Birinci vitse-prezident Mehriban
Əliyeva 105 nömrəli
körpələr evi-uşaq
bağçasında yenidənqurmadan
sonra yaradılan şəraitlə tanış
olub
Sentyabrın 11-də Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində
əsaslı şəkildə
təmir edilərək
yenidən qurulan 105 nömrəli körpələr
evi-uşaq bağçasında
yaradılan şəraitlə
tanış olub.
AZƏRTAC xəbər verir ki, Bakı
Şəhər İcra
Hakimiyyətinin başçısı
Hacıbala Abutalıbov
Azərbaycanın Birinci
vitse-prezidentinə körpələr
evi-uşaq bağçasında
görülən işlər
barədə məlumat
verdi.
Bildirildi ki,
1985-ci ildə inşa
edilmiş bu müəssisə istifadəyə
verildiyi vaxtdan heç vaxt təmir olunmayıb. Sonradan uşaq bağçasının bir
hissəsində məcburi
köçkünlər yerləşdiyindən
müəssisədə ümumilikdə
60 uşaq olmaqla 4 qrup fəaliyyət göstərib. Prezident İlham Əliyevin
müvafiq Sərəncamı
ilə təsdiq edilmiş “2011-2013-cü illərdə
Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı”nın
tədbirlər planının
icrası ilə əlaqədar uşaq bağçasında məskunlaşmış
məcburi köçkün
ailələri Mehdiabad qəsəbəsində
salınmış yeni
yaşayış massivinə
köçürüldükdən sonra burada əsaslı
təmir və yenidənqurma işləri
həyata keçirilib.
İndi uşaq bağçası 230 uşaq
yerlik olmaqla 12 qrupla fəaliyyətə başlayıb. Bütün
otaqlar zəruri avadanlıq və havalandırma sistemi ilə təchiz olunub.
Ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi
hər zaman dövlətin diqqət mərkəzindədir. Müasir
körpələr evi-uşaq
bağçalarının istifadəyə verilməsi
bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə
müəssisələrinin inşasına, eləcə
də mövcud olanların ən müasir tələblər
səviyyəsində yenidən
qurulmasına dövlət
tərəfindən həyata
keçirilən proqramlarla
yanaşı, Heydər
Əliyev Fondu da xüsusi töhfə verir. Heydər Əliyev Fondunun məktəbəqədər təhsil
müəssisələrinin yenidən qurulması, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail
olunması ilə bağlı layihələri
uşaqların sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində Azərbaycanda
aparılan siyasətin
uğurlu və məntiqi nəticəsidir.
Körpələr evi-uşaq bağçasının ərazisi abadlaşdırılıb, həyətyