İsveçdəAzərbaycan multikulturalizmifənninin tədrisinə başlanılıb

 

Bakı Beynəlxalq Multikulturalizm MərkəzininAzərbaycan multikulturalizmifənninin xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hal-hazırda layihə çərçivəsində respublikamızın 40, dünyanın 17 aparıcı universitetindəAzərbaycan multikulturalizmifənni tədris edilir.

Oktyabr ayının sonlarından etibarən bu sıraya daha bir xarici universitet əlavə olunub. İsveçin Malmö Universitetinin qafqazşünaslıq bölməsində Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslərə başlanılıb. Dərslərin təşkili barədə razılıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Malmö Universitetinin qafqazşünaslıq bölməsi arasında bu ilin fevral ayında rəsmiləşdirilib. Fənni Malmö Universitetində Bakı Dövlət Universitetinin professoru Kazım Əzimov tədris edir. Tədrisə hazırlıqlara avqust ayından start verilib. Dərslər ingilis dilində keçirilir. Universitetin magistrlərindən ibarət qrupda seçmə fənn kimi tədris edilən Azərbaycan multikulturalizminin tədrisi prosesində isveçli tələbələrə ölkəmizdəki multikultural tolerant mühit, milli-mənəvi dəyərlərimiz, müxtəlif etnik kökə fərqli dini etiqada malik insanların əsrlərdir dinc yanaşı yaşaması haqqında ətraflı məlumat veriləcək. Kurs dekabrın sonunda yekunlaşacaq.

Hazırda Hindistan, Cənubi Koreya, Serbiya, Fransa Rumıniya universitetləri ilə gələcəkdə tədrisin təşkili ilə bağlı danışıqlar aparılır. Sevindirici məqam bundan ibarətdir ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, ötən il nəşr edilənAzərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları bu yaxınlarda işıq üzü görənAzərbaycan multikulturalizmidərsliyinin istifadəsi tədrisin keyfiyyətinin daha da yüksələcəyinə əminlik yaradır. Dünyanın nüfuzlu ölkələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət edərəkAzərbaycan multikulturalizmifənninin aparıcı ali təhsil müəssisələrində tədrisi məqsədilə təkliflərini irəli sürürlər.

Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya təşəbbüsü iləMultikulturalizmə girişAzərbaycan multikulturalizmifənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Mərkəzin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılıb ilkin mərhələdə 7 xarici universitet təklifi müsbət qarşılayıb. Hazırda isə bu say 17-yə çatıb.

Prezident İlham ƏliyevinAzərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdaqtəşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl məqsədyönlü işin nəticəsində xaricdəAzərbaycan multikulturalizmifənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməkdədir.

Yeni Azərbaycan.- 2017.- 31 oktyabr.- S.7.