Londonda BP-nin baş ofisində
İngiltərə-Azərbaycan Cəmiyyəti ilə birgə
BP şirkətinin Azərbaycanda fəaliyyətinin 25 illik
yubileyi qeyd edilib
Londonda BP-nin baş ofisində
şirkətin və İngiltərə -Azərbaycan Cəmiyyətinin
birgə təşkilatçılığı ilə BP-nin
Azərbaycanda fəaliyyətə başlamasının 25
illiyi münasibəti ilə tədbir keçirilib.Tədbirdə
BP şirkətinin kommunikasiya, xarici əlaqələr və cənub
dəhlizi üzrə vitse-prezidenti xanım Emili Olsen,
İngiltərə-Azərbaycan Cəmiyyətinin
Azərbaycan tərəfdən həmsədri akademik Nərgiz
Paşayeva, Cəmiyyətin Britaniya tərəfdən həmsədri
Lord German, ölkəmizin Böyük Britaniyadakı səfiri
Tahir Tağızadə, həmçinin cəmiyyətin
üzvləri, Birləşmiş Krallıqda fəaliyyət
göstərən diasporumuzun təmsilçiləri
və müxtəlif ölkələrin nümayəndələri
iştirak ediblər.Giriş sözü ilə tədbirdə
çıxış edən akademik Nərgiz Paşayeva
qonaqları salamladı və BP-nin Azərbaycanda fəaliyyəti
haqqında ətraflı məlumat verərək qeyd etdi:
“BP şirkətinin tarixi keçən əsrin əvvəlindən
başlayıb. Bu böyük, maraqlı, sanki romanı
xatırladan bir tarixdir. Bugünkü nailiyyətlər
bir gündə və bir anda əldə edilməyib. Əziyyətli,
enişli, yoxuşlu yol olub. İlk əvvəl,
başlanğıcda fəaliyyət şərqdə
qurulmuş və daha sonradan ərazilər, coğrafi dairə
böyümüş – Şərq, Qərb, Şimal, demək
olar ki, bütün dünya əhatə edilmişdir.
BP-nin geniş fəaliyyət xəritəsində Azərbaycan
ünvanı da kənarda qalmamışdır.Fikir verin ki, Azərbaycanın
ikinci müstəqilliyinin yaşı BP şirkətinin
ölkəmizdə əməkdaşlığının
yaşı ilə eynidir – 25 ildir. Müstəqillik hər bir
ölkə üçün əsəs şərt, dəyərdir.
Amma müstəqil olmaq Tərəfdaşsız olmaq deyil.
Müstəqilliyimizin ilk günlərindən BP ilə əməkdaşlıq
Azərbaycanın müstəqilliyini qoruyan faktorlardan birinə
çevrildi. Bu doğru seçim Azərbaycanda
tək neft sektorunu dirçəltmədi, həm də bizim vətəndaşları
və ölkəni müdafiə edən strateji amil rolunu oynadı.
Belə hadisələr tarixdə iqtisadi məzmunla
yanaşı, böyük tarixi məzmun və əhəmiyyət
daşıyır.
Bu gün ilk dəfədir ki, BP-nin ofisində, əməkdaşlar
arasındayam. Buna çox sevinirəm. Şadam ki, 25 illik
yubiley münasibəti ilə Sizi təbrik etməyə və
təşəkkür bildirməyə gözəl
şansım var.
