Bilik Fondu Beynəlxalq Müəllimlər Günü münasibətilə Cocuq Mərcanlıya səfər təşkil edib

 

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə bir qrup alim, jurnalist, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olublar.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva dövlətin uğurla həyata keçirdiyi dil təhsil siyasətinin prioritet istiqamətlərindən danışıb, insan kapitalının formalaşmasında orta məktəbin xüsusi rola malik olduğunu vurğulayıblar. Prezident İlham Əliyevinİşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamını xatırladan alimlər qısa müddətdə kənddə aparılan tikinti-quruculuq işlərinin əhalinin həyat səviyyəsinin yüksəlməsinə təkan verdiyini digər ərazilərimizin tezliklə işğaldan azad ediləcəyinə inamı artırdığını deyiblər.

Görüşdə, həmçinin müəllimlərə Bilik Fondunun bayram təbriki çatdırılıb hədiyyələr təqdim edilib. ADMİU-nun tələbələri məktəbin kitabxanasına nəşrlər bağışlayıblar. Eyni zamanda, Bilik günü ərəfəsində ilk tədris ilinə qədəm qoymuş Cocuq Mərcanlı kənd məktəbinə kitablar hədiyyə etmiş Suraxanı rayonu şəhid D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin müəllimlərinin həmkarlarına ünvanladıqları təbrik lövhəsi məktəbin direktoru Zamin Həziyevə təqdim olunub.

Z.Həziyev dövlətin yerli müəllimlərə göstərdiyi diqqət qayğının məktəbin pedaqoji kollektivində ruh yüksəkliyi yaratdığını, şagirdləri elmi biliklərə daha dərindən yiyələnməyə sövq etdiyini vurğulayıb.

Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova da bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edib, Bilik Fonduna Cocuq Mərcanlı məktəbinə ayırdığı xüsusi diqqətə görə minnətdarlığını bildirib.

Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. ADMİU-nun tələbələri isə xalq mahnıları ifa ediblər.

Səfər zamanı Cocuq Mərcanlı məscidində sakinlərlə görüş keçirilib.

Görüşdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ildə Azərbaycanda elan edilənMultikulturalizm İliçərçivəsində ilk dəfə Heydər məscidində qılınan vəhdət namazının mahiyyəti barədə fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin islamofobiyanın geniş yayıldığı müasir dünyada vəhdət namazının tolerantlıq məkanı olan Azərbaycanda qılınması dünyaya sülh həmrəylik mesajıdır.

Yeni Azərbaycan.- 2017.- 6 oktyabr.- S.7.