Suraxanı rayonunda Beynəlxalq
Ahıllar Günü
qeyd olunub
Suraxanı Rayon
İcra Hakimiyyətinin
və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin birgə
təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir
keçirilib. Bu barədə AZƏRTAC-a Suraxanı
Rayon İcra Hakimiyyətindən məlumat
verilib.
Rayon icra hakimiyyəti
başçısının birinci müavini Rəşad Hacıyev qeyd edib ki,
BMT-nin Baş Assambleyası 1992-ci ildə
ahılların müdafiəsi
ilə bağlı qətnamə qəbul edib, həmin sənədin prinsiplərinə
əsasən hər il oktyabrın 1-i dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd
olunur. Beynəlxalq Ahıllar Günü ölkəmizin hər yerində olduğu kimi hər il
Suraxanı rayonunda da yüksək səviyyədə qeyd edilir. Bildirilib ki, ölkəmizdə ahıllarla bağlı dövlət siyasəti Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin ahıl insanların sosial müdafiəsinin təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğı əsasında
formalaşıb. Qeyd edilib
ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına, ahıl
vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsi
üzrə qəbul edilmiş Dövlət Proqramına əsasən ahılların maddi və mənəvi tələbatlarının ödənilməsi
istiqamətində
mühüm tədbirlər
həyata keçirilir.
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ahılların ən böyük qayğıkeşidir.
Bildirilib ki,
Suraxanı rayonunda hazırda 70 yaşından
yuxarı 5670 nəfər
yaşayır. Onların
hamısı dövlət
tərəfindən təqaüdlə
təmin olunurlar. Rayonda yaşayan tənha və başqasının köməyinə
ehtiyacı olan ahıl insanlara evdə qulluq həyata keçirilir. Hazırda rayonda 187 kimsəsiz ahıl yaşayır. Onlardan 146 nəfəri qadın, 41 nəfəri isə kişidir. Bu insanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən
qeydiyyata alınıb,
onlara xidmət olunur və həyat tərzinə nəzarət edilir.
Daha sonra Dövlət
Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri Şahalı Cəbiyev, rayonAğsaqqallar
Şurasının üzvləri
Mirzəağa Quliyev,
Müseyib Bağırov,
Rayon Əlillər Cəmiyyətinin sədri
Tahir Dəmirçiyev,
Böyük Vətən
müharibəsi iştirakçıları,
rayon ictimaiyyətinin
nümayəndələri, ahıllar çıxış
ediblər.
Çıxış edənlər ahıllara göstərilən diqqət
və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını
bildiriblər.
Yeni Azərbaycan.-
2017.- 4 oktyabr.- S.7.