Azərbaycanın
regionlarının enerji təminatı möhkəmlənir
Respublika üzrə elektrik şəbəkələrinin
qoyuluş gücünün 2015-ci ilin əvvəlindəki
9500 meqavoltamperdən 2017-ci ilin sonunadək 11900 meqavoltamperə
çatdırılması nəzərdə tutulub
Son 13 ildə müstəqil Azərbaycanın
nail olduğu sürətli sosial-iqtisadi inkişaf
dinamikasını həmçinin elektroenergetika sistemindəki
yeniliklərin timsalında da aydın şəkildə
görmək mümkündür. Bəhs olunan dövrdə
Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı
sayəsində bütün ölkə boyu son dərəcə
müasir elektroenergetika infrastrukturu qurulub. Maddi-texniki
bazanın möhkəmləndirilməsi, o cümlədən
də innovativ yeniliklərin tətbiqi həm istehsal obyektlərini,
həm də bütün ölkə boyu
ötürücü və paylayıcı şəbəkələri
əhatə edir. Həyata keçirilən yeni layihələrin
sayəsində paytaxt Bakıda olduğu kimi, regionlarda da
istehlakçıların elektrik enerjisi ilə təchizatında
ciddi keyfiyyət dəyişikliyi baş verib. Hazırda Azərbaycanın
ən ucqar kəndlərinə belə dayanıqlı enerji
ötürülməsində hər hansı bir problem
yaşanmır.
Ölkədə yeni generasiya güclərinin
yaradılması müstəqil Azərbaycanın böyük
uğurudur
Bütün ölkə boyu
elektroenergetika sisteminin yenilənməsindən söhbət
açarkən yeni generasiya güclərinin
yaradılmasının önəmini xüsusi qeyd etmək
lazımdır. 2004-cü ildən bəri respublikamızda
ümumi istehsal gücü 2400 meqavat olan 26 elektrik
stansiyası tikilib, həmçinin çoxlu sayda yarımstansiya
istismara verilib, yeni elektrik verilişi xətləri çəkilib.
Yeni çəkilən xətlər hesabına respublika ərazisində
yüksəkgərginlikli ötürmə xətlərinin
ümumi uzunluğu 7600 kilometri ötüb. Nəticədə,
Azərbaycanın enerji təminatı əhəmiyyətli dərəcədə
möhkəmlənib. Qürurverici haldır ki, hazırda
ölkəmiz həm daxili enerji istehlakını
bütünlüklə yerli istehsal hesabına təmin edir,
eyni zamanda, bu sahədə özünün ixrac
imkanlarını daha da artırır. Hazırda Prezident
İlham Əliyevin müvafiq Sərəncamına əsasən
respublikada kiçik su elektrik stansiyalarının geniş tətbiq
edilməsinə böyük diqqət göstərilir. Bu məqsədlə
indiyədək 12 su elektrik stansiyası istifadəyə verilib
və daha beş stansiyanın inşası davam etdirilir.
Maddi-texniki bazanın möhkəmləndirilməsi,
yeni generasiya güclərinin yaradılması sayəsində
Azərbaycan enerji istehsalını getdikcə artırır.
“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və
mətbuat xidmətinin məlumatına əsasən, 2017-ci
ilin oktyabr ayında “Azərenerji” ASC tərəfindən
istehsal edilən elektrik enerjisinin həcmi 1,733 milyard kilovat-saat
olub. Digər göstəricilər də nikbinlik
üçün ciddi əsaslar verir. Elektroenergetika sisteminin
tranzit imkanlarının genişləndirilməsi nəticəsində
2017-ci ildə ölkəmiz elektrik enerjisi ixracatında
çox yüksək göstəricilərə nail olub.
