Müasir tələblərə
cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması
istiqamətində görülən işlər
ardıcıl xarakter daşıyır
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi
sahəsində həyata keçirilən tədbirlər
ölkəmizin regionlarını da əhatə edir
Azərbaycanda həyata keçirilən
çoxşaxəli iqtisadi islahatlar davamlı tərəqqini
təmin etməklə yanaşı, yeni inkişaf perspektivləri
yaradıb. Hazırda ölkəmizdə dinamik inkişafın
davamlı xarakter daşımasını təmin edən ən
mühüm amillərdən biri müxtəlif sahələri
əhatə edən layihələrin, proqramların uğurla
həyata keçirilməsidir. Bu, qarşıya qoyulan məqsədlərə
çatmağa imkan verməklə yanaşı, yeni
inkişaf hədəflərinin müəyyənləşdirilməsinə
də etibarlı zəmin yaradıb.
Ölkəmizdə müxtəlif sahələri
əhatə edən layihələrin müvəffəqiyyətlə
icra olunmasından bəhs edərkən infrastruktur
quruculuğu istiqamətində görülən işləri
də xüsusi vurğulamaq gərəkdir. Bu sahədə həyata
keçirilən davamlı tədbirlər mükəmməl
infrastruktur təminatının yaradılmasına imkan verir.
Eyni zamanda, bu istiqamətdə görülən işlər
yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində
də mühüm nəticələrin əldə
olunmasını şərtləndirib.
O da qeyd edilməlidir ki, yol-nəqliyyat
infrastrukturunun yenilənməsi sahəsində görülən
işlər paytaxt Bakı ilə yanaşı, ölkəmizin
regionlarını da əhatə edir. Regionların
sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən
Dövlət proqramları çərçivəsində
respublikanın bütün bölgələrində yeni yollar
çəkilib və ya yenidən qurulub, çoxlu sayda
körpülər, yol qovşaqları tikilib, bir sözlə,
infrastruktur daha da yaxşılaşdırılıb.
Hazırda da bölgələrdə yol-nəqliyyat
infrastrukturunun yenilənməsi istiqamətində işlər
davam etdirilir.
Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən
qarşıya növbəti illər ərzində Azərbaycan
Respublikasında bütün kənd yollarının təmirinə
nail olmaqla bağlı ciddi vəzifə qoyulub. Məhz bu vəzifədən
irəli gələrək yerli əhəmiyyətli və kənd
yollarının müasir tələblər səviyyəsində
yenidən qurulması istiqamətində görülən
işlər daha da intensiv xarakter alıb. Yeri gəlmişkən,
oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər
Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında da bu məsələlər diqqət
mərkəzində olub. Həmin iclasdakı nitqində
Prezident İlham Əliyev diqqətə çatdırıb
ki, ilin əvvəlində nəzərdə tutulmuş layihələrin
hamısı, təbii ki, icra ediləcək: “Bundan əlavə,
il ərzində mənim bölgələrə səfərlərim
çərçivəsində və yerlərdən gələn
təkliflər nəticəsində yeni yol layihələri də
icra edilməyə başlanılmışdır. Bunlar daha
çox kənd yollarıdır və eyni zamanda, şəhərlərarası
yollardır”.
Sadalananlarla yanaşı, onu da vurğulamaq
yerinə düşər ki, bəhs edilən sahəni daim
diqqətdə saxlayan Prezident İlham Əliyev respublika
rayonlarını əhatə edən avtomobil yollarının
tikintisi, yenidən qurulması ilə bağlı bir sıra
yeni sərəncamlar imzalayıb. Məsələn, Azərbaycan
Prezidenti İlham Əliyev “Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı
avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər
haqqında” Sərəncam imzalayıb. Sərəncama
əsasən, otuz yeddi min nəfər əhalinin
yaşadığı 21 yaşayış məntəqəsini
birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı
avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə
Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə avtomobil yollarının tikintisi və
yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 21,5 milyon manatı “Azəravtoyol”
Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Prezident İlham Əliyevin
imzaladığı “Salyan rayonunun Qaraçala-Düzənlik-Peyk-Birinci
Varlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında” Sərəncama əsasən, səkkiz min nəfər
əhalinin yaşadığı 4 yaşayış məntəqəsini
birləşdirən Qaraçala-Düzənlik-Peyk-Birinci
Varlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2017-ci il dövlət
büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin bölgüsündə avtomobil
yollarının tikintisi və yenidən qurulması
üçün nəzərdə tutulmuş vəsaitin 3,5
milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə
ayrılıb.
