Göyçay: XII Nar festivalı
rəngarəngliyi və
tədbirlərin zənginliyi
ilə fərqlənib.
Noyabrın
3-də Mədəniyyət və Turizm Nazirliyinin,
Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı,
“AzNar” QSC-nin maliyyə dəstəyilə keçirilən XII
Nar festivalı rəngarəngliyi və tədbirlərin zənginliyi
ilə əvvəlkilərdən xeyli fərqlənib.
Dövlət və hökumət
nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı
səfirlərinin, beynəlxalq
təşkilatların və
diaspor nümayəndələrinin,
yerli və xarici iş adamlarının, ümumilikdə,
30 minə yaxın insanın iştirak etdiyi möhtəşəm
Nar festivalı, həmçinin
milli adət-ənənələrimizin
əyani nümayişinə
çevrilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
qonaqlar və ictimaiyyət nümayəndələri
ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə
gül dəstələri
düzüblər.
Nar festivalının iştirakçıları
Heydər Əliyev prospektində musiqi sədaları altında qarşılanıblar. Qonaqlara yerli
müəssisələrin istehsalı
olan nar şirələri paylanılıb.
Festivalın əsas qəhrəmanı
olan Nar şahzadəsi
meydanda qonaqları salamlayıb, xalqımıza
əmin-amanlıq, bol
ruzi-bərəkət arzulayıb.
Xanəndələrin ifasında
nara həsr
olunmuş milli musiqi, muğam və folklor nümunələri təqdim
edilib. Tədbir iştirakçıları rayonun
30-dan çox kəndinin
sakinləri tərəfindən
nardan hazırlanan məhsulların sərgisi
ilə tanış
olublar.
İki gün davam edəcək festivalın rəsmi açılış mərasimində
Göyçay Rayon İcra
Hakimiyyətinin başçısı
Mehdi Səlimzadə, mədəniyyət
və turizm nazirinin müavini Nazim Səmədov çıxış ediblər. Qeyd olunub
ki, artıq 12-ci dəfədir təşkil
edilən bu məhsul bayramı Göyçayda meyvəçiliyin
və turizmin inkişafı baxımından
böyük əhəmiyyət
daşıyır. Həm yerli
əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına
səbəb olan nar bayramı bir daha sübut
edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır.
Bu bayram həm
də Azərbaycanın
dünyada təbliğinə
xidmət göstərir.
Yerli və xarici medianın işıqlandırdığı
nar bayramı vasitəsilə ölkəmiz
ildən-ilə daha çox turistin marağını cəlb
edir.
Çıxışlarda narçılığın iqtisadi
cəhətdən gəlirli
sahə olduğu vurğulanıb, narın insan sağlamlığı
üçün böyük
əhəmiyyətindən söz açılıb. Qeyd edilib
ki, narın şirəsindən və
qabığından 20-dək xəstəliyin müalicəsində
istifadə olunur.
Bu il Göyçayın
nar bağlarında bol məhsul yetişdirilib. İlkin hesablamalara görə,
50 min tona yaxın nar istehsal olunacaq.
Keçənilki məhsulun 60 faizi
Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılıb.
Rayonda yeni və məhsuldar
nar sortlarının yetişdirilməsi, təzə
bağların salınması
istiqamətində tədbirlər
görülür. Son
4 ildə 250 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda
əsasən “Gülövşə”,
“Vələs”, “Şəndi”,
“Şirin”, “Bala Mürsəl” sortları əkilib. İstehsal
müəssisələri də
imkanlarını ilbəil
genişləndirirlər.
Meydanda təşkil olunan
kitab sərgisi, nümayiş etdirilən əl işləri, qədim sənət nümunələri maraqla
izlənilib, idmançıların,
rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları
alqışlarla qarşılanıb.
Festival çərçivəsində
“AzNar” QSC-nin dəstəyi ilə yaradılan “Nar” abidəsinin açılış
mərasimi olub, “Ən gözəl nar qızı” respublika müsabiqəsi keçirilib. Podiuma milli geyimdə çıxan qızlar arasında birinci yeri Şövkət Əsədullayeva tutub. Ona “AzNar” QSC-nin sahibi Fərhad
Əhmədov tərəfindən
5000 manat mükafat verilib. Müsabiqədə
ikinci və üçüncü yeri
tutan iştirakçılara
da pul mükafatları
təqdim olunub.
Yerli və
xarici qonaqların bir qrupunun “AzNar”
QSC-yə səfəri
təşkil edilib, onlara zavodun istehsal prosesi və qazandığı uğurlar barədə məlumat verilib.
Bayram tədbirində qonaqlar
sərgi masalarına yaxınlaşaraq nardan hazırlanan məhsulların,
o cümlədən nardançanın,
nar şərabın,
nar şirəsinin, nar mürəbbəsinin, həmçinin milli mətbəximizin bənzərsiz
nümunələri olan
döşəməli plovun,
təndir çörəyinin,
yuxanın, kətənin, motal pendirin və müxtəlif şirniyyatların
dadına baxıblar. Festivalda nara həsr olunan şeir və mahnılar səsləndirilib,
rayon bədii özfəaliyyət kollektivlərinin,
aşıqların, meyxanaçıların,
kəndirbazların, musiqi
məktəbi şagirdlərinin
çıxışları alqışlarla qarşılanıb.
Heydər Əliyev prospektində idmançıların,
mahnı-rəqs qruplarının
çıxışları olub, müxtəlif mədəni-əyləncəli proqramlar təşkil edilib.
Sonda Azərbaycanın
tanınmış incəsənət
ustalarının iştirakı
ilə bayram konserti keçirilib, atəşfəşanlıq olub.
Qeyd edək
ki, festival noyabrın
4-də davam edəcək. Həmin
gün Heydər Əliyev parkında nar və nar
məhsullarının satış
yarmarkaları təşkil
olunacaq, nar dənələrindən hazırlanan
müxtəlif fiqurlar
nümayiş etdiriləcək,
eləcə də Göyçay şəhər
stadionunda “AzNar” və “Neftçi”
Yeni Azərbaycvan.-
2017.- 4 noyabr.- S.7.