Regionlarda elektrik enerjisinin ötürülməsi
sisteminin dayanıqlılığı daha da artırılır
Mövcud qurğu və
avadanlıqlarda, yüksək gərginlikli hava xətlərində
mütəmadi olaraq təftişlər aparılması,
nasazlıqları aşkar edib profilaktiki tədbirlər
görülməsi, habelə payız-qış
mövsümünə hazırlıq tədbirlərinin
planauyğun şəkildə yerinə yetirilməsi əsas vəzifələrdən
biri hesab olunur. “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr
və mətbuat xidmətinin məlumatında bildirilir ki,
2017-ci ilin doqquz ayı ərzində yüksəkgərginlikli
yarımstansiyalarda və elektrik verilişi xətlərində
bu istiqamətdə müvafiq tədbirlər həyata
keçirilib. Məlumatda vurğulanır ki, respublikanın
elektroenergetika sistemi üçün strateji əhəmiyyətə
malik sistem təşkiledici şəbəkə xüsusi diqqət
mərkəzində saxlanılır. Belə ki,
cari ilin ötən 9 ayı ərzində 500 kV-lik “Abşeron”
yarımstansiyasında 3 ədəd 133 MVA gücündə
avtotransformatorun yeni tikilən 10 kV-lik qapalı paylayıcı
qurğusu sxemə salınıb. 220 kV-lik 7-ci “Abşeron” hava
xəttində 2 ədəd tutum gərginlik transformatoru
quraşdırılıb. 10 kV-lik II
bölmə avadanlıqları-avtotransformatorun və 2
saylı 630 kVA-lıq xüsusi sərfiyyat transformatorunun 10
kV-lik yağ açarları vakuum açarlı yuvalarla, gərginlik
transformatorunun yuvası isə yenisi ilə əvəz olunub.
330 kV-lik “İmişli” YS-də 1 və 2 saylı 240 MVA
gücə malik avtotransfarmatorların 330 kV-lik tərəfində
eleqaz açarlarının quraşdırılmasına
başlanılıb. Eyni zamanda, 330 kV-lik “Gəncə”
YS-də 1 saylı 200 MVA-lik avtotransformator əsaslı təmir
olunub, 1 saylı 200 MVA avtotransfarmatorun yeni tikilən 10 kV-lik
qapalı paylayıcı qurğusu sxemə salınıb, 2
saylı 250 MVA-lik avtotransfarmatorun 110 kV-lik cərəyan
transformatoru yenisi ilə əvəz olunub. 330 kV “Ağstafa”
YS-də 110 kV-lik 1-ci “Ağstafa” HX-nin I, II
sistem şinlərində şin ayırıcıları yeniləri
ilə əvəz edilib, 330 kV I, II və dolayı şin sistemində
izolyatorlar yenilənib, 330 kV-lik 3-cü “Ağstafa” hava xətlərinin
boşaldıcıları yeni tipli boşaldıcı ilə əvəz
olunub. Bütün bunlarla yanaşı, 220 kV-lik “Səngəçal”,
“Hövsan” YS-lərdə şin ayırıcıları,
dolayı eleqaz açarları, boşaldıcılar və
digər avadanlıqlar yenilənib.
Bəhs olunan dövrdə Regional
Elektrik Şəbəkələrin balans mənsubiyyətinə
aid olan 110 kV-lik “Binəqədi”, “Ramana”, “Qala”, “Binə” və
bir neçə digər yarımstansiyada da müxtəlif təyinatlı
təmir işləri həyata keçirilib. Ümumilikdə,
son 9 ay ərzində yarımstansiyalarda 145-dən artıq
transformator, 510-dan artıq eleqaz, 480 ədəd yağ və
410-dan çox vakuum açarları əsaslı və cari təmir
olunub. Yarımstansiyalarda fiziki və mənəvi
cəhətdən köhnəlmiş avadanlıqların yeniləri
ilə əvəz olunması, müasir mühafizə, idarəetmə
və avtomatika panellərinin quraşdırılması
işləri həyata keçirilib və hazırda bu işlər
davam etdirilir.
