Heydər Əliyev Mərkəzində
Xalq Artisti Tofiq Quliyevin 100 illik yubiley gecəsi
keçirilib
Noyabrın 7-də Heydər Əliyev Mərkəzində Azərbaycanın
görkəmli bəstəkarı,
Xalq Artisti, Dövlət Mükafatı
laureatı Tofiq Quliyevin 100 illik yubiley gecəsi keçirilib.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva yubiley gecəsində iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir
Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi
haqqında” 2017-ci il 7
fevral tarixli Sərəncamına uyğun
olaraq təşkil edilib.
Mərasimdən əvvəl Xalq
Artisti, Azərbaycan Milli Konservatoriyasının
rektoru Siyavuş Kərimi, Bəstəkarlar
İttifaqının sədri,
Xalq Artisti Firəngiz Əlizadə Tofiq Quliyevin Azərbaycan musiqi mədəniyyətinə töhfələri
barədə fikirlərini
jurnalistlərlə bölüşüblər.
Vurğulanıb ki, Tofiq Quliyevin mahnıları hər gün səslənir və onları eşidəndə, adama elə gəlir ki, bəstəkarla söhbət edirik. Onun əsərləri həm Rəşid Behbudov, Şövkət Ələkbərova kimi korifey sənətkarların,
həm də bu gün gənc
müğənnilərin ifasında
gözəl səslənir.
Nə qədər ki, Azərbaycan var, Tofiq Quliyevin
əsərləri də
bir o qədər yaşayacaq.
Qeyd edək
ki, Heydər Əliyev Fondu yubileylə əlaqədar
Xalq Artisti Tofiq Quliyevin yaradıcılığına həsr
olunan “Musiqidə döyünən ürək”
adlı multimedia toplusu hazırlayıb.
Yubiley gecəsindən
əvvəl Heydər
Əliyev Mərkəzinin
foyesində multimedia toplusunun təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov topluda Azərbaycan mədəniyyəti və
incəsənətinin inkişafında
əvəzsiz xidmətləri
olan Tofiq Quliyevin yaradıcılığının
geniş təhlil edildiyini və bəstəkar haqqında görkəmli şəxsiyyətlərin
fikirlərinin, xatirələrinin yer aldığını bildirib.
“Biz artıq
iki ilə yaxındır ki, Tofiq Quliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşırdıq və
nəticə etibarilə
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
çox gözəl bir layihə ərsəyə gəldi”,
- deyən Anar Ələkbərov layihənin
reallaşması üçün
böyük işçi
qrupunun yaradıldığını
diqqətə çatdırıb.
Layihənin rəhbəri
A.Ələkbərov göstərilən
dəstəyə görə
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Təqdimat mərasimində məlumat verilib ki, şəxsi və dövlət arxivlərinin materialları
əsasında hazırlanan
toplu Tofiq Quliyevin həyat və yaradıcılığı
haqqında kitab-albomdan,
bəstəkarın bədii
filmlər üçün
mahnıları, fortepiano
üçün əsərləri,
indiyədək səslənməmiş
simfonik orkestr üçün əsərlərindən ibarət dörd cildlik not kitabları, 212 əsəri özündə
cəmləşdirən fleş-kart
dəstindən ibarətdir.
Vurğulanıb ki, Azərbaycan
mədəniyyətinin, incəsənətinin
inkişafında əvəzsiz
xidmətləri olan, milli musiqi tariximizdə
xüsusi yer tutan bəstəkar, Azərbaycan estrada və cazının klassiki, Xalq Artisti Tofiq Quliyevin
100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində
Heydər Əliyev
Fondu tərəfindən çoxsaylı
işlər görülüb.
İlk növbədə,
Bakı şəhərinin
bütün arxivlərindən
və bəstəkarın
şəxsi arxivindən
bütün not əlyazmaları toplanıb,
köhnə babin lentlərdəki musiqi yazılarının elektron
versiyası hazırlanıb
və ilk dəfə olaraq toplu şəkildə
buraxılıb. Multimedia toplusuna
bəstəkarın müxtəlif
dövrlərdə və
müxtəlif mövzularda
bəstələdiyi mahnılar,
simfonik orkestr, fortepiano üçün əsərləri, kinofilmlərə
yazdığı mahnılar,
o cümlədən bəstəkarın
ifasında müəllif
əsərləri daxil
edilib. Topluda Tofiq Quliyevin
həyat və yaradıcılığının müxtəlif mərhələlərinə
aid fotolar, görkəmli şəxsiyyətlərin,
tanınmış söz
adamlarının bəstəkar
haqqında söylədiyi
fikirlər, xatirələr,
habelə ilk dəfə olaraq, onun indiyədək səslənməmiş,
simfonik orkestr və kamera-instrumental əsərləri, bu günədək nota alınmamış 30-dan çox
mahnısının audioyazısı
yer alıb. Eləcə də kinofilmlərdə olan mahnıların not yazıları da topluda öz əksini tapıb. Elektron daşıyıcılarda
Tofiq Quliyevin müxtəlif əsərləri
10 tematik mövzu üzrə qruplaşdırılıb.
