Azərbaycan turizmin inkişafına yönəlib

Turizmin dünya iqtisadiyyatının ən perspektivli, dinamik gəlirli sahəsi olması hər kəsə məlumdur indi bu tezis Azərbaycanda daha böyük önəm qazanmaqdadır.

 

Son illər ölkədə bu sektora böyük diqqət yönəldilib. Daha dəqiqi, dövlət öz qarşısına turizm sektorunu ölkə iqtisadiyyatının potensial lokomotivinə çevirmək məqsədi qoyub.

 

Ümumdünya Turizm Təşkilatının açıqlamasında deyilir: "Getdikcə ixrac gəlirlərinin artması, yeni yerlərinin, müəssisələrin yaradılması infrastrukturun inkişafı sayəsində daha çox ölkə turizmi sosial-iqtisadi tərəqqinin həlledici amili saymaqdadır".

 

Azərbaycanda turizmin inkişafı üçün bütün imkanlar var. O, çox parlaq koloritli ölkədir. Burada Avropa Asiya mədəniyyətləri qovuşur. Ölkə ərazisində çoxlu görməli yerlər, qədim şəhər məscidlər, dəbdəbəli saray monumental qalalar var. Xəzərin sahili isə gözəl çimərlikləri kurortları ilə məşhurdur.

 

Turizm Azərbaycanda dövlət səviyyəsində iqtisadiyyatın prioritet sahələrindən biri kimi tanınıb, çünki bu, dövlətin iqtisadi, siyasi sosial maraqlarının ifadə olunması üçün ən vacib alətlərdən biridir.

 

Turizm sektoru regional inkişafın katalizatoru olduğu üçün son illər bölgələrdə çox əhəmiyyətli amilə çevrilib. Turizm sənayesinin təqdim etdiyi xidmətlərin artım dinamikası digər sahələrdən daha çox yerlərinin açılmasına səbəb olur.

 

Hazırda ölkəyə gələn turist axınının artımı müşahidə olunmaqdadır. Prezident İlham Əliyevin turizmi prioritet sahələrdən biri kimi qeyd etməsi təsadüfi deyil. "Turizm ilə bağlı məsələlər xüsusən valyuta mədaxilləri müəyyən dərəcədə azalmış ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Bunlar neft-qaz resurslarına malik olan ölkələrdir. Mən deyərdim ki, turizm ixracın vacib istiqamətidir burada, bizim bu məkanda turizmin inkişafı, müəyyən birgə turizm marşrutları məsələlərinin müzakirəsi çox böyük əhəmiyyət kəsb edir", - deyə ölkə başçısı MDB-nin Soçi sammitində bildirib.

 

Azərbaycanda ölkəyə daha çox turistin cəlb olunması üçün müxtəlif tədbirlər həyata keçirilir. "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 1 sentyabr 2016-cı il tarixli prezident sərəncamı bu sahənin gələcək inkişafı üçün yeni mərhələ açır. Bu sərəncamın icrası çərçivəsində görülən tədbirlərdən biri Bakıda təşkil olunan ticarət festivalladıdır (Baku Shopping Festival).

 

Bu il oktyabrın 15-dən noyabrın 15-dək Bakıda sayca ikinci şopinq festival keçirilir. Ay ərzində alıcılar şəhərin 500-dən çox mağazasında geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat kosmetika, həmçinin dünyanın aparıcı brendlərinin bir çox digər məhsullarını xüsusi kampaniyalar çərçivəsində, endirimlə ala bilər. İlk dəfə olaraq, festivala aptek supermarketlər də qatılıb. Üstəlik alınmış mallara "Tax free" tətbiq olunacaq. Bu islahat Azərbaycanda ikinci dəfədir tətbiq olunur. Özü "Tax free", yəni ƏDV-nin qaytarılması yerli vətəndaşlara da şamil olunur ki, bunun da dünyada analoqu yoxdur. Bununla yanaşı, festival zamanı müxtəlif interaktiv oyunların, moda nümaişləri digər əyləncəli tədbirlərin təşkili nəzərdə tutulub.

