Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur

 

YAP Siyasi Şurasının Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Universitetində mühazirə söyləyib

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan UniversitetindəHeydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudurmövzusunda mühazirə söyləyib. Mühazirədən öncə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov tələbələri salamlayaraqİki sahilqəzetinin baş redaktoru ilə görüşün mühüm əlamətdar günlər ərəfəsinə təsadüf etdiyini bildirib.

2018-ci idə Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağını qeyd edən prorektor söyləyib ki, ölkəmiz bu illər ərzində keşməkeşli yollardan keçərək indiki inkişaf səviyyəsinə gəlib çatıb.

Sonra çıxış edən Vüqar Rəhimzadə Azərbaycan dövlətinin inkişaf tarixindən söz açaraq bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz 26 il müddətində ortaya 100 il müstəqillik tarixinə malik olan ölkələrdən daha yüksək təcrübə qoya bilib. 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr haqqında danışan baş redaktor söyləyib ki, ölkəmiz XX əsrin 90-cı illərinin əvvəllərində xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı: “O zaman insanlar çörəklə sınağa çəkilirdi. Məhz həmin dövrdə siyasi silahlı qruplaşmaların fəaliyyəti nəticəsində ölkəmizdə özbaşınalıq, hakimiyyətsizlik hökm sürürdü. O dövrdə iqtidarda olan vəzifə hərislərinin yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz ağır vəziyyətə düşmüşdü. Vətəndaş müharibəsi başlamışdı. Ümumilikdə Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Müstəqillik haqqında Aktın qəbul olunmasına baxmayaraq müstəqilliyin atributlarından söhbət gedə bilməzdi. Yalnız xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan bütün bu bəlalardan qurtula bildi. İqtisadi inkişafın təməl prinsipləri yarandı, uğurlu neft müqavilələri imzalandı, vahid ordu quruculuğu formalaşdırıldı, ictimai-siyasi sabitlik yarandı. Əgər o zaman ictimai sabitlik təmin olunmasaydı, bu gün siyasi sabitlikdən danışa bilməzdik”.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Ümummilli liderin hakimiyyətə qayıdışından sonra neft müqavilələrinin imzalanması Azərbaycanın bugünkü güclü iqtisadiyyatının təməlini qoydu: “Məhz Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü ildəƏsrin müqaviləsiimzalandı. Bununla da Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafının əsası qoyuldu”.

İki sahilqəzetinin baş redaktoru qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda söz mətbuat azadlığından danışmaq qeyri-mümkün idi: “1998-ci ildə Ümummilli liderin müvafiq Fərmanı ilə mətbuat üzərindən senzura götürüldü. Bununla da azad mətbuatın inkişafına əngəl yaradan süni maneələr aradan qaldırıldı. Həmçinin KİV-in maddi-texniki bazası möhkəmləndirildi, mətbuat işçiləri ilə mütəmadi görüş ənənəsi yaradıldı. Bu diqqət qayğının nəticəsi olaraq Ulu öndər Heydər Əliyev 2002-ci ildəJurnalistlərin dostumükafatına layiq görüldü. Heydər Əliyev ideyalarının layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət qayğısı sayəsində bu gün ölkəmizdə söz mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilir. Möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə KİV-in İnkişafına dövlət dəstəyi konsepsiyasının təsdiqlənməsi, bu sənədə uyğun olaraq cənab Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bir daha bunu təsdiqləyir. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanan davamlı sərəncamlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Jurnalistlərin mənzil-məişət problemləri önə çəkildi. İlk Sərəncam 2010-cu ildə Milli Mətbuatımızın 135 illiyi ərəfəsində imzalandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Milli mətbuatın 138 illiyində həmin binanın açılışı oldu. 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina jurnalistlərin istifadəsinə verildi. Ev alan jurnalistlər arasında heç bir ayrı-seçkiliyin qoyulmaması, yəni siyasi mövqeyindən asılı olmayaraq, bütün media nümayəndələrinin bu qayğıdan bəhrələnməsi dövlətimizin azad mətbuatın inkişafına diqqət qayğısının bariz nümunələrindən biri idi. Bu il iyulun 20-də isə jurnalistlər üçün tikilmiş növbəti 256 mənzilli binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bir sıra mühüm tezisləri diqqətə çatdırdı. “Azərbaycan jurnalistikası inkişaf edir cəmiyyətdə çox müsbət rol oynayırdeyən möhtərəm Prezidentimiz bir daha jurnalistlərə diqqət qayğı ilə yanaşdığını xüsusi olaraq vurğuladı”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü əlavə edib ki, bu il Azərbaycan üçün kifayət qədər mühüm tarixi məqamlarla yadda qalacaq: Beynəlxalq birliyin diqqət mərkəzində olanYeni əsrin müqaviləsi”nin imzalanması, üstəlik, bu günlərdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanımız üçün çox böyük əhəmiyyəti olan digər tarixi hadisələr bunun bariz nümunəsidir. Bakıdan başlayaraq Gürcüstanın Tbilisi Axalkalaki şəhərlərindən keçərək Türkiyənin Qars şəhərinə gedən, beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirən bu dəmir yolu xətti ölkəmizə böyük siyasi iqtisadi dividendlər gətirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı çox böyük tarixi hadisədir”.

YAP Siyasi Şurasının üzvü çıxışının sonunda tələbələrin diqqətinə bu günlərdə partiyanın 25 yaşının qeyd edildiyini çatdırıb: “Bugünkü görüşümüzün Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ərəfəsində baş tutması çox mühümdür. Çünki YAP öz qətiyyətli mövqeyi ilə xalqa xidmət nümunəsini ortaya qoyur. Partiyamızın özünəməxsus dəyərləri, xalqımız, dövlətimiz üçün böyük töhfələri var. YAP Azərbaycanın həyatına siyasi mədəniyyət gətirdi. Mən bütün partiya üzvlərini yubiley münasibətilə ürəkdən təbrik edirəm”.

Vüqar Rəhimzadə qeyd edib ki, bir sözlə, bu gün müasir, qüdrətli Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutmaqdadır. Möhtərəm cənab Prezidentimiz İlham Əliyev Heydər Əliyev ideyalarına söykənərək Azərbaycanımızın daha yüksək zirvələri fəth etməsi üçün uğurlu siyasət aparır. Biz dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi bu işlərə var gücümüzlə dəstək olmalıyıq, vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik.

Mühazirə diskussiya şəklində davam edib.

Yeni Azərbaycan.- 2017.- 16 noyabr.- S.5.