Bu sıraya Vətən, məhəbbət
haqqında mahnılar,
həmçinin kinofilmlərə
yazılmış mahnılar,
instrumental əsərlər,
caz improvizasiyaları,
bəstəkarın royalda
olan ifaları və estrada miniatürləri, rəqs
ritmləri və s. daxildir.
Bu toplu
Tofiq Quliyevin zəngin irsinin öyrənilməsi, milli
mədəni dəyərlərimizin
qorunub saxlanması, təbliği və gələcək nəsillərə
ötürülməsi işinə
töhfə olacaq.
Daha sonra
Heydər Əliyev Mərkəzinin Auditorium zalında təntənəli
mərasim başlayıb.
Əvvəlcə bəstəkarın
oğlu, kinorejissor və ssenarist, Xalq Artisti Eldar
Quliyev və qızı, yubiley konsertinin bədii rəhbəri Lalə Quliyeva çıxış
edib.
Eldar Quliyev
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya tədbirin təşkilinə
görə minnətdarlığını
bildirib. O, Ulu öndər Heydər Əliyevin Tofiq Quliyevin yaradıcılıq
gecəsində söylədiyi
“Biz hamımız gedəcəyik, heç kəs qalmayacaq. Lakin illər keçəcək, yüzillər
keçəcək, Tofiq
Quliyevin musiqisi yaşayacaq” sözlərini
xatırladıb.
Lalə Quliyeva
layihənin ərsəyə
gəlməsində Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını
ifadə edərək
deyib: “Layihə Heydər Əliyev Fondunun dəqiq və savadlı işi nəticəsində
möhtəşəm alınıb”.
O, həmçinin layihənin
rəhbəri Anar Ələkbərova ideya yaranandan başlayaraq son məşqlərə qədər bütün işlərə diqqətlə
yanaşmasına görə
təşəkkürünü bildirib.
Çıxışlardan sonra Xalq Artisti
Tofiq Quliyevin ömür yolundan və yaradıcılığından
bəhs edən qısametrajlı sənədli
film nümayiş etdirilib.
Filmdə Tofiq
Quliyevin Azərbaycan musiqisindəki əvəzolunmaz
rolundan, 200-dən çox
bir-birindən gözəl
və yaddaqalan mahnıların müəllifi
olmasından, 40-dan çox
kinofilmə musiqi bəstələməsindən bəhs edilir. Onun geniş yaradıcılığının yalnız bəstəkarlıq
fəaliyyəti ilə
məhdudlaşmadığı, eyni zamanda, gözəl
pianoçu, dirijor, pedaqoq, Azərbaycan estrada və caz musiqisinin banilərindən biri olduğu qeyd edilir. Sənədli filmdə Ümummilli lider Heydər Əliyevin, bəstəkarın
sənət dostlarının,
görkəmli musiqiçilərin
Tofiq Quliyev haqqında fikirləri yer alıb.
Konsert proqramında
bəstəkarın müəllifi
olduğu mahnılar, kinofimlərə yazdığı
instrumental musiqilər,
caz musiqiləri, simfonik orkestr üçün əsərləri
ifa olunub. Yubiley gecəsində Tofiq Quliyevin məşhur, dillər əzbəri olan mahnıları ilə yanaşı, uzun müddətdir səslənməyən
kompozisiyaları da təqdim edilib.
Konsertdə Xalq artistləri
Fidan və Xuraman Qasımovalar, Azər Zeynalov, Samir Cəfərov, Fərhad Bədəlbəyli,
Murad Adıgözəlzadə,
Əməkdar artistlər
Aygün Bəylər,
Azərin, Tünzalə
Ağayeva, Sərxan Sərxan, İlqar Muradov, Emil Əfrasiyab,
Elçin Əzizov, İsfar Sarabski, rusiyalı vokalçı
Yana Melikayeva, tarzənlər - Əməkdar Artist
Sahib Paşazadə, Şəhriyar İmanov, nağara ifaçısı
Emin Cəbrayılov, skripkaçılar Elvin Qəniyev, Ceyla Seyidova, həmçinin Xalq Artisti Rauf
Abdullayevin dirijorluğu
ilə Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, “Qaya” ansamblı, “Natiq” ritm qrupu və
“Qaytağı” qrupu çıxış ediblər.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva bəstəkarın oğlu,
Xalq Artisti Eldar Quliyev və
qızı Lalə Quliyeva ilə görüşüb. Leyla
Əliyeva yubiley gecəsinin yüksək səviyyədə təşkil
edildiyini, gecədə
səslənən əsərlərin
Tofiq Quliyevin yaradıcılığının parlaq nümunələri olduğunu, bu əsərlərin hamı
tərəfindən sevildiyini
deyib. Leyla Əliyeva bildirib
ki, yubiley gecəsindəki ab-havadan həm babası, Ulu öndər Heydər Əliyev, həm də bəstəkarın özü
məmnun qalardı. Tofiq Quliyevin övladları yubiley gecəsinin təşkilində
Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyini yüksək qiymətləndiriblər
və minnətdarlıqlarını
ifadə ediblər.
Yeni Azərbaycan.-
2017.- 8 noyabr.- S.2.