Tur-aksiya iştirakçıları Gəncənin möhtəşəm məkanları ilə tanış olublar

 

Respublikamızın şəhər rayonlarının IX-XI sinif şagirdləri üçünÖlkəmizi tanıyaqdevizi ilə keçirilən maarifləndirici tur-aksiya davam edir.

AZƏRTAC xəbər verir ki, Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Sumqayıt şəhərindən, paytaxtın Xəzər, Pirallahı, Qaradağ, eləcə Masallı, Lənkəran, Astara, Lerik Yardımlı rayonlarından olan IX-XI sinif şagirdləri noyabrın 12-də Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə son illərdə inşa edilən turizm istirahət məkanları ilə tanış olublar.

Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Əvvəlcə məktəblilər şeyx Nizaminin şairin valideynlərinin qəbirlərini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə 14-cü əsrdə tikilib. Bu vaxtadək şairin məzarı üzərində müxtəlif əsrlərdə 4 dəfə türbə inşa olunsa da, onların heç biri bu qədər möhtəşəm əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında qırmızı qranitdən istifadə edilib.

Komplekslə tanışlığı davam etdirən şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.

Sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi Muzeyinə gəliblər. Bildirilib ki, muzeyin binasının təməli 2013-cü ildə qoyulub. Bundan bir il sonra Prezident İlham Əliyevin Gəncəyə növbəti səfəri zamanı muzey istifadəyə verilib.

Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə Ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin dahi şairin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpası, əsərlərinin tərcüməsi tədqiq olunması ilə bağlı Fərman sərəncamları sərgilənir. Muzeydə dahi şairin 800 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab monoqrafiyalar da nümayiş etdirilir.

Burada məktəblilər vaxtilə dahi şairin əsərlərinə həsr olunan hazırda dünyanın Metropoliten, Viktoriya Albert, Drezden, Vatikan kimi muzeylərin ən qiymətli eksponatları sırasında yer alan, “Xəmsə”nin motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.

Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olanİmamzadədini kompleksi ilə tanışlıq da şagirdlər üçün maraqlı keçib. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. “İmamzadəziyarətgahı əsrlər boyu insanların üz tutduğu müqəddəs məkanlardandır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş abadlıq-quruculuq yenidənqurma işləri həyata keçirilib.

Bildirilib ki, “İmamzadəkompleksinin ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra Şahzadə İbrahimin qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə yaraşıqlı minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Hüseyniyyə Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq halallıq məkanı olanİmamzadəkompleksi məktəblilərdə böyük maraq oyadıb.

Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda Ümummilli liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Məktəblilər 1606-cı ilin yadigarları olan Şah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan Karvansarayı ilə tanış olub, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın türbəsini ziyarət ediblər.

Açıq səma altında muzeyi xatırladan Cavad xan küçəsindəki gəzinti məktəblilərə xoş təsir bağışlayıb. Şagirdlər küçə boyu irəlilədikcə onlara Gəncənin zəngin çoxəsrlik memarlığının ən gözəl örnəklərinin qorunub saxlandığı, vaxtilə şəhərin mülkədarları varlı tacirləri tərəfindən inşa edilən imarətlər, tarixi tikililər haqqında ətraflı məlumat verilib.

Tur-aksiya iştirakçıları daha sonra Məhsəti Gəncəvi adına mədəniyyət mərkəzinə gəliblər. Mədəniyyət ocağı ilə tanışlıq zamanı bildirilib ki, mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Burada XII əsrdə yaşamış Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin həyat yaradıcılığı haqqında zəngin materiallar toplanıb. Bundan başqa, mərkəzdə muzey, qalereya, kitabxana, müxtəlif tədbirlər üçün iclas zalı sərgi salonu fəaliyyət göstərir.

Şagirdlər Gəncə çayı ətrafında yeni istifadəyə verilmiş Bulvar Kompleksində olublar. Onlar Bayraq meydanında 120 metr hündürlükdə dalğalanan Azərbaycan bayrağını seyr edib, ölkənin dövlətçilik tarixindən bəhs edən guşələrə baxıblar.

Tur-aksiya iştirakçıları şəhərlə tanışlıqlarını çay boyunca salınan parklar, xiyabanlar, müxtəlif ictimai iaşə mədəniyyət obyektləri əyləncə mərkəzləri ilə tanışlıqla davam etdiriblər.

Sonda isə tur-aksiya iştirakçıları Prezident İlham Əliyev tərəfindən yenicə istifadəyə verilmiş Mirzə Şəfi Muzeyinə şairin adını daşıyan parka gəliblər.

Məktəblilərə məlumat verilib ki, Mirzə Şəfi Muzeyi Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Gəncədə tarixi-mədəni irsin qorunması təbliği istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib.

Tur-aksiya iştirakçılarına Gəncədə XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair tanınmış maarifçi Mirzə Şəfi Vazehin həyat yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Mirzə Şəfi Vazehin yaradıcılığının Azərbaycan ilə Avropa arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm yer tutduğunu deyən bələdçilər mütəfəkkirin adını daşıyan muzeydə görülən işləri diqqətə çatdırıblar.

Bildirilib ki, şəhərinGülüstanərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanıb tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.

Yeni Azərbaycan.- 2017.- 14 noyabr.- S.10.