Avadanlıqlardakı
çatışmazlıqların müəyyənləşdirilib
aradan qaldırılması üçün 225 ədəd
transformator və avtotransformator, 700-dən artıq müxtəlif
tipli açar, 1520-yə yaxın boşaldıcı, 760-dan
çox gərginlik və cərəyan transformatorunda
profilaktik sınaq-yoxlama işləri aparılıb.
2017-ci ilin əvvəlindən bəri
Mingəçevir SES-də 110 kV-lik yarımstansiyalarda yeni
açıq paylayıcı qurğunun tikintisi ilə əlaqədar,
110 kV-lik 1-ci və 2-ci “Gəncə”, 1-ci və 2-ci “Yevlax”,
1-ci və 2-ci “Şəhər” hava xətlərinin
trasında anker və aralıq dayaqlar
quraşdırılıb, 220 kV-lik 2-ci “Ağdaş” hava
xəttinin Turyançay vadisindən keçən hissəsində
hava xəttinin 2,5 km hissəsi yeni əraziyə
köçürülüb. Eyni zamanda, 220
kV-lik ikidövrəli “Şimal ES - Zabrat YS” və “Şimal ES
- Hövsan YS” hava xətlərinin tikintisi layihəsi üzrə
tikinti işləri başa çatdırılıb, 110 kV-lik
3-cü, 4-cü “Ağdaş” hava xətlərinin tikintisi
tamamlanıb və hava xətləri şəbəkəyə
qoşulub. Bütün bunlarla yanaşı, 330 kV-lik
“Qardabani” hava xəttinin ikidövrəli variantda yenidən
qurulması, 330 kV-lik “3-cü İmişli” hava xəttinin
“Ağ göl” ərazisindən kənara
çıxarılması” layihəsi üzrə tikinti
işləri davam edir.
Elektrik Verilişi Xətlərində
də görülmüş işlərin həcmi kifayər
qədər böyükdür. Ümumilikdə, 9 ayda balans mənsubiyyətinə
aid olan elektrik verilişi xətləri üzrə 896 km-dən
artıq hava xətti əsaslı təmir edilib. Təmir
qrafiki çərçivəsində 11 min 400-ə yaxın
izolyator, 70-dən artıq dayaq dəyişdirilib, 30-a yaxın
dayaq isə təmir olunub.
Paylayıcı şəbəkədə də
yeni layihələr reallaşdırılır
Son illərdə respublikanın regionlarında
paylayıcı şəbəkədə də intensiv şəkildə
yeni layihələr reallaşdırılır. “Azərişıq”
ASC tərəfindən regionlarda elektrik təchizatının
dayanıqlığını və
etibarlılığını təmin etmək məqsədilə
18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 2920 ədəd
10-6 kV-luq YS inşa edilib, 17725 km müxtəlif gərginlikli
elektrik veriliş xətləri çəkilib, 337982 ədəd
dayaq quraşdırılıb. Ümumiyyətlə, son 10 ildə
“Azərişıq” ASC-nin balansındakı paylayıcı
elektrik şəbəkələrində 40 ədəd 110
kV-luq yarımstansiya tikilib. Yeni 35 kV yarımstansiyaların
sayı isə 141-ə çatır. 2006-2017-ci illərdə
4894 transformator və komplekt transformator məntəqəsi
inşa olunub, 577514 dayaq quraşdırılıb, 45818 kilometr
uzunluğunda hava və kabel xətti çəkilib.
Quraşdırılan yeni tipli elektron sayğacların sayı
1621871-ə çatır. Silsilə və kompleks tədbirlər
hesabına “Azərişıq” ASC-nin regional elektrik şəbəkələrində
texniki itkilər 2017-ci ilin 9 ayının yekununa görə
9,9 faizə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin
qoyuluş gücü “Azərişıq” ASC-nin
yarandığı 2015-ci ilin əvvəlindəki 9500
meqavoltamperdən 2017-ci ilin sonunadək 11900 meqavoltamperə
çatdırılacaq. Faydalı elektrik enerjisinə görə
yığım respublika üzrə 87 faiz, Bakı şəhəri
üzrə isə 98,3 faiz təşkil edir.
