənzərini görmədim.
Əlbəttə, aparılan siyasət öz real nəticəsini
idmançılarımızın nailiyyətlərində
göstərir və bu yerdə statistikasız
keçinmək mümkün deyil. Ötən il Rio Yay Olimpiya
Oyunlarında Azərbaycan 18 medal qazanaraq medalların sayına
görə dünyada 14-cü, Avropada 7-ci, müsəlman
ölkələri arasında isə 1-ci yeri tutdu. Birinci
Avropa Oyunları zamanı komandamız 56 medal qazanaraq ikinci
oldu. Nəhayət, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan
idmançıları xalqımıza yeni qələbə
sevinci bəxş edərək, yarışları birinci pillədə
başa vurdular. Atletlərimiz hamıdan çox - 162 medal (75
qızıl, 50 gümüş və 37 bürünc)
qazandılar.
Bakıya rekord sayda - 54 ölkəni
təmsil edən 3 mindən çox idmançı, 2000-dək
komanda rəsmisi və texniki nümayəndə gəlmişdi
və indiyədək İslam Həmrəyliyi Oyunlarına bu
qədər ölkənin vəidmançının
qatılması heç vaxt müşahidə olunmayıb.
Azərbaycan bu 10 gündə onların hamısının
doğma evi oldu. Prezident İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın bir sıra yarışları
arenalarda izləməsi və qaliblərə medalları şəxsən
təqdim etməsi Oyunlara marağı daha da artırdı,
onu yeni məzmunla zənginləşdirdi.
Daha bir diqqət çəkən fakt:
"Bakı-2017"ni 58 ölkədə 1,3 milyard
tamaşaçı izləyib. Yarışları 1000-dək
media nümayəndəsi, o cümlədən Oyunların rəsmi
media tərəfdaşı olan AZƏRTAC-ın 70-dək əməkdaşı
işıqlandırıb.
Bakı bundan əvvəl ilk Avropa Oyunları,
42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək
futbolçular arasında Avropa çempionatı, bədii
gimnastika üzrə Dünya Kuboku, Formula-1 kimi mötəbər
yarışlara uğurla ev sahibliyi edib. IV İslam Həmrəyliyi
Oyunlarının uğuru, idmançılarımızın
inanılmaz qələbələri Azərbaycanın idman
ölkəsi olduğunun daha bir parlaq nümayişidir.
Azərbaycan Oyunların açılış
mərasimində İslam dininin mütərəqqi, elm, mədəniyyət,
sülh və mərhəmət dini olduğunu göstərdi.
Azərbaycanın tolerantlıq məkanı,
xalqımızın multikultural ruhun
daşıyıcısı olduğunu bir daha ortaya qoydu. Qədim
və zəngin tariximizi, mədəniyyətimizi bütün
İslam aləminə, bütün dünyaya nümayiş
etdirdi. Bağlanış mərasimində isə dünya Azərbaycanı
mütərəqqi, müasir ölkə kimi gördü.
Qürur mənbəyimiz olan Vətənimizi dünya
miqyasındaəvəzolunmaz ölkəyə çevirən
məhz bu nadir vəhdətdir.
Prezident İlham Əliyev "Bakı-2017"
IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş
idmançılarımız, onların məşqçiləri
və idman ictimaiyyətinin nümayəndələri ilə
görüşündəİslamiadanın tarixi əhəmiyyətini
belə səciyyələndirib: "Bu Oyunlar, eyni zamanda,
İslam həmrəyliyini gücləndirəcək. Mən Oyunlar ərəfəsində demişdim,
bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman
ölkələrini təmsil edən idmançılar,
qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış
olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq
güclənsin. Belə də oldu. Biz bunu
yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən
bir-biri ilə o qədər də yaxın münasibətləri
olmayan ölkələrin nümayəndələri bir-birini təbrik
edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini
sıxırlar".
Şərəfli estafet davam etməkdədir.
Bizi qarşıda Formula-1 Azərbaycan Qran-Pri turniri,
qadınlar arasında voleybol üzrə Avropa
çempionatı və futbol üzrə Avropa
çempionatının oyunları gözləyir.
Bütün bunları Azərbaycanın
multikulturalizm modelinin uğur hekayəti adlandırmaq olar.
Bəs bu model UNESCO-nun qeyri-maddi mədəni
irs siyahısına daxil edilə bilərmi?
