Regionların sosial-iqtisadi
inkişafı istiqamətində həyata keçirilən
işlərə sahibkarlar da öz töhfələrini verirlər
Dövlət tərəfindən ayrılan
güzəştli kreditlər hesabına iş adamları
bölgələrdə yeni təsərrüfatlar və
müəssisələr yaradırlar
Bu gün öz inkişafına görə
dünyada nümunə kimi göstərilən Azərbaycanda
bütün sahələr uğurla inkişaf edir. Və
düşünülmüş şəkildə həyata
keçirilən siyasət nəticəsində əldə
edilən uğurlardan ölkəmizin hər bir regionuna pay
düşüb. Bu da səbəbsiz deyil.
Çünki ölkəmizdə regionların sosial-iqtisadi
inkişafı başlıca prioritetlərdən biri kimi
müəyyənləşdirilib və bu məqsədlə
2004-cü ildən etibarən icra edilən müvafiq Dövlət
proqramları çərçivəsində çoxşaxəli
işlər görülüb.
Sentyabrın 3-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə
Lənkəranda keçirilən çay, çəltik və
sitrus meyvələri istehsalının inkişafı məsələlərinə
dair respublika müşavirəsindəki nitqində bu məqama
toxunan dövlət başçısı “Əslində
2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının da əsas məqsədi
bundan ibarət idi ki, regionlar inkişaf etsin, regionlarda
infrastruktur layihələri icra edilsin, sahibkarlıq
üçün şərait yaradılsın və ölkə
iqtisadiyyatı şaxələndirilmiş şəkildə
inkişaf etsin. Bu gün tam əminliklə deyə bilərik
ki, biz bu məqsədlərə çatmışıq.
Çünki infrastruktur olmadan heç bir inkişafdan
söhbət gedə bilməz. Ona görə, 2004-cü ildə
və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul
edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramları çox konkret proqramlar idi. Proqramların
icrası nəticəsində bütün bölgələrdə,
hər bir rayonda çox sürətli inkişaf getmişdir və
bu gün də bu inkişaf davam edir” deyib.
Bəli, ötən müddətə nəzər
saldıqda qarşıya qoyulan məqsədə nail
olunduğunu görürük. Yəni, regionlarımız
inkişaf edib, bölgələrdə infrastruktur layihələri
icra edilib, sahibkarlıq üçün hərtərəfli
şərait yaradılıb və bütün bunların nəticəsi
olaraq ölkə iqtisadiyyatı şaxələndirilmiş
şəkildə inkişaf edir. Digər tərəfdən,
vurğulamaq yerinə düşər ki, regionların
sosial-iqtisadi inkişafına sahibkarlar da öz töhfələrini
verirlər. Təbii ki, bu prosesdə dövlətin sahibkarlara
dəstəyi də xüsusi rol oynayır. Yeri
gəlmişkən, yuxarıda bəhs edilən müşavirədəki
nitqində bu məqama da toxunan dövlət
başçısı deyib ki, fermerlərin, sahibkarların
işini yüngülləşdirmək üçün bir
çox önəmli tədbirlər
görülmüşdür: “İlk növbədə, onlara
maddi resurs verilməli idi. Biz də bunu edirik. Son illər
ərzində sahibkarlara dövlət tərəfindən iki
milyard manatdan çox güzəştli kreditlər
verilmişdir və əlbəttə, sahibkarlar da öz vəsaitlərini
qoyublar. Bu təşəbbüs nəticəsində ölkə
iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən
4 milyard manat, bəlkə də ondan da çox vəsait
qoyulmuşdur”.