25 il ərzində siz həm işlədiniz, həm
öyrətdiniz, həm də öyrəndiniz. Öyrəndiniz
dedikdə mən, əlbəttə, neft hasilatını nəzərdə
tutmuram. Siz Azərbaycanı, onun insanlarını, mədəniyyətini,
musiqisini, mətbəxini, gündəlik həyatını izlədiniz
və müşahidə etdiniz. Amma tək müşahidə
etmədiniz – mədəni, elmi, maarif, tədris layihələrinə
dəstəyinizi verdiniz. Beləliklə, təbii sərvəti
- nefti - milli nailiyyətlərə çevirməkdə
köməklik göstərdiniz.Bu dövr ərzində BP-nin
həyata keçirdiyi mədəni layihələrin bir
neçəsinin adını çəkmək istərdim. BP
Azərbaycanın Hacıqabul, Şəmkir, Yevlax, Goranboy,
Kürdəmir kimi bölgələrinin məktəblərində
6 kitabxananın açılmasına yaxından dəstək
olub. BP Azərbaycan şirkəti Hacı
ZeynalabdinTağıyev haqqında kitab-albom (“H.Z.Tagiyev’s
book-album”), "Təbrizin sehrli nağılları"
(“Mysterious Tales of Tabriz”),"Sarılar, Qarabağ
atının izi ilə" (“ Sarilar-a jorney to the Karabakh
horse”),“Mənim tanıdığım Vaqif” (“Vagif as I knew
him”) kitablarının nəşrinə sponsorluq edib, “Azərbaycan
obyektivdə” (“Azerbaijan through the lens”)
adlı fotosərginin London, Paris, Jeneva və Avropanın digər
şəhərlərində keçirilməsini təşkil
etmişdi. BP-nin dəstəklədiyi digər layihə
isə Bakı muzeylərinə pulsuz girişin təşkil
ediliməsidir. 9000 adam indiyədək bu lahiyədən
faydalana bilmişdi. Bu illər ərzində BP 100 dən
artıq azərbaycanlı tələbənin ABŞ-da,
Britaniyada, Rusiyada və Türkiyədə təhsil
almağına köməklik göstərib və Qafqaz
Universitetində 2 fakultənin və 16 laboratoriyaların
açılmasına sponsorluq edib. Həmçinin,
BP Bakıda təhsil alan bakalavr və magistr dərəcəli
tələbələrin geologiya üzrə yay sahə təcrübəsini
təşkil edib. Şirkət Azərbaycanda neft və qaz
ixstisasları üzrə təhsil alan tələbələrə
xüsusi mükafatlar təsis edib. Mükafatlar Bakının
və Gəncənin müxtəlif universitetlərinə
yüksək balla qəbul olmuş 150-dən artıq birinci
kurs tələbəsinə verilib. Bu mükafat tələbələrə
BP tərəfindən maliyyələşdirilən və ali
təhsil alarkən qazanacaqları texniki bilikləri layiqincə
tamamlayan 10 aylıq təlim kursu vasitəsilə texniki ingilis
dili vərdişlərini təkmilləşdirmək
imkanı verir”.
Akademik N.Paşayeva rəhbərlik
etdiyi Moskva Dövlət Universitetinin Bakı filalının tələbələrinin
də BP şirkətinə böyük marağını və
şirkətin əməkdaşlarının hər il Filialda
işə qəbulla bağlı geniş təqdimat
keçirdiklərini, tələbələr üçün
müxtəlif mövzularda seminarlar təşkil edildiyini
vurğulamışdır. Hazırda BP Azərbaycan
şirkətində MDU-nun Bakı Filialının 10 məzununun
çalışdığı qeyd edilibAkademik N.Paşayeva
çıxışının sonunda bu layihələrin həyata
keçirilməsindəki dəstəyə görə, cənab
Gordon Birrelə xüsusi təşəkkürünü
bildirib. Həmçinin, həmkarı Lord German başda
olmaqla, iştirakçılara və tədbirin təşkil
edilməsində əməyi olan hər kəsə minnətdarlığını
ifadə edib.
Təqdimat ilə çıxış edən
BP şirkətinin kommunikasiya, xarici əlaqələr və cənub
dəhlizi üzrə vitse-prezidenti xanım Emili Olsen BP-nin Azərbaycandakı
fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edilib ki, şirkət ilk dəfə 1992-ci ilin
iyun ayında Azərbaycana gələrək Bakıda ilk
ofisini açıb. Ötən 25 il ərzində Azərbaycan
Hökuməti ilə olan tərəfdaşlıq çərçivəsində
BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli
layihələr (Azəri-Çıraq-Günəşli
(AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi
Qafqaz Boru Kəməri (CQBK)) Xəzər dənizini müasir
karbohidrogen bölgəsinə çevrilməklə onun
inkişafına töhfə verib.
