Latviyada 28 May – Respublika
Günü qeyd edilib
Azərbaycanın Latviyadakı səfirliyi
28 May – Respublika günü
münasibətilə Latviya
paytaxtında təntənəli
qəbul təşkil
edib.Qəbulda Latviya Seymin spikeri İnara Murniyetse, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Latviyanın yüksək vəzifəli rəsmi şəxsləri, Seymin deputatları, Latviya
XİN-in əməkdaşları, Azərbaycan parlament nümayəndə heyətinin
üzvləri, Latviyanın
sabiq prezidenti Valdis Zatlers, bu ölkədə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, işgüzar
dairələrin təmsilçiləri,
ictimai-siyasi xadimlər,
Azərbaycan diasporunun
üzvləri, KİV nümayəndələri
iştirak ediblər.
Ümumlatviya Mahnı və Rəqs Bayramının baş dirijoru Xarald Bardzinşin rəhbərliyi ilə orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib.Tədbirin
rəsmi hissəsində
Azərbaycanın Latviyadakı
səfiri Cavanşir Axundov çıxış
edib. Səfir tədbir iştirakçılarını
Azərbaycanın dövlət
bayramı- Respublika Günü münasibəti
ilə təbrik edib və çıxış
üçün Azərbaycan
parlamentinin sədri Oqtay Əsədova söz verib.
Oqtay Əsədov
müsəlman Şərqində
ilk demokratik respublikanın
məhz Azərbaycanda
yaradılması barədə
məlumat verib. O qeyd edib ki, Azərbaycan
Xalq Cümhuriyyəti
xalqımızın demokratik
ənənələrinin əsasını
qoyub, milliyyətindən,
siyasi mövqeyindən
və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlar üçün
bərabər hüquqlar
təmin edib. Spiker diqqətə çatdırıb ki,
1991-ci il oktyabrın 18-də Azərbaycanın
dövlət müstəqilliyi
bərpa edilib. Müstəqilliyin bərpasından
sonrakı ilk illərdə
ölkəmiz Ermənistan
tərəfindən Azərbaycan
ərazilərinin 20 faizinin
işğal edilməsi,
1 milyondan çox həmvətənimizin qaçqın
və məcburi köçkün vəziyyətinə
düşməsi faktları
ilə üzləşib.
Spiker Azərbaycan
dövlətinin ən
ağrılı problemi
olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsindən danışaraq xatırladıb
ki, ATƏT-in Minsk qrupu
bu münaqişənin
tənzimlənməsi üçün
yaradılıb. Lakin təəssüf ki, bu qurumun
fəaliyyəti gözlənilən
nəticələri verməyib.
Oqtay Əsədov vurğulayıb ki, heç şübhəsiz,
Azərbaycan istənilən
yolla bu problemi həll edəcək, ölkənin
ərazi bütövlüyünün
bərpa edilməsinə
nail olacaq.Azərbaycan Parlamentinin
sədri qeyd edib ki, bu
gün beynəlxalq arenada nüfuzlu bir dövlət olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində mühüm
rol oynayır. Ölkəmiz Avropa ölkələri
ilə, o cümlədən
Latviya ilə əlaqələrin möhkəmləndirilməsinə
xüsusi əhəmiyyət
verir.
Latviya seyminin spikeri İnara Murniyetse öz adından və Latviya xalqı adından tədbir iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
99 illiyi münasibəti
ilə təbrik edib. İ.Murniyetse vurğulayıb
ki, bu gün
Latviya və Azərbaycan qürurla deyə bilər: “Biz müstəqil və azad dövlətlərik!”.
Latviya spikeri vurğulayıb ki, onun ölkəsi Azərbaycanın müstəqilliyini
və ərazi bütövlüyünü dəstəkləyir.
İ.Murniyetse qeyd edib ki,
Azərbaycan ilə Latviyanı möhkəm dostluq telləri bağlayır. İki ölkə arasında
fəal siyasi dialoq aparılır.
Latviya Azərbaycan ilə Avropa İttifaqı arasında inkişaf etməkdə olan əlaqələri alqışlayır.
İ.Murniyetse xatırladıb ki,
gələn il
hər iki ölkə öz müstəqilliyinin 100 illiyini
qeyd edəcək. Seymin spikeri vurğulaylıb ki, Vətənə məhəbbət hissi bizə öz dövlətçiliyimizi qoruyub
saxlamaq üçün
güc verir.
Bayram tədbirində
orkestr Üzeyir Hacıbəyinin, Fikrət
Əmirovun, habelə latış və Avropa bəstəkarlarının
əsərlərindən ibrət
konsert proqramı ilə çıxış
edib.
Riqa Klassik Gimnaziyası nəzdində
Bazar günü Azərbaycan
məktəbinin şagirdləri
Azərbaycan haqqında
ana dilində şeirlər oxuyublar.
Yeni Azərbaycan.- 2017.- 31
may.- S.15.