Bakıda “Tolerantlıq örnəyi
Azərbaycan” mövzusunda
konfrans keçirilib
Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
təşkilatçılığı ilə Bakıda 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Tolerantlıq
örnəyi Azərbaycan”
adlı konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, konfransda çıxış
edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı cəmiyyətimizdəki mövcud
tolerantlıq ənənələrindən,
onun qorunub saxlanılması istiqamətində
görülən işlərdən
ətraflı bəhs
edib. O bildirib
ki, bu gün
Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə söykənən ardıcıl,
məqsədyönlü fəaliyyəti
nəticəsində Azərbaycan
digər sahələrdə
olduğu kimi, dinə, vicdan azadlığına, tolerant
və multikultural dəyərlərə münasibətdə nümunəvi ölkəyə çevrilib.
Tolerantlığın birgəyaşayışın qızıl
qaydası olduğunu vurğulayan sədrin birinci müavini Azərbaycanda dini, milli ayrı-seçkiliyə,
antisemitizm, ksenofobiya hallarına heç vaxt rast gəlinmədiyini
vurğulayıb.
Səyyad Salahlı qeyd
edib ki, dövlətimiz tərəfindən
mütəmadi olaraq ölkəmizdə fəaliyyət
göstərən dini
konfessiyalara maddi və mənəvi dəstək göstərilir,
müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub
saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün
lazımi şərait
yaradılır.
Daha sonra
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Xarici əlaqələr
şöbəsinin müdiri
Nicat Məmmədlinin
təqdimatı dinlənilib.
“Anlayışın koqnitiv
semantikası” adlı
təqdimatda müxtəlif
dillərdə tolerantlıq
anlayışının mənası
və mahiyyəti barədə ətraflı
məlumat verilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Roma Katolik Kilsəsinin nümayəndəsi Vladimir
Baksa, Prezident yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Avropa Yəhudilərinin Bakı
dini icmasının sədri Aleksandr
Şarovski, Azərbaycan
Respublikasının Alban-Udi
Xristian dini icmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsi
Bakı və Azərbaycan Yeparxiyasının
nümayəndəsi Dionisi
Sveçnikov, Gürcü
Yəhudilərinin Bakı
dini icmasının sədri Abik Çaruxçev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
şöbə müdiri
Rəşad İlyasov
çıxışlarında tədbirin əhəmiyyətini
vurğulayıblar. Onlar
tolerantlığın gündəlik
həyatımızda mühüm
rolundan bəhs ediblər.
Konfransda çıxış edənlər, həmçinin
Azərbaycanda dini müxtəlifliyin tolerant əsaslarının təhlili
və qorunub saxlanılması, ölkəmizin
nümunəvi dini tolerantlıq modeli, eyni zamanda, Azərbaycanın
əldə etdiyi multikultural nailiyyətlərin
dünyada təbliği
barədə fikirlərini
səsləndiriblər. Vurğulanıb ki, Azərbaycanda tək bir gün deyil,
hər gün tolerantlıq günü kimi qeyd olunur.
Dövlət başçısı İlham Əliyevin
2016-cı ili “Multikulturalizm
İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsi dünyanın sabitliyi, təhlükəsizliyi və
dünya müsəlmanlarının
bir araya gələrək qanlı
toqquşmalara son qoymaları kimi yüksək amallara xidmət edir. Azərbaycanda tarixən müxtəlif dinin nümayəndələri birgə
sülh və mehribanlıq şəraitində
yaşayıblar. Tolerantlıq
Azərbaycanda həyat
tərzidir. Diqqətə
çatdırılıb ki,
ölkəmizdə bütün
dini konfessiyalar, icmalar və müxtəlif xalqların
nümayəndələri üçün
hər cür şərait yaradılıb,
onların bərabər
hüquqları təmin
olunub.
Yeni Azərbaycan.-
2017.- 16 noyabr.- S.7.