Əsl peşəkar jurnalist haqqında yeni kitab

 

Apastroffmətbəəsində nəfis üslubda çap olunmuş yeni kitab “Elmira Əhmədova. Mən jurnalistəm...” adlanır.

AZƏRTAC xəbər verir ki, istedadlı jurnalıst, həyatdan vaxtsız getmiş Elmira Əmrahqızına həsr olunan kitabda onun haqqında doğmalarının, yaxınlarının, həmkarlarının xatirələri toplanıb.

Elmira Əmrahqızı jurnalistika fəaliyyətinə hələ keçən əsrin 70-ci illərində başlamışdı. Xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin faciəli 20 Yanvar günlərində onun Avropada yayımlananAzadlıqradiosunda həyəcanla dediyiMən jurnalistəm! Bakıdan danışıram!” sözləri milyonlarla insana Azərbaycanda dayaq, xaricdəki soydaşlarımıza isə obyektiv məlumat idi.

Elmira Əmrahqızı Ümummilli lider Heydər Əliyevin xarici səfərlərini işıqlandıran mətbuat qrupunda həmin dövrün özünəməxsus çətin, gərgin anlarında bütün sınaqlardan mətanətlə çıxdı. Ulu öndərin hər bir görüşünü, apardığı danışıqları, siyasi publisistikanın nadir inciləri sırasına daxil olan parlaq nitqlərini anbaan izləyib nəinki Azərbaycan, dünya ictimaiyyətinə çatdıra bildi. Onun yazılarında mövzu əsasən Dağlıq Qarabağ problemi Azərbaycanın müstəqilliyinə doğru gedən yol idi.

Kitabın ikinci üçüncü hissələrində Elmira Əmrahqızının hazırladığı məqalələr reportajlar verilir. Dördüncü hissədə Elmira xanımla müsahibələr onun şəxsi arxivindən seçilmiş bəzi materiallar təqdim olunur. Nəşrdə yer alan fotoşəkillərin hər biri insanı heç uzaq olmayan illərə aparır Elmira xanımın hər zaman dövrünün peşəkar jurnalistləri ilə bir arada olduğunu göstərir.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov kitaba yazdığıQələminə əqidəsinə, millətinə dövlətinə sadiq jurnalistbaşlıqlıÖn söz”də unudulmaz tələbə yoldaşı Elmira Əmrahqızı haqqında dəyərli fikirlərini bölüşüb: “Harada işləməsindən, hansı informasiya vasitəsini təmsil etməsindən asılı olmayaraq, Elmira Əmrahqızı bütün ömrü boyu qələminə əqidəsinə sadiq qaldı. Çünki Vətəni xalqı üçün döyünən böyük ürəyə sahib idi. Elmira Əmrahqızının qələmi o ürəyin diktə etdiklərini yazır, sözlər dilinə ö ürəkdən süzülüb gəlirdi”.

Kitabda bir-birindən kövrək xatirələrin sırasında Milli Məclisin deputatı Elmira Axundovanın öz həmkarı barədə dedikləri olduqca təsirlidir. O yazır: “Mən bilmirəm qədər ömrüm var, amma onu bilirəm ki, qədər yaşayacağamsa, Elmira da mənimlə birgə yaşayacaq”.

Əsl peşəkar jurnalistin ömür yoluna işıq salan bu sanballı kitab həm gənc jurnalistlər üçün bir həyat dərsidir, onlara Vətəni, torpağı, mənsub olduğun milləti necə sevməyi öyrədir. Onlara sınaqlardan üzüağ çıxmağı, çətinliklərə mərdliklə sinə gərməyi, hər zaman düzün, haqqın yanında olmağı öyrədir. Bütün bunlarla yanaşı, seçilən peşəni necə sevməyin əsl nümunəsini ortaya qoyur.

Kitabla yaxından tanış olduqca sonda bir dahaÖn sözmüəllifinin dediklərini təkrarlamaq istəyirsən: “Zaman keçəcək, nəsillər dəyişəcək, jurnalistikamıza bir-birindən istedadlı, bacarıqlı qələm adamları gələcək. Elmira Əmrahqızı kimi dəyərli jurnalistlərin yeri isə həmişə görünəcək, onların milli mətbuatımızın inkişafı naminə gördüyü işlər heç zaman unudulmayacaq”.

Yeni Azərbaycan.- 2017.- 24 oktyabr.- S.7.