Bakı Dövlət Universitetində “525-ci qəzet”in 25 illik yubileyi qeyd olunub

 

Noyabrın 17-də Bakı Dövlət Universitetində (BDU) “525-ci qəzet”in 25 illik yubileyinə həsr olunmuş tədbir yubiley münasibətilə nəşr edilmiş “525” - zamanın sınağındakitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət hökumət qurumlarının nümayəndələri, elmi ədəbi ictimaiyyətin təmsilçiləri, media qurumlarının rəhbərləri, tanınmış jurnalistlər, Milli Məclisin deputatları, universitetin müəllim tələbələri iştirak ediblər.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov “525-ci qəzet”in Azərbaycanın müstəqilliyi ilə yaşıd olduğunu bildirib. Qeyd edilib ki, yarandığı gündən etibarən bu qəzeti fərqləndirən əsas cəhət onun demokratik xarakteri olub. Ümummilli lider Heydər Əliyevin demokratik, müstəqil mətbuat ideyalarını Prezident İlham Əliyevin inkişaf etdirdiyini vurğulayan rektor bu gün ölkəmizdə dünya standartlarına uyğun mükəmməl KİV sisteminin yarandığını, “525-ci qəzet”in bu sistemdə ləyaqətli yer tutduğunu deyib. A.Məhərrəmov bildirib ki, qəzetin təsisçiləri onu bugünkü səviyyəyə çatdıran insanlar Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunlarıdır. Qəzetin baş redaktoru Rəşad Məcid yaradıcı kollektiv bütün fəaliyyətləri boyu Ulu öndər Heydər Əliyevin demokratik mətbuat ideyalarını rəhbər tutaraq Azərbaycana azərbaycançılığa xidmət edib, müstəqilliyimizin qorunmasına inkişafına bacardıqları qədər xidmət göstəriblər. Rektor “525-ci qəzet”in yarandığı ilk günlərdən indiyədək həmişə BDU-nun tədris, elmi, ictimai tədbirlərini diqqət mərkəzində saxladığını bildirib bu qəzetiÜmummilli qəzetkimi dəyərləndirib.

Jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin müəllifi olduğu “525” - zamanın sınağındakitabının əhəmiyyətindən danışan A.Məhərrəmov əsərdə qəzetin yaranma tarixi, onun fəaliyyətinin əsas istiqamətləri, mövzu dairəsi, mədəni həyatımızın, ədəbiyyat incəsənətimizin, elmi düşüncəmizin işıqlandırılmasında göstərdiyi yaradıcılıq xidmətlərinin əks edildiyini xüsusi vurğulayıb. Bildirilib ki, kitabda C.Məmmədlinin “525-ci qəzet”in tarixi keçdiyi yol barədə qələmə aldığı monoqrafiya, əməkdaşların xatirə yazıları, tanınmış şəxsiyyətlərin qəzetin 25 illiyi ilə bağlı təbrikləri, həmçinin qəzetdə dərc olunan yazılardan nümunələr toplanıb.

Professor C.Məmmədli müəllifi olduğu “525”- zamanın sınağındakitabının yaranma ideyasından, qəzetin Azərbaycan mətbuat tarixində oynadığı tarixi roldan bəhs edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 25 yaşlı “525-ci qəzet”in tarixi missiyasından, mətbuatın inkişafındakı xidmətlərindən danışıb. Qeyd edilib ki, dövlətə dövlətçiliyə hər zaman sadiq olan, səhifələrində milli təəssübkeşliyə geniş yer verən qəzet zamanın sınağından üzüağ, alnıaçıq çıxıb. 25 yaşı tamam olan qəzet jurnalistikamızın ləyaqətli bir faktı kimi bu gün klassikləşmə prosesindədir.

Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov bildirib ki, “525-ci qəzet”in səhifələrində müasir dövrün ən mükəmməl ədəbi-bədii nümunələri, tanınmış yazıçı şairlərimizin əsərləri özünə yer tapıb. Qəzet özünün milli simasını, peşəkarlıq xarakterini formalaşdırıb bu sahədə bir məktəb səviyyəsinə çatıb. Qəzetin yaradıcıları Rəşad Məcid, Yusif Rzayev, Yaşar Əliyev, Seyfəddin Hüseynli savadları yaradıcılıq istedadları ilə yeni nəsil qəzetlərinə nümunə olublar.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov milli demokratik düşüncənin formalaşmasında qəzetin öz üzərinə düşən missiyanın öhdəsindən ləyaqətlə gəldiyini bu səbəbdən sevildiyini diqqətə çatdırıb. Bildirilib ki, “525-ci qəzetartıq tarixə çevrilib. Qəzetin səhifələrində Azərbaycan xalqının qəhrəmanlığı, milli mənəvi dəyərlər, böyük alimlərimiz sənət adamlarımızın həyatları haqqında yazılar gələcək tədqiqatçılar üçün sanballı fakt mənbəyidir.

Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Ciftçi “525-ci qəzet”in istər ədəbiyyat, istərsə jurnalistika sahəsində parlaq simalar yetişdirdiyini vurğulayıb. Bildirilib ki, türk dünyasının ədəbi-mədəni fikrinin formalaşmasında qəzetin müstəsna rolu olub.

BDU-nun professoru Şirməmməd Hüseynov “525-ci qəzet”də ən çox məqaləsi dərc edilən müəlliflərdən biri olduğunu deyib, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yazılara geniş yer verdiyi üçün qəzetin fəaliyyətini yüksək dəyərləndirib. Professor tarixi ənənələrini qoruyub saxlayan “525-ci qəzet”in bundan sonra da ilk gündən müəyyənləşdirdiyi milli ruh xəttini uğurla davam etdirərək öz oxucu auditoriyasını daha da genişləndirəcəyinə inam ifadə edib.

Sonda “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid tədbirin təşkilatçılarına iştirakçılarına təşəkkür edib, qəzet haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirib.

Yeni  Azərbaycan.- 2017.- 18 n0yabr.- S.6.