Bu ilin avqust ayında Prezident İlham
Əliyevin iştirakı ilə açılış mərasimi
keçirilən Şəmkir avtomatik idarəetmə və nəzarət
mərkəzinin fəaliyyətə başlaması ilə “Azərişıq”
ASC bir ilkə imza atıb. Bu, respublikada ilk dəfə
aşağı gərginlikli 10/0,4 kV-luq şəbəkənin
avtomatik idarəetmə və nəzarət sistemi layihəsidir.
Bu layihənin icrası ilə alçaq gərginlikli
və yüksək gərginlikli şəbəkələrdə
fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin
təmin edilməsi, sərfiyyat göstəricilərinin real
vaxt rejimində monitorinqi, abonent məmnunluğunun təmin
olunması məqsədilə fasiləsiz elektrik enerjisinin
parametrlərinə nəzarətin təşkili, 10 və
0,4 kV-luq elektrik şəbəkələrində
açma-qoşmaların real vaxt rejimində
qeydiyyatının aparılması mümkündür. Bundan
başqa, avtomatik idarəetmə və nəzarət mərkəzinin
fəaliyyətə başlaması ilə sayğacların
göstəricilərinin on-line rejimdə oxunması təmin
edilir, insan amili aradan qaldırılıb. Sistem həmçinin
qəzaların qarşısını almağa imkan verir.
Enerji təsərrüfatının yenilənməsi
Zərdab rayonunda intensiv şəkildə davam etdirilir
İndiyədək “Azərişıq” tərəfindən
ayrı-ayrı rayonların paylayıcı şəbəkəsində
əsaslı təmir və yenidənqurma işləri
uğurla başa çatdırılıb. Hazırda bu istiqamətdə
işlər Zərdab rayonunda intensiv şəkildə davam
etdirilir. “Azərişıq” ASC-nin sifarişi ilə Asiya
İnkişaf Bankının vəsaiti hesabına Ucar
yarımstansiyasından çıxan 10 kilovoltluq 1,2 və 4 saylı
kənd hava xətlərinin yenidən qurulması işlərinə
başlanılıb. Gəlmə, Salahlı və Burunlu kəndlərində
transformator məntəqələrindən çıxan
açıq elektrik hava xətləri SİR kabel xətləri
ilə əvəz olunub.
Ucar-Zərdab hava xəttinin yenidən
qurulması işləri başa çatmaq üzrədir. Zərdab elektrik şəbəkəsinin yerləşdiyi
ərazidə yeni 35/10 kilovoltluq yarımstansiyanın tikintisi
davam etdirilir. 65 kilometr məsafədə hava xətləri və
dirəklər dəyişdirilib. 65,4 kilometrdə 0,4 kilovoltluq
elektrik naqilləri SİP kabellərlə əvəz olunub. 4 min ağac dayaq dəmir-beton
və metal dayaqlarla əvəz olunub. Habelə,
rayon ərazisində 31 ədəd yeni transformator
quraşdırılıb, Yuxarı Seyidlər, Rəvanlı,
Məmmədqasımlı, Alıcanlı, İsaqbağı,
Bıçaqçı kəndlərində transformatorlar təmir
edilib, şəhərdə, Gödəkqobu və Məmmədqasımlı
kəndlərində zədələnən transformatorlar
yenisi ilə əvəz olunub.