Bütün bu uğurlar şirkətin Azərbaycanda
qurduğu mükəmməl tərəfdaşlıqdan və
ölkə qarşısında etibarlı tərəfdaş
kimi götürdüyü uzunmüddətli öhdəlikdən
irəli gəlir. BP Azərbaycan iqtisadiyyatının
güclənməsinə və böyüməsinə
böyük töhfələr verib, Azərbaycan
üçün möhtəşəm iqtisadi inkişafın
təməlini təşkil edən yeni əhəmiyyətli gəlir
axınını təmin edib, Azərbaycanın
dünyanın digər ölkələri
ilə qurduğu yeni kommersiya əlaqələrində
böyük rol oynayıb, dənizdə karbohidrogen hasilatı
sektoruna əsasən müasir texnologiyaların
inkişafına stimul verib, dünyanın ən müasir neft
və qaz emalı qurğularından birinin inşa edilməsinə
və dünya səviyyəli tikinti və istehsal obyektlərinin yaranmasına nail olub. Şirkət on
minlərlə iş yeri açmaqla sosial inkişafa töhfə
verib, potensialın yaradılması, təlim, təhsilin
inkişafı kimi sahələrə dəstək verib və
ümumilikdə ölkənin bacarıq və səriştə
bazasını gücləndirib, yüzlərlə kənd
icmalarında davamlı inkişafı təşviq
edib, bir çox sosial layihələrdə iştirak edərək
mədəni irsin və idmanın inkişafına dəstək
verib.Xanım Emili Olsen BP-nin ən böyük lahiyələrinin
Azəri-Çiraq-Günəşli və Şahdəniz
olduğunu bildirib və Bakı-Tiblisi-Ceyhan, TANAP, TAP
lahiyələri haqıında ətraflı məlumat verib,
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
(SOCAR) ilə birgə görülən işlərdən bəhs
edib.
İngiltərə-Azərbaycan Cəmiyyətinin
Britaniya tərəfdən həmsədri Lord German BP-nin Azərbaycanda
gördüyü işlərin böyük məmnunluq
doğurduğunu ifadə edib, həmsədri olduğu Cəmiyyətin
BP şirkəti ilə birgə gördüyü işlərdən
danışıb. Akademik Nərgiz
Paşayevaya dərin minnətdarlığını ifadə
edən Lord German diqqətə çatdırıb ki, o, həqiqətən
də Cəmiyyətin hər ötən gün daha da
genişlənməsinə ən böyük töhfəsini
verən insandır.Lord German vurğulayıb ki, BP-nin Azərbaycanda
fəalliyyətinin 25 illiyk yubleyi qeyd olunur və bu 25 ildə
dünyada bir çox dəyişikliklər baş verib: yeni
texnologiyalar, innovasiyalar və s. proseslər baş verir.
Dünyamız necədə sürətli dəyişir. Belə
bir sual doğur ki, dünya 10 ildən sonra necə olacaq?
Sürətlə dəyişən dünyada bizlər
üçün ən vacib məsələ bir-birimizlə
olan əlaqəmizdir. İngiltərə-Azərbaycan Cəmiyyətinin
də əsas məqsədi məhz bu əlaqələrdən
keçir. Bizim əsas məqsədimiz Azərbaycan
ilə Britaniya arasındakı mədəni yaxınlaşma və
əlaqəni təmin etməkdir.Lord German həmçinin
İngiltərə-Azərbaycan Cəmiyyətinin tərəfdaşları
və sponsorları ilə birgə gördüyü lahiyələr
haqqında məlumat verib. Həmsədr,
Azərbaycanın bir çox yerlərində əqli və fiziki
qüsurlu uşaqların çoxsaylı sosial fəalliyyət
istiqamətləri ilə təmin edilməsini, talassemiya xəstəliyindən
əziyyət çəkənlərə lazımı
yardımın göstərilməsini, Britaniya ilə Azərbaycan
arasında ekspertlər mübadiləsini nümunə
göstərib. Daha bir çox nümünələrin
olduğunu qeyd edən Lord German bütün bunların
Britaniya və Azərbaycan arasında insani münasibətlərin
daha da inkişaf etməsinə, hər iki ölkənin cəmiyyətlərinin
bir-birinə yaxınlaşmasına böyük töhfə
verdiyini diqqətə çatdırıb. Bütün
görülən işlərdə BP-nin Cəmiyyətə
olan dəstəyinin təqdirəlayiq olduğunu
vurğulayıb.
Yeni Azərbaycan.-
2017.- 25 may.- S.2