Prezident İlham Əliyevin
imzaladığı Şamaxı rayonunun Dəmirçi kəndini
İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə
birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun
tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncama
əsasən isə, Şamaxı rayonunun Dəmirçi kəndini
İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22
kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi məqsədilə
2017-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq
Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat
ayrılıb.
Bundan başqa, Prezident İlham Əliyev
oktyabrın 6-da “Göyçay rayonunun
Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında” da Sərəncam imzalayıb. Sözügedən
Sərəncama əsasən, on bir min nəfər əhalinin
yaşadığı 6 yaşayış məntəqəsini
birləşdirən Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı
avtomobil yolunun tikintisi məqsədilə 2017-ci il dövlət
büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin bölgüsündə
avtomobil yollarının tikintisi və yenidən qurulması
üçün nəzərdə tutulmuş vəsaitin 6,4
milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə
ayrılıb.
Beləliklə, regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı çərçivəsində
avtomobil yollarında yenidənqurma işləri cari ilin ötən
müddəti ərzində ardıcıl olaraq həyata
keçirilib və hazırda da davam edir. Yeri gəlmişkən,
verilən məlumatlara əsasən, Quba rayonu II Nügədi-Rustov
avtomobil yolunun əsaslı təmirinə
başlanılıb. Belə ki, II Nügədi-Rustov avtomobil
yolunun uzunluğu 8 kilometr, hərəkət hissəsinin eni isə
7 metr təşkil edir. Təmir-tikinti işləri çərçivəsində
yolboyu zəruri olan yerlərdə yol yatağının
yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə
yararlı material tökülərək kipləşdirmə
işləri aparılır. Yolun hərəkət hissəsi
hazır olan yerlərə yeni ikiqat asfalt-beton
örtüyünün döşənməsi işləri də
görülür. Ümumilikdə isə, yolun 50 min kvadratmetrdən
çox sahəsinin asfaltlanması nəzərdə tutulub. Həmçinin
Rustov kəndinin girişində, Caqacuq çayı üzərində
yerləşən və 110 metr uzunluğa malik avtomobil
körpüsünün də əsaslı şəkildə
təmiri nəzərdə tutulub. Təmir işləri
zamanı körpüyə beton məhəccərlər
quraşdırılacaq, körpüdə əlavə bərkitmə
işləri görüləcək və üstü
asfaltlanacaq. Bütün işlər texnoloji
ardıcıllığa riayət edilməklə həyata
keçirilir və qısa müddət ərzində
yekunlaşdırılması üçün əraziyə
lazımi sayda qüvvə cəlb olunub. Təmir-tikinti işləri
yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol
nişanları və məlumatverici lövhələr
quraşdırılacaq, yolun üfüqi nişanlanması xətləri
çəkiləcək. Sözügedən
avtomobil yolunun əsaslı şəkildə təmiri ilə
5 yaşayış məntəqəsinin (II Nügədi,
Püstəqasım, Dəhnə, Güneyməhlə və
Rustov kəndləri) 12 min əhalisinin gediş-gəlişi
xeyli rahatlaşacaq, yük və sərnişindaşıması
asanlaşacaq.