Gəncə
şəhərində ilk dəfə olaraq 110 və 35 kV-luq
dairəvi elektrik təchizat sxemi yaradılır
Bu
günlərdə Prezident İlham Əliyev Cəncəyə
səfəri çərçivəsində burada 2x40
meqavat-amper gücündə 110/35/10 kilovoltluq “Yeni Gəncə”
yarımstansiyasının açılışında
iştirak edib və dəyərli tövsiyələrini verib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin
sədri Baba Rzayev görülən işlərlə
bağlı dövlətimizin başçısına ətraflı
məlumat verib. Bildirilib ki,
yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil
edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı
qurğular, elektrik avadanlıqları, elektron tipli rele
mühafizəsi və avtomatikası, texniki online nəzarət
şkafları, açılma və qoşulmaların avtomatik
idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və
10 kV-luq kabel kanallarının estakadası və
şkafları yerləşdirilib. Bununla
yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və
II “Yeni Gəncə” hava xətlərinin 24 kilometrlik hissəsi
yenidən qurulub. Gəncə şəhərinin
mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik
enerjisi ilə təminatında 110/35/10 kV-luq “Yeni Gəncə”
yarımstansiyası mühüm əhəmiyyətə
malikdir. Eyni zamanda, “Yeni Gəncə”
yarımstansiyasından çıxan 10 kV-luq “Yeni Gəncə”
və 10 kV-luq IV “Yeni Gəncə” hava xətlərindən 30
min abonent elektrik enerjisi ilə təchiz olunur.
Bununla
yanaşı, hazırda inşa olunan 2x10 mVA gücündə
35/10 kV-luq “Məhsəti” yarımstansiyasını
qidalandırmaq üçün “Yeni Gəncə”
yarımstansiyasından 3,1 kilometr uzunluğunda 35 kV-luq I və
II “Məhsəti” kabel, həmçinin 35/10/6 kV-luq “Sənaye
Rabitə” yarımstansiyasının qidalandırılması
üçün 35 kV-luq I və II “Sənaye-Rabitə” elektrik
verilişi xətləri çəkilib. “Yeni Gəncə”
yarımstansiyasının hazırda inşa olunan
yarımstansiyalarla əlaqələndirilməsi nəticəsində
Gəncə şəhərində ilk dəfə olaraq 110 və
35 kV-luq dairəvi elektrik təchizat sxemi yaradılacaq.
“Azərişıq”
ASC-dən verilən məlumatda bildirilir ki, ümumilikdə
son 2 ildə 89 min abonenti olan Gəncə Elektrik Şəbəkəsinin
xidməti ərazisində elektrik təchizatının
yaxşılaşdırılması, elektrik enerjisi
verilişində yaranan fasilələrin
qarşısının alınması məqsədi ilə 35
kV-luq “Nizami” yarımstansiyası inşa olunub, şəhər
ərazisində yüksək gərginlikli 110/35 kV-luq hava xəttinin
əvəzinə 3,1 kilometr, aşağı gərginlikli 10/6
kv-luq hava xəttinin əvəzinə isə 75,5 kilometr
yeraltı kabel və Gəncə şəhərində 4
kilometr 110 kV-luq, 2 kilometr 35 kV-luq, 20,2 kilometr 10/6 kV-luq hava xətləri
çəkilib, 305 kilometrdən çox magistral, 92 kilometrə
yaxın abonent xətti özünüdaşıyan
izolyasiyalı naqillərlə əvəz edilib. Şəhərdə 75 yeni komplekt transformator məntəqəsi,
eyni zamanda, 4211 sayğac quraşdırılıb.
