“Zəhmət-Ruzi”
MMC halallıq və yüksək keyfiyyət prinsipi əsasında uğurla fəaliyyət göstərir
Müəssisədə 60 çeşiddə ət və 40 çeşiddə
süd məhsulları
istehsal edilir və “SAB” - “Made in Azerbaijan” brendi altında bazara çıxarılır
Azərbaycanda həyata keçirilən
davamlı islahatlar sayəsində bütün
sahələrin paralel
tərəqqisi təmin
edilib. Eyni zamanda, neft gəlirlərinin səmərəli
idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi
və qeyri-neft sahələrinin tərəqqisi,
özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi
kimi fundamental tədbirlər dayanıqlı
iqtisadi inkişafın
təmin olunması baxımından müstəsna
əhəmiyyət kəsb
edir. Digər tərəfdən, istehsalın
genişləndirilməsi, daxili
tələbatın tam
ödənilməsi və
ixrac potensialının
artırılması Azərbaycanın
strateji hədəflərindəndir.
Rəqabətədavamlı istehsal və
emal müəssisələrinin
yaradılması, yerli
istehsalın stimullaşdırılması,
sahibkarlara güzəştli
maliyyə yardımı
mexanizmlərinin gücləndirilməsi,
habelə sənaye potensialının möhkəmləndirilməsi
istiqamətində görülən
işlər iqtisadi siyasət çərçivəsində
həyata keçirilən tədbirlərin
səmərəliliyini təmin
edib. Buna paralel olaraq yeni iqtisadi şəraitdə
Azərbaycanda iqtisadi aktivliyin artırılması,
o cümlədən qeyri-neft
sektorunda istehsalın genişləndirilməsi istiqamətində
davamlı tədbirlər
həyata keçirilir.
Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları
əsasında həyata
keçirilən geniş
məzmunlu islahatlar, ölkədə biznes mühitinin optimallaşdırılması,
sahibkarlığın və
özəl sektorun inkişafına əlverişli
şəraitin yaradılması
da bu kontekstdə
xüsusi vurğulanmalıdır.
Ən əsası, dövlətin iqtisadi
siyasətinin başlıca istiqamətlərindən
biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi,
onun daha da genişlənməsi üçün əlverişli
mühitin yaradılması,
bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. “Zəhmət-Ruzi”
MMC-nin fəaliyyəti
də məhz belə bir əlverişli
mühitin bəhrəsidir.
Vurğulamaq yerinə düşər ki, noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub. “Zəhmət-Ruzi” MMC-nin dəyəri 42 milyon manat olan logistika
mərkəzi, ət kəsimi, ət və süd emalı fabrikindən ibarət aqrar-sənaye kompleksi fəaliyyət göstərir. Müəssisədə
istehsal edilən və “SAB” -”Made in Azerbaijan” brendi altında bazara çıxarılan
60 çeşiddə ət
və 40 çeşiddə
süd məhsullarının
nümunələrinə rast
gəlmək olur. “Zəhmət-Ruzi” MMC-nin ət və
süd məhsulları
AZS - keyfiyyət idarəetmə
standartlarının sertifikatına
və keyfiyyətə
nəzarət sisteminin
ISO 9001:2000 sertifikatına layiq
görülən “SAB” brendi
altında bazara çıxarılır. İstehsalın
əksər hissəsi
avtomatlaşdırılıb, ən müasir texnologiyalardan istifadə
olunur.
Müəssisədə ət məhsullarının
istehsalı prosesi müasir avadanlıqlar və texnologiyalar vasitəsilə həyata keçirilir. 7 min tonluq logistika mərkəzi ən müasir avadanlıqla təchiz edilib. Burada illik kəsim
gücü 1,8 min ton olan fabrik
də fəaliyyət
göstərəcək. Bundan başqa,
saatda 2500 quş kəsimi gücünə
malik olan fabrik üçün də avadanlıq gətirilib və ilin sonunadək quraşdırılması nəzərdə
tutulub. İllik istehsal gücü 10 min tona çatan
ət emalı sahəsində 60 çeşiddə
məhsul istehsal edilir. Ət məhsullarının saxlanma
şəraiti ən müasir standartlara uyğundur.
