Azərbaycan Dillər Universitetində Xalq Yazıçısı Elçin Əfəndiyevin yaradıcılığına həsr olunan elmi sessiya keçirilib

 

Mayın 30-da Azərbaycan Dillər Universitetində (ADİ) Xalq Yazıçısı, dramaturq, görkəmli ictimai-siyasi xadim, “İstiqlalordenli Elçin Əfəndiyevin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Elçin Əfəndiyevin yaradıcılığının bədii-estetik məziyyətləri təhlil edilib, yazıçının zəngin irsinin ədəbiyyatımızın təşəkkülünə təsir göstərdiyi vurğulanıb.

ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev Xalq Yazıçısının həyat yaradıcılığı barədə məlumat verib.

Qeyd olunub ki, yaradıcılığının ilk illərindən yazıçı cəmiyyətdə bütövlükdə baş verən hadisələrin mənəvi-əxlaqi durumunu dərindən dərk edib, onu istedadının gücü qələminin qüdrəti ilə, ustalıqla, bədii boyalarla əsərlərində əks etdirib. Ömrünü ədəbiyyata həsr etmiş ustad qələm sahibinin hekayə, povest, roman dram əsərləri tərcümə olunub dünya xalqları tərəfindən rəğbətlə qarşılanıb. Ötən əsrin altmışıncı illərindən bu yana Elçinin yaradıcılığına həm ölkəmizdə, həm xaricdə yüzlərlə məqalələr, rəylər, onlarla irihəcmli tədqiqat əsərləri həsr olunub, çoxşaxəli yaradıcılığına ədəbi-ictimai maraq bir an belə səngiməyib. Əsərləri Azərbaycanın sərhədlərini aşaraq dünyanın söz sərraflarını danışdırıb, beləliklə nasir, dramaturq, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas publisist Elçin xarici ölkələrdə Azərbaycan ədəbiyyatını ləyaqətlə təmsil edən şöhrətli sənətkar zirvəsinə yüksəlib. Çoxşaxəli yaradıcılığında milli özünüdərklə ümumbəşəri dəyərlər arasında bir vəhdət, bir körpü yaradan istedadlı qələm sahibinin əsərlərinin dünya ədəbiyyatında xüsusi yeri var. Yazıçının bədii əsərləri sənətkarlıq baxımından dünya ədəbi şedevrləri xəzinəsini zənginləşdirən bədii nailiyyətdir. Böyük sənətkarın əsərləri türk, rus, ingilis, fransız, alman, ispan, macar, bolqar onlarla başqa dillərə tərcümə edilərək onu dünya meridianlarında tanıdıb.

Elmi sessiyada dosent Vəfa Əliyev "Bəşəri ideyalar yazıçısı" mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə qeyd olunub ki, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Elçin Əfəndiyev zəngin çoxcəhətli yaradıcılığı ilə dünya şöhrətli sənətkar zirvəsinə yüksəlib. Qüdrətli qələm sahibi ədəbi yaradıcılığın müxtəlif istiqamətlərində daxili bir gənclik şövqü tükənməz enerji ilə yazıb-yaradır. Yazıçının çoxçeşidli yaradıcılığı milli xüsusiyyətlərə malik olduğu kimi, həm bəşəri mahiyyəti əks etdirir. Böyük ədəbi dünyagörüşünə malik olan Elçin yaradıcılığının coğrafi sərhədi çox genişdir. Geniş biliyə, zəngin erudisiyaya, böyük həyat təcrübəsinə malik olan dünya şöhrətli yazıçının yüksək tirajlarla dünya xalqlarının dilinə tərcümə olunmuş əsərləri Azərbaycanı layiqincə tanıdır.

"Elçin teatr" mövzusunda çıxış edən professor Məryəm Əlizadə Azərbaycan teatr səhnəsinin formalaşmasında Elçin Əfəndiyev dramaturgiyasının özünəməxsus yer tutduğunu diqqətə çatdırıb.

"Visions of Azerbaijan" jurnalının redaktoru İan Peart ədibin əsərlərinin ingilis dilində nəşrindən söz açıb.

Tədbirdə tələbələrin ifasında Elçinin "Şekspir" pyesi ingilis dilində nümayiş olunub.

 

Sonda Xalq Yazıçısı Elçin tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

Yeni Azərbaycan.- 2017.- 31 may.- S.9.