Azərbaycan təhsil
sisteminin keyfiyyəti
- dünyada 35-ci!
Azərbaycanda təhsil sahəsində həyata keçirilən
uğurlu siyasətin nəticəsidir ki, dünya təhsil bazarında və bir sıra nüfuzlu
beynəlxalq reytinqlərdə
Azərbaycanın mövqeyi
əhəmiyyətli dərəcədə
yaxşılaşıb. Bu baxımdan bir neçə gün öncə açıqlanmış
Dünya İqtisadi Forumunun qiymətləndirməsi
xüsusilə təqdirəlayiqdir.
Belə ki, “Ali təhsil və təlim” indeksi üzrə ölkəmizin mövqeyi
son 4 ildə 22 pillə
yaxşılaşaraq 90-cı yerdən 68-ci yerə qədər yüksəlib.
Bir sira alt göstəricilər
üzrə təhsil sahəsinin nailiyyətləri
xüsusilə qürurvericidir.
Belə ki, son 4 ildə “Təhsil sisteminin keyfiyyəti” göstəricisi 69 pillə
(104-cü yerdən 35-ci yerə),
“İdarəetmə məktəblərinin
keyfiyyəti” göstəricisi
52 pillə (124-cü yerdən
72-ci yerə), “Riyaziyyat
və elmi təhsilin keyfiyyəti” göstəricisi 42 pillə
(108-ci yerdən 66-cı yerə),
“Kadr hazırlığı
dərəcəsi” göstəricisi
43 pillə (94-cü yerdən
51-ci yerə), “Yerli ixtisaslaşmış təlim
xidmətləri” 35 pillə
(79-cu yerdən 44-cü yerə),
“Məktəblərdə internetə
çıxış” göstəricisi
28 pillə (69-cu yerdən
41-ci yerə) yüksəlib.
Gələcəkdə Azərbaycanın uğurlu təhsil siyasətini daha ciddi nailiyyətlər gözlədiyinə inanırıq.
Yeni Azərbaycan.- 2017.- 14 oktyabr.- S.7.