İllik istehsal
gücü 7 min ton olan süd
emalı sahəsində
isə 40 çeşiddə
süd məhsulları,
o cümlədən pasterizə
edilmiş süd, pendir, xama, kəsmik,
qatıq, dovğa, ayran və digər
məhsullar hazırlanır.
Tezliklə bu aqrar-sənaye kompleksində
dondurma da istehsal olunacaq. Kompleksin xammala olan tələbatı Abşeron və digər rayonlarda fəaliyyət göstərən
fermerlərin təsərrüfatlarında
tədarük edilmiş
məhsul hesabına təmin ediləcək. “Zəhmət-Ruzi” MMC-nin həyata keçirdiyi layihələr hesabına
150 yeni iş yeri yaradılıb. Burada istehsal edilən məhsulların
Rusiyaya, Qazaxıstana və Asiya ölkələrinə
ixracı ilə bağlı müvafiq tədbirlər görülür.
Dünən bir qrup media təmsilçisi Abşeron rayonu ərazisində fəaliyyət
göstərən müəssisənin
bütün istehsalat sahələri ilə tanış olub. İstehsalat prosesi və müəssisənin
iş prinsipi ilə bağlı məlumat verən “Zəhmət-Ruzi” MMC-nin təsisçisinin nümayəndəsi
Əliheydər Fərəcullayev qeyd etdi ki, şirkət
üç əsas istiqamətdə fəaliyyət
göstərir: “Onlardan
birincisi soyuducu anbar təsərrüfatıdır.
Müəssisədə təxminən
7-8 min tonluq soyuducu anbarlar var. Azərbaycana daxil olan donmuş
ərzaq-qida məhsullarının
bir qismi bu anbarlarda saxlanılır.
İkinci böyük
sahə ət emalı sahəsidir. Gündəlik istehsal gücü 30 tona qədər olan istehsal sahəmiz var. Hazırda gündəlik istehsal təxminən 7-8 ton civarındadır. Yaxın
vaxtlarda Rusiyaya və körfəz ölkələrinə ixrac
ilə bağlı müqavilələrin imzalanması
nəzərdə tutulub.
Üçüncü sahə
isə süd emalını əhatə
edir. Burada da gündəlik istehsal gücü 30 ton həcmindədir, amma hazırda təxminən gündəlik
7-8 ton süd emal edilir”.
Ə.Fərəcullayev əlavə etdi
ki, “Zəhmət-Ruzi”
MMC-nin “SAB” nişanlı
kolbasa və süd məhsullarının
istehsalı Azərbaycan
istehlakçılarının Qida Təhlükəsizliyi
Nişanı (AİQTN) proqramının
tələblərinə uyğun
olduğuna görə
müəssisə PLATİN səviyyəli Qida Təhlükəsizliyi
Nişanına layiq görülüb: “Bu, məhz məhsulların təbii, keyfiyyətli və insan sağlamlığına
uyğun olduğunu, müvafiq normalara cavab verdiyini göstərir. Süd emalı sahəsində yalnız təbii süddən istifadə edirik. Ayrıca soya maddələri və digər qatqılardan istifadə olunmur. Qidalar təbii ət və toyuq məhsullarından
hazırlanır”.
“Zəhmət-Ruzi”
MMC-nin təsisçisinin
nümayəndəsi şirkətin
“SAB” nişanlı məhsullarının
“Moscow Halal Expo-2014”, “Moscow Halal Expo-2015” və “Moscow Halal Expo-2016”nın qalibi olduğunu, 2015-ci ildə Qazaxıstanda bu uğuru təkrarladığını
və tədbirin əsas mükafatı olan “Grand Prix”ə
layiq görüldüyünü də diqqətə çatdırdı.
Beləliklə, ekoloji cəhətdən təmiz, yüksəkkeyfiyyətli
“SAB” ət və süd məhsulları beynəlxalq standartlara cavab verir. Faydalı
maddələr və minerallarla zəngin olan bu məhsullar
sağlam qidalanma üçün düzgün
seçim olmaqla yanaşı, həm də halallıq prinsipi əsasında hazırlanması ilə fərqlənir.
Nurlan QƏLƏNDƏRL
Yeni azərbaycan.-
2017.- 29 noyabr.- S.7.