 

İkinci Bakı Şopinq Festivalı bir sıra digər yeniliklərlə yadda qalacaq. Bunu Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, ikinci şopinq festival zamanı ilk dəfə olaraq xüsusi turist paketləri təqdim olunacaq. "Festival çərçivəsində turizm agentliklərinə xüsusi turpaketlər təqdim ediləcək. Paketə təyyarə bileti, transfer, sığorta, oteldə gecələmə mağazalara şopinq turların təşkili daxil olacaq", - deyə nazir bildirib.

 

Onun sözlərinə görə, bu il festivalın tərəfdaşlarının da sayı üç dəfə artıb. Onlar alıcılara müxtəlif endirim hədiyyələr təqdim etməkdədir.

 

Nazir qeyd edib ki, "Azərbaycan Hava Yolları" şirkəti 15 otel vahid proqram çərçivəsində turistlər üçün xüsusi endirimli paketlər təqdim edəcək.

 

"İkinci Şopinq Festival Azərbaycana turist axınının artmasına hesablanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu yay Azərbaycana gələn turistlərin sayı 25% artıb. Bu ilin sentyabrında isə turistlərin sayında cəmi 7%-lik artım müşahidə olunub ki, bu da tətil mövsümünün bitməsi məktəblərdə dərslərin başlanması ilə bağlıdır. Oktyabr-noyabr aylarında turist axınının artması üçün əlverişli şərait yaradacağımıza ümid edirik", - deyə o bildirib.

 

Nazir vurğulayıb ki, bu kimi tədbirlər Azərbaycanda turizmin yalnız mövsümi xarakter daşımaması üçün görülür. "Əgər ilk ticarət festivalının yekunlarına görə gəlirlər 5,6 milyon manatı keçmişdisə, görülmüş tədbirlər nəticəsində ikinci festivaldan daha çox gəlir gözləyirik", - deyə Ə.Qarayev qeyd edib.

 

Ölkədə sahibkarlığın dəstəklənməsi turizmin inkişafına yönəlmiş bu festival bölgə dövlətlərində böyük marağa səbəb olub. Rusiya, Ukrayna, Qazaxıstan, İran, Türkiyə Gürcüstanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman Bəhreyndən ölkəyə turist axını gözlənilir.

 

Festivala gəlmək istəyənlər üçün təşkilatçılar xüsusi turpaket təklif edir. Bu, yerli turizm bazarında ilk belə təşəbbüsdür. Paketə 5 4 ulduzlu otellərdə gecələmə, milli aviadaşıyıcı olan AZAL-dan təyyarə biletləri, sığorta, transfer ticarət məkrəzlərinə şopinq turlar daxildir. Paketlər endirimli qiymətlərlə satılacaq.

 

Dünya təcrübəsi göstərir ki, turizm yalnız kütləvilik olan yerdə inkişaf edə bilər. Özü söhbət təkcə turistlərin deyil, həm bu sahəyə yatırım etmək isəyən adamlarının cəlbindən gedir. Hərçənd, kütləvilik təkcə iqtisadiyyatda deyil, siyasət mədəniyyətdə uğurun əsas təminatçısı ola bilər. Azərbaycanda biz dövlət rəhbərliyinin turizm sektorunu inkişaf etdirmək üçün siyasi iradə nümaiş etdirdiyinin şahidi oluruq.

 

Hazırda Azərbaycanda turizm artan xətt üzrə inkişaf edir. 2017-ci ilin birinci yarısında ölkəyə gəlmiş turistlərin sayı 2016-cı ilin eyni dövrü ilə müqayisədə 24% artaraq 1 milyon 199,667 min nəfərə çatıb. Hesablamalara görə, təkcə birinci ticarət festivalı zamanı ölkəyə on minlərlə turist səfər edib ki, bu da axının 32%-i deməkdir. Müqaisə üçün deyək ki, ötən ilin ilk 8 ayında orta aylıq artım tempi 21% olub. Festivala qatılmış mağazalarda ticarətin həcmi isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14-20% artıb. "Tax free" sistemi vasitəsilə ümumilikdə 18,2 milyon  AZN dəyərində alış-veriş edilib.

Yeni Azərbaycan.- 2017.- 18 oktyabr.- S.7.