Belələliklə, Azərbaycan Prezidentinin
diqqət və qayğısının nəticəsi olaraq
ölkədə sahibkarlar üçün münbit şərait
yaradılıb, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu vasitəsilə sahibkarlara güzəştli
kreditlər verilir. Bu kreditlər hesabına iş
adamlarımız bölgələrdə yeni təsərrüfatlar
və müəssisələr yaradırlar və bu proses
davamlı xarakter daşıyır. Buna misal
olaraq bildirək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondunun sentyabrın 21-də Şamaxı
rayonunun Sabir qəsəbəsində keçirdiyi
işgüzar forumda müvəkkil kredit təşkilatları
vasitəsilə Şamaxı və ətraf rayonlarda fəaliyyət
göstərən sahibkarlıq subyektlərinə 277 min manat
güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin mətbuat
xidmətindən bildiriblər ki, kreditlər əsasən,
heyvandarlıq və əkinçilik sahələrinin
inkişafına yönəldiləcək. Bu layihələrin
reallaşdırılması 30-dan çox yeni iş yerinin
yaradılmasına imkan verir. Ümumilikdə isə
Şamaxı rayonunda fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin 401 investisiya layihəsinin maliyyələşdirilməsinə
23,2 milyon manat güzəştli kredit verilib. Forum
çərçivəsində fond tərəfindən
Şamaxı rayonunun iqtisadi potensialına uyğun olaraq,
taxılçılıq (qarğıdalı), cins
heyvandarlıq, üzümçülük, kartofçuluq,
arıçılıq, bağçılıq təsərrüfatlarının,
süd emalı müəssisəsinin təşkili və
otelin yaradılması üzrə hazırlanmış nümunəvi
investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim
olunub.
Forumda İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun icraçı
direktoru Şirzad Abdullayev fondun özəl bölmənin
inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi istiqamətində həyata
keçirdiyi tədbirlər barədə məlumat verib.
Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən
kreditlər də daxil olmaqla Dağlıq Şirvan iqtisadi
rayonunda fəaliyyət göstərən sahibkarlara 1900-dək
investisiya layihəsinin maliyyələşdirilməsinə
69,3 milyon manat güzəştli kredit ayrılıb.
Tədbir çərçivəsində eyni
zamanda Şamaxıda dövlətin güzəştli krediti
ayrılan müasir heyvandarlıq kompleksinə və
üzümçülük təsərrüfatına
baxış keçirilib. Məlumat üçün bildirək
ki, ümumilikdə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə
üzümçülüyün inkişafı ilə
bağlı 260-dan çox sahibkara 33,6 milyon manat güzəştli
kredit verilib. Heyvandarlığın inkişafı məqsədilə
isə 23700-dən çox sahibkarın investisiya layihəsinin
maliyyələşdirilməsinə 628 milyon manat güzəştli
kredit ayrılıb. Maliyyələşdirilmiş
heyvandarlıq komplekslərindən 20-si istifadəyə
verilib, 4-də isə tikinti-quraşdırma işləri
aparılır.
Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət
göstərən 29 sahibkara isə 226 min manat güzəştli
kredit verilib. Kreditlər əsasən, heyvandarlıq,
bağçılıq, mineral su istehsalı və sairə
sahələrin inkişafına yönəldiləcək. Bu
kreditlərdən istifadə etməklə investisiya layihələrinin
reallaşdırılması 40-a yaxın yeni iş yerinin
açılmasına imkan yaradır. Sahibkarlara güzəştli
kreditlər İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən Qusar rayonunun Aşağı
İmamqulu kəndində keçirilən işgüzar forum
çərçivəsində təqdim olunub. Forumda Qusar rayonunun iqtisadi potensialının
reallaşdırılması məqsədilə prioritet hesab
olunan intensiv bağçılıq, kartofçuluq, cins
heyvandarlıq və arıçılıq təsərrüfatlarının,
meyvə emalı, qablaşdırma materialı istehsalı
müəssisəsi və otelin yaradılması üzrə
nümunəvi investisiya layihələrinin təqdimatı
keçirilib. Bildirilib ki, kiçik həcmli investisiya layihələrinin
ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin
güzəştli kreditləri hesabına maliyyələşdirilir.
Sahibkarlara nümunəvi layihələr və metodiki
materiallar paylanıb.