“Azərişıq”
ASC-nin tətbiq etdiyi yeni “Elektron xəritə” müştəri
məmnunluğunu daha da artıracaq
“Azərişıq” ASC-nin qarşıya qoyduğu əsas
hədəf müştəri məmnunluğunu təmin etməkdən
ibarətdir. Bu məqsədlə qurum tərəfindən
ardıcıl şəkildə müxtəlif tədbirlər
həyata keçirilir. Əhali və
qeyri-əhali istehlakçı qrupuna aid sifarişçilərin
enerji təchizatı şəbəkəsinə
qoşulması və sayğacların
quraşdırılması “Azərişıq” ASC-nin yeni
elektron xəritə sistemi vasitəsi ilə həyata
keçirilir. Bundan başqa, “Azərişıq”
ASC ilə “ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyəti
ilə vətəndaşlara göstərilən xidmətdə
mütəmadi yeniliklər edilir. Belə
yeniliklərdən biri də Səyyar “ASAN Kommunal Xidmət”
vasitəsidir. Evinə, bağına və
ya tikinti obyektinə işıq çəkdirmək istəyən
vətəndaş sənədlərini Səyyar “ASAN Kommunal
Xidmət”ə təqdim edir. Qeyd olunan
obyekt elektron xəritənin məlumat bazasında müəyyən
edilir və şəbəkəyə qoşulması
üçün məsafə, lazım olan mal-material, işin
həcmi və görüləcək işlərin dəyəri
müəyyənləşdirilir. Sifarişçi
tərəfindən görüləcək işlərin dəyəri
ödənildikdən sonra “Azərişıq” ASC-nin əməkdaşları
operativ qaydada göstərilən ünvana yollanır, vətəndaşın
obyektinə elektrik enerji xətti çəkilir, abonent
üçün sayğac quraşdırılır.
Əvvəllər müraciətləri qeydə almaq,
araşdırmaq, baxış keçirmək, məsafəni
ölçmək, hesablamaq, qoşulma ilə bağlı xərclər,
elektrik xəttini çəkmək və elektrik
sayğacı quraşdırmaq üçün 10 gün vaxt
lazım olurdusa, indi bir iş günü ərzində həllini
tapır, şəffaflıq tam təmin olunur.
Qeyd edək ki, “ASAN xidmət”lə “Azərişıq”
ASC-nin birgə göstərdiyi xidmətlər təkcə
abonentlərin enerji təchizatı şəbəkəsinə
qoşulması prosesi ilə yekunlaşmır. Eyni zamanda, abonentlərin
elektrik enerjisinə ödənişlərinin
(borclarının) araşdırılması, əhali və
qeyri-əhali istehlakçısının ad dəyişməsi,
üzləşmə aktlarının təqdim olunması,
abonentin geniş tarixçəsinin verilməsi, smart
kartların bərpası və yenilənməsi və s. xidmətlər
göstərilir. Bütün bu müraciətlər
“bir pəncərə” prinsipi əsasında təmin olunur.
“Azərişıq”
indiyədək müvafiq Strateji Yol Xəritəsi üzrə
11 tədbirin yüksək səviyyədə
reallaşdırılmasına nail olub
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında
kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və
qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən
ayrı-ayrı sahələr üzrə genişmiqyaslı hədəflər
müəyyənləşdirilib. Şübhə yoxur
ki, nəzərdə tutulan tədbirlərin mərhələlər
üzrə reallaşdırılması sayəsində paytaxt
Bakıda və bölgələrdə əhaliyə kommunal
xidmətlər sektorunda əsaslı keyfiyyət dəyişiklikləri
baş verəcək ki, sənədin qəbul edilməsində
əsas məqsəd də elə bundan ibarətdir.
Artıq bəhs olunan Strateji Yol Xəritəsinin
icrası çərçivəsində ilk uğurlar əldə
olunub. Xəbər verildiyi kimi, bir qədər bundan əvvəl
mətbuatda strateji yol xəritələrinin icra vəziyyətinə
dair yarımillik monitorinq və qiymətləndirmə
hesabatı dərc edilib. Hesabatda bildirilir ki, 2017-ci ilin
ilk altı ayı ərzində “Azərbaycan Respublikasında
kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və
qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən
edilmiş tədbirlərin 17 faizinin icrası tamamlanıb və
38 faizinin icrası üzrə işlərə
başlanılıb.
Strateji Yol Xəritəsinin icrası çərçivəsində
konkret istiqamətlər, o cümlədən enerji təchizatı
üzrə görülən işlərin miqyası da kifayət
qədər genişdir. Sənəddə strateji məqsəd kimi
tam şaxələndirilmiş və fasiləsiz ekoloji təmiz
elektrik enerjisi istehsalının təmin edilməsi, beynəlxalq
göstəricilərə uyğun səmərəlilik və
keyfiyyət standartlarının yaradılması, elektrik
enerjisi sahəsində məqsədləri reallaşdırmaq
üçün əsas hərəkətverici mexanizmlərin
işə salınması müəyyənləşdirilib.