Şərur rayonunda isə son 8 ayda yolların
təmiri istiqamətində, ümumilikdə, 1 milyon 223 min 853
manatlıq iş görülüb. Qarxun-Yuxarı
Aralıq-Aşağı Aralıq yolu yenidən qurulub,
Aralıq və Siyaqut kəndlərini birləşdirən
körpünün əsaslı təmiri başa
çatdırılıb, Dərvişlər, Arpaçay,
Çəmənli və Babəki kəndlərini birləşdirən
9,7 kilometrlik avtomobil yolu genişləndirilib, asfalt
örtük salınıb. Həmin ərazidə kənddaxili
yollar yenidən qurulub. Rayonun Ələkli kəndini əhatə
edən 3,7 kilometrlik yol genişləndirilib, yol yatağı bərkidilib,
qalın asfalt örtük döşənib. Rayonda yolların
cari təmiri də diqqət mərkəzində
saxlanılır. Belə ki, ilin əvvəlindən indiyədək
Şərur şəhərində, Yengicə, Zeyvə,
Düdəngə, Sərxanlı, Məmmədsabir, Kosacan,
Qarxun kəndlərində bu istiqamətdə xeyli iş
görülüb. Payız-qış
mövsümünə hazırlıq çərçivəsində
qış mövsümündə hərəkətin
intensivliyini təmin etmək üçün kompleks tədbirlər
həyata keçirilir, texnikalar saz vəziyyətə gətirilir,
fəhlə və mexanizatorlar mövsümlə əlaqədar
olaraq iş paltarları ilə təmin edilirlər.
Qışda ucqar dağ və sərhəd kəndlərinə
gedən avtomobil yollarının qardan təmizlənməsində
operativliyin təşkili məqsədilə texnikalar lazımi
ehtiyat hissələri ilə təchiz olunub. Axura-Havuş
yolunda hərəkətin fasiləsizliyini təmin etmək
üçün lazımi tədbirlər görülüb,
xüsusi texnika ayrılıb. Rayonda yol təsərrüfatının
yenidən qurulmasında əsas amil sayılan keyfiyyətli
asfalt istehsalı üçün də möhkəm zəmin
yaradılıb. Ələkli kəndinin ərazisində
quraşdırılmış və gündəlik istehsal
gücü 60 ton olan qum-çınqıl və asfalt istehsal
edən müasir zavod təmir və bərpa işləri
zamanı işi xeyli yüngülləşdirir. Zavod həm də
Sədərək və Kəngərli rayonlarının bu
istiqamətdə tələbatını ödəyir.
Hazırda 10 kilometrlik Vərməziyar-İbadulla-Ərəbyengicə-Qarahəsənli
avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir.
Bunlarla yanaşı, Azərbaycan müasir
infrastruktur yaratmaqla nəqliyyat xidmətlərini inkişaf
etdirir, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir
və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı
genişləndirir. Bəllidir ki, ölkəmiz avtomobil
yolları ilə beynəlxalq yükdaşımaların həyata
keçirildiyi mühüm coğrafi mövqedə yerləşir.
Avropadan Asiyaya Azərbaycan ərazisindən
keçən tranzit avtomobil yolları üzrə
daşımaların həyata keçirildiyi marşrutlar
üzrə yerləşən magistral yolların yenidən
qurulması uğurla davam etdirilir. Şimal-Cənub dəhlizi
üzrə Gəndob qəsəbəsindən Rusiya
Federasiyası ilə dövlət sərhədinədək
olan 69 kilometr hissənin, həmçinin
uzunluğu 204 kilometr təşkil edən Ələt-Astara-İran
İslam Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun dörd hərəkət zolaqlı olmaqla
tikintisi 2018-ci ildə, Şərq-Qərb istiqamətində
İpək Yolunun Gəncə şəhərindən
keçməklə Gürcüstan ilə dövlət sərhədinədək qalan 130 kilometrlik hissəsinin
dörd hərəkət zolaqlı olmaqla 2020-ci ilədək
və Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 101
kilometr hissəsinin iki hərəkət zolağı əlavə
edilməklə yenidən qurulması işlərinin isə
cari ilin sonunadək başa çatdırılması nəzərdə
tutulub.
Nurlan
QƏLƏNDƏRLİ.
Yeni Azərbaycan.- 2017.- 13 oktyabr.- S.7.