Tədbirdə
çıxış edən İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun icraçı
direktoru Şirzad Abdullayev deyib ki, 2017-ci ilin ötən
dövrü ərzində 1056 sahibkarlıq subyektinin ümumi
dəyəri 267 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə
72,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən
layihələrin reallaşdırılması 3 mindən
çox yeni iş yerinin açılmasına imkan yaradır.
Ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda
fəaliyyət göstərən sahibkarlıq subyektlərinin
2 min 400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə
186,5 milyon manat güzəştli kredit (bu tədbirdə verilən
kreditlər də daxil olmaqla) verilib.
İşgüzar forum çərçivəsində
Qusarda güzəştli kredit ayrılmış intensiv
bağçılıq təsərrüfatına
baxış keçirilib. İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
indiyədək 1300-dən çox sahibkarın
bağçılıq təsərrüfatlarının
yaradılması ilə bağlı investisiya layihəsinin
maliyyələşdirilməsinə 73 milyon manat güzəştli
kredit verilib.
Dövlətin diqqət və
qayğısından Lənkəran iqtisadi rayonu ərazisində
fəaliyyət göstərən sahibkarlara da pay
düşüb. Belə ki, verilən məlumatlara görə
bu yaxınlarda Lənkəran iqtisadi rayonunda fəaliyyət
göstərən sahibkarlara 460 min manat güzəştli
kredit verilib. Qeyd olunub ki, bu kreditlər əsasən,
heyvandarlıq, əkinçilik, quşçuluq, tekstil məmulatlarının
istehsalı, turizm sahələrinin inkişafına yönəldiləcək
və 50-yə yaxın yeni iş yerinin açılmasına
imkan yaradacaq. Kreditlərin verilməsi məqsədilə
keçirilən işguzar forum çərçivəsində
Lənkəranda güzəştli kredit ayrılmış
çay və sitrus təsərrüfatlarına baxış
da keçirilib.
Məlumat üçün bildirək ki, indiyədək
ümumilikdə çayçılığın
inkişafı ilə bağlı 14 sahibkara 10,7 milyon manat,
sitrus bağlarının yaradılması üçün isə
40-dək sahibkara 1,7 milyon manat güzəştli kredit verilib.
Fondun təşkilatçılığı
ilə Zaqatala rayonunda keçirilən işgüzar forum
çərçivəsində isə Zaqatala və ətraf
rayonlardan olan sahibkarlara 767 min manat güzəştli kredit
verilib. Fonddan verilən məlumatda deyilir ki, kreditlər əsasən,
aqroparkın yaradılması, heyvandarlıq,
tütünçülük, bağçılıq və
digər sahələrin inkişafına yönəldiləcək.
Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin
reallaşdırılması nəticəsində 100-dən
çox yeni iş yerinin açılması mümkün
olacaq.
Bəhs edilən işgüzar
forum çərçivəsində əvvəlcə Zaqatala
rayonunun iqtisadi potensialının reallaşdırılması
məqsədilə prioritet hesab olunan
tütünçülük, çayçılıq və
bağçılıq təsərrüfatlarının,
tütünqurutma kameralarının, tütün, çay və
fındıq emalı müəssisələrinin
yaradılması üzrə nümunəvi investisiya layihələrinin
təqdimatı keçirilib. Təqdimat zamanı dövlətin
sahibkarlara dəstəyi istiqamətində atılan
addımlardan ətraflı bəhs edilib.
O da bildirilib ki, İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
bu günədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət
göstərən sahibkarlıq subyektlərinin 2251 investisiya
layihəsinin maliyyələşdirilməsinə 100,4 milyon
manat güzəştli kredit ayrılıb. Ümumilikdə,
indiyədək ölkədə
tütünçülüyün,
çayçılığın və
fındıqçılığın inkişafı ilə
bağlı 270 sahibkara 24 milyon manat güzəştli kredit
verilib.
Nardar
BAYRAMLI
Yeni Azərbaycan.-
2017.- 5 sentyabr.- S.7.