Kommunal xidmətlərin inkişafına dair
Strateji Yol Xəritəsində “Azərişıq” ASC-yə
aid 3 strateji hədəf, 3 prioritet istiqaməti əhatə edən
11 tədbir üzrə müvafiq işlər yerinə
yetirilib. “Azərişıq” ASC tərəfindən
2025-ci ilədək respublika üzrə elektrik enerjisinə
olan tələbatın proqnoz göstəricilərinə dair
məlumatlar hazırlanaraq “Azərenerji” ASC ilə
razılaşdırılıb, həmçinin Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən
2030-cu ilə qədər tikintisi nəzərdə
tutulan obyektlərin elektrik enerjisinə olan tələbatının
proqnoz göstəriciləri hazırlanaraq Energetika Nazirliyinin
işçi qrupuna təqdim edilib.
Regionların enerji təminatının
yaxşılaşması həm iqtisadi, həm də sosial əhəmiyyətə
malikdir
Azərbaycan regionların tarazlı şəkildə
inkişaf etdirilməsini özünün strateji hədəflərindən
biri kimi müəyyənləşdirib. Respublikamızda
Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramları uğurla yerinə yetirilir. Bəhs olunan Dövlət
proqramlarında nəzərdə tutulan tədbirlərin
reallaşdırılması sayəsində Azərbaycanın
bölgələrinin siması tamam dəyişib, regionlar da
iqtisadi güc amilinə çevrilib. Təbii ki, burada
infrastruktur layihələrinin, o cümlədən də enerji
təminatının dayanıqlılığının
artırılmasının önəmi də kifayət qədər
böyükdür. Enerji sektoruna aid obyektlər də daxil
olmaqla bütün ölkə boyu infrastruktur layihələri
bir qayda olaraq dövlət investisiyaları hesabına
reallaşdırılır. Sonradan bu infrastruktur
qurğuları regionlarda iqtisadi aktivliyin təmin olunmasında
mühüm amilə çevrilir. İnvestorlar yüksək səviyyəli
infrastruktur təminatından bəhrələnərək
aqrar sektora, regionlarda sənaye obyektlərinin
yaradılmasına inamla sərmayələr yönəldirlər.
Bölgələrin infrastruktur təminatının,
o cümlədən də enerji təchizatının
yaxşılaşması dərin iqtisadi əhəmiyyəti
ilə yanaşı, həm də ciddi sosial mahiyyət
daşıyır. Zəruri infrastruktur quruculuğu sayəsində
kommunal xidmətlər sektorunda paytaxt Bakı ilə regionlar
arasında fərq minimuma enib və yaxud tamam aradan
qaldırılıb. Regionlarda kommunal xidmətlərlə təchizatın
yaxşılaşması isə öz növbəsində
insanları, ələlxüsus da gəncləri möhkəm
tellərlə öz doğma yurd-yuvalarına bağlayır.
Təsadüfi deyil ki, son vaxtlarda respublikanın bölgələrindən
paytaxt Bakıya və digər iri şəhərlərə
insanların axını səngiyib.
Yeri gəlmişkən onu da
vurğulayaq ki, kommunal sektorda görülən işlər də
daxil olmaqla ölkə üzrə həyata keçirilən
infrastruktur quruculuğu Dünya İqtisadi Forunmunun bu
yaxınlarda yaydığı “2017-2018 Qlobal Rəqabətlilik
Hesabatı”nda da yüksək dəyərləndirilib.
Hesabatda respublikamız infrastruktur indikatoru üzrə
mövqeyini 4 pillə yaxşılaşdıraraq 51-ci yerdə
qərarlaşıb ki, bu da kifayət qədər uğurlu
göstəricidir.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.- 2017.- 16 noyabr.-
S.7.