Milli Dram Teatrında mövsümün ilk premyerası - “Cəhənnəm
sakinləri”
Oktyabrın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Yazıçısı
Elçinin “Cəhənnəm
sakinləri” tamaşasının
premyerası olub.
AZƏRTAC xəbər verir ki, tamaşanın
premyerasında hökumət
rəsmiləri, tanınmış
elm, mədəniyyət
və incəsənət
xadimləri iştirak
ediblər.
Xalq yazıçısı
Elçinin eyniadlı
pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi,
quruluşçu rejissoru
və rəssamı Xalq artisti Azər
Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil
İsmayılovdur.
Premyeradan əvvəl
jurnalistlərə müsahibə
verən Xalq yazıçısı Elçin
deyib: “Bu gün mənim üçün çox xoşdur. Çünki pyeslərim nəinki Azərbaycanda dünyanın
ən böyük teatrlarında tamaşaya qoyulur. Amma səmimi
şəkildə deyim
ki, mənim üçün ən böyük yaradıcılıq
hadisəsi - pyeslərin
səhnə həyatı
ilə əlaqədar
deyirəm - ən böyük hadisə məhz bu teatrda
olur. Bura bizim müqəddəs sənət ocaqlarımızdandır.
Bu tamaşa ilk dəfə Bakıda rus dilində göstərilib.
Başqa teatrlarda Azərbaycan dilində təqdim olunub. Amma Akademik Milli
Dram Teatrında ilk dəfədir səhnəyə qoyulur. Bu, mənim Azər Paşa Nemətovla dördüncü
yaradıcılıq işimdir.
İlk işlərimiz
90-cı illərə təsadüf
edir. Aradan 20 ilə yaxın zaman keçir. Mənim üçün çox xoşdur ki, biz yenidən
yaradıcılıq işinə
başlamışıq. Ümid
edirəm ki, “Cəhənnəm sakinləri”
tamaşaçıların xoşuna gələcək”.
Tamaşada Azər
Dadaşovun musiqisindən
istifadə olunub. Yeni səhnə əsərində
Xalq artistləri Məleykə Əsədova,
Nurəddin Mehdixanlı,
Əməkdar artistlər
Elşən Rüstəmov,
Mirzə Ağabəyli,
aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu iştirak ediblər.
Tamaşa aktyorların
ifasında tamaşaçıya
inandırıcı ştrixlərlə,
olduqca maraqlı tərzdə çatdırılıb.
Tamaşanın maraqlı,
zəngin səhnə
dekorasiyası və aktyorların məharətli
çıxışı səhnə
əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Mövsümün ilk premyerası
olan tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində
bütün ölkəni
əhatə edən repressiya hadisələrindən
bəhs edir. İnsanlara qarşı həyata keçirilən
kütləvi təqib,
mənəvi təzyiq
ər və arvadı üz-üzə
qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə
çalışsalar da,
günlərin birində
evlərində peyda olan çağırılmamış
qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun
insan həyatında hansı faciələrə
səbəb olduğunu
göstərir.
Yeni Azərbaycan.-
2017.- 7 oktyabr.- S.7.