Mən İslam Həmrəyliyi Oyunları ərəfəsində
UNESCO üzrə Azərbaycan Respublikası Milli
Komissiyasının üzvlərinin iclasında qurumun baş
katibi İrina Bokovaya bu sualla müraciət etdim. Xanım
baş katibin cavabı belə oldu: "Çox maraqlı məsələdir
və bu ideyanın üzərində çox işləmək
lazımdır. Azərbaycan dünyanın mədəni
müxtəlifliyinin qovuşduğu nadir ölkədir. Azərbaycan
müxtəlif mədəniyyətlərin bir araya gəlməsi
istiqamətində çox faydalı təşəbbüslərin
müəllifidir".
Bu təşəbbüslər sırasında
"Bakı prosesi" xüsusi qeyd edilməlidir. Məhz iki
aparıcı beynəlxalq təşkilatın - Avropa
Şurasının və İslam Əməkdaşlıq Təşkilatının
arasında fəal dialoq 2008-ci ildə"Bakı prosesi"
ilə başlayıb. Həmin il Avropa Şurasına üzv
dövlətlərin mədəniyyət nazirlərinin
Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin mədəniyyət
nazirləri də dəvət edildi. Bir il sonra isə
Bakıda Avropa dövlətlərinin mədəniyyət
nazirlərinin iştirakı ilə İslam Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin mədəniyyət
nazirlərinin toplantısı təşkil olundu. Beləliklə,
Azərbaycanın təşəbbüskarı olduğu
"Bakı prosesi" sivilizasiyalararası dialoq
üçün çox faydalı platformaya çevrildi.
Bu təşəbbüsdən
qaynaqlanan yeni ideyalar 2015-ci və 2017-ci illərdə
reallaşdı. Tam əminliklə demək olar ki, çox
yüksək səviyyədə keçirilən ilk Avropa
Oyunları və IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın
multikulturalizm modelinin fəlsəfəsini yeni dəyərlərlə
zənginləşdirdi. Azərbaycan Prezidenti İlham
Əliyevin dediyi kimi "iki il müddətində eyni şəhərdə
Avropa Oyunları ilə yanaşı, İslam Həmrəyliyi
Oyunlarının keçirilməsi bizim siyasətimizin və
niyyətimizin göstəricisidir. Oyunlar sadəcə idman tədbirləri
deyil, bu, insanları birləşdirən hadisədir". Məhz
bu amillərə görə Azərbaycanın multikulturalizm
modeli UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil
edilə bilər. Əlbəttə, İrina Bokovanın
vurğuladığı kimi, bu ideyanın üzərində
çox işləmək lazımdır.
İslam Həmrəyliyi Oyunları fonunda bəzi
düşüncələr
Oyunların gedişi, bir-birindən
maraqlı yarışlar, qazanılmış medalların
sayı, qələbə sevinci, məğlubiyyət
acısı, fədakar könüllülər, idman ruhuna
sadiq azarkeşlər və əlbəttə,
idmançılar üçünəhəmiyyətli olan digər
təfərrüatlar barədə çox yazmaq, çox
danışmaq olar. Təbii ki, bu detallar
biz jurnalistlər üçün də çox vacibdir,
çünki biz də doğma Vətənimizin
övladları kimi idmançılarımıza ürəkdən
azarkeşlik edirik və hər dəfə
bayrağımız yüksələndə, dövlət
himnimiz səslənəndə qürur hissi keçiririk.
Lakin məqsədim Oyunlara sırf idman, yaxud vətənpərvərlik
prizmasından deyil, siyasi nöqteyi-nəzərdən baxmaq, bu
fonda bəzi düşüncələrimi bölüşməkdir.
Prezident İlham Əliyevin 2017-ci
ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan
etməsi və eyni vaxtda ölkəmizdə eyniadlı Oyunlar
keçirilməsi təsadüfi deyildi. İslam həmrəyliyi
mövzusu bir gündə, bir ayda, bir ildə yox, qərinələr
boyu gündəmdə olub. Nəyə görə məhz
İslam həmrəyliyi, nəyə görə məhz idman
vasitəsilə və nəyə görə məhz
Bakıda?
İlk baxışda sadə görünən
bu suallar özündə dünyada cərəyan edən dərin
və mürəkkəb prosesləri ehtiva edir. Təəssüf
ki, son vaxtlar silahlı münaqişələr,
terrorçuluq dünyanı başına götürüb.
Sanki dünya iki barışmaz, antaqonist qütbə
bölünüb. Azərbaycan bu qütbləri
yaxınlaşdırmaq, Qərb-Şərq dialoqu qurmaq
üçün platforma rolunu oynayır və zamanın bu
çağırışına güclü reaksiya verir.
Bakının bir-birinin ardınca həm Avropa, həm də
İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi
doğrudan da nadir, dünyanın heç bir ölkəsində
rast gəlinməyən hadisədir. Azərbaycan islamofobiya,
millətlər və dinlər arasında ayrı-seçkilik
hallarına kəskin etiraz səsini ucaldır, eyni zamanda,
dünyaya sivilizasiyaların dinc yanaşı,
qarşılıqlı anlaşma şəraitində
yaşamasının heç də xəyal
olmadığını göstərir.
Qərbdə "İslam terrorizmi" kimi
yanlış mif yaranıb və KİV başda olmaqla, təbliğat
maşını bunu hər vasitə ilə körükləyib
şişirdir. Nəticəsi nə olur? Bu gün bir çox
Qərb siyasətçiləri özləri də etiraf edirlər
ki, onların ölkələrində vəziyyət
ehtiyatsızlıq üzündən şüşədən
buraxılmış cin kimi artıq nəzarətdən
çıxıb. Bu ölkələrdə
neonasist əhval-ruhiyyə getdikcə güclənir: miqrantlara
küçələrdəhücum edilir, hicablı
qadınlar təhqirə məruz qalır, müharibələr
səbəbindən ata-baba yurdlarını tərk etməyə
məcbur olmuş qaçqınların sığınacaqlarına
od vurulur.
Dünyada sanki XXI əsrin səlib
yürüşləri baş qaldırır. Fərqli
dinlərə dözümlülük, başqa xalqların mədəniyyətinə
hörmət, ehtiyacı olanlara yardım dini olan İslama bu
hücumların arxasında bəzi açıq və gizli
niyyətlərin dayandığı artıq heç kəs
üçün sirr deyil. Qərbin "Ərəb
baharı" adlandırdığı dolayı müdaxilə
ərəb ölkələrinə soyuq ruzigardan savayı nə
gətirdi? Bu gün İraqda, Suriyada, Liviyada, Yəməndə...
qara yellər əsir. Yüz minlərlə dinc insan - uşaq,
qadın və qocalar silahlı münaqişələrin,
terrorun qurbanı olur. Artıq həmin ölkələrdə
terror halları o qədər adiləşib ki, qərb
KİV-ləri buna ikinci dərəcəli xəbər kimi
yanaşırlar.
İŞİD-i kim yaradıb? Terror
qruplaşmalarını kim silahlandırır, kim maliyyələşdirir?
Suallar çoxdur.
Bu gün Türkiyə qəzetlərinin
hamısı bu manşetlə çıxıb: "ABŞ
PKK-ya 100 tır silah göndərdi"...
Bumeranq effekti yaranır və bu,
qaçılmazdır. Qərb İkinci Dünya müharibəsindən
sonra ən böyük mühacir böhranı ilə üzləşib,
terror xofu bütün Avropanı lərzəyə salıb. Nyu-York, Madrid, Paris,
Brüssel, Berlin, London, Mançester... Növbə
kimindir, hansı şəhərin, hansı ölkənindir?
Dünyada heç bir ölkə terrordan
sığortalanmayıb: nə Skotlend-Yard kimi güclü xəfiyyə
şəbəkəsi olan Böyük Britaniya, nə FTB kimi məşhur
təhqiqat sisteminə malik ABŞ, nə polisinin
sayıqlığı ilə öyünən Fransa,
Belçika və digər Avropa ölkələri.
İki
gün əvvəl Bakıda uğurla başa
çatmış, müsəlman aləmində böyük əks-səda
doğurmuş sülh, mədəni müxtəliflik və
dözümlülük bayramı - IV İslam Həmrəyliyi
Oyunları bu xoşagəlməz proseslər və insan faciələri,
bəzi Qərb dairələrinin riyakar siyasəti ilə tam təzad
təşkil edir. Təsadüfi deyil ki, bu həmrəylik,
dostluq çağırışları dünyaya məhz
idman dili ilə və məhz tolerantlıq məkanı olan Azərbaycanın
paytaxtından ünvanlanır. Bütün
dövrlərdə Olimpiya məşəli yandırılanda
müharibələr dayandırılıb. 2017-ci il İslamiadasının rəmzi su oldu. Bu
da təsadüfi deyil. Su - həyat və əbədiyyət mənbəyidir.
Azərbaycan bəşəriyyətə
tolerantlıq və multikulturalizm brendi təqdim edir və
İslamiada bunun daha bir nümunəsi oldu. Narahat
dünyamızın digər nicat və qurtuluş yolu
varmı?
Aslan
Aslanov
Yeni Azərbaycan.-
2017.- 25 may.- S.3.