Heydər Əliyev Mərkəzindəİpək Yolu Odisseyisərgisi açılıb

 

Oktyabrın 25-də Heydər Əliyev MərkəzindəHennessy X.O İpək Yolu Odisseyisərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında çıxış edənHennessy Evi”nin prezidenti Bernard Peiyon tarixi İpək Yolu ilə bağlı layihənin unikal memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində təşkili üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Bu günün tarixçəsi İpək Yolundan başlayır. Böyük İpək Yolu 2000 ilə yaxındır ki, insanları, dəyərləri birləşdirir, insanları bir-birinə yaxın edir”, - deyən B.Peiyon qeyd edib ki, 7 müxtəlif ölkə, 7 müxtəlif şəhərdən olan 7 müxtəlif rəssam bu dəfə İpək Yolunu fərqli baxışlardan göstərməyə çalışıb.

Sərginin kuratoru, beynəlxalq incəsənət eksperti Erve Mikaelof 10 ilə yaxındır Heydər Əliyev Fondu ilə əməkdaşlıq etdiyini xatırladıb. O, ötən müddətdə reallaşan bir sıra layihələr çərçivəsində Heydər Əliyev Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Azərbaycan rəssamlarının Heydər Əliyev Fondunun sayəsində ölkənin müasir incəsənətini dünyada uğurla tanıtdığını deyən Erve Mikaelof görülmüş bütün bu işlərə görə Fondun prezidenti Mehriban Əliyevaya vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib.

İnsanlar mədəniyyətləri birləşdirənİpək Yolu Odisseyi”ndə təmsil olunan Rəşad Ələkbərov bu layihənin maraqlı anlarla təcrübələrlə yadda qaldığını deyib. “Regiona uyğun təbii materiallarla işləməyimiz bizim üçün maraqlı idi”, - deyə Rəşad Ələkbərov vurğulayıb.

Qeyd edək ki, “Hennessy X.O” National Geographicjurnalının təqdim etdiyiİpək Yolu OdisseyiFransanın Konyak əyalətindən başlayıb. Bu yaddaqalan anları yaşamaq üçün Hennessy şirkətinin doğma şəhərinə dəvət olunmuşİpək Yolu Odisseyi”nin 7 iştirakçı rəssamı 7 orijinal sənət əsəri yaradıb.

Burçak Bingöl (İstanbul), Roko İremaşvili (Tbilisi), Rəşad Ələkbərov (Bakı), Vyaçeslav Useynov (Daşkənd), Viktor Sirnev (Bişkek), Asxat Axmedyarov (Astana) Yin Xiuzhenin (Pekin) əsərləri oktyabrın 25-dən etibarən iki həftə ərzində Heydər Əliyev Mərkəzində təqdim olunacaq.

Yeni Azərbaycan.- 2017.- 27 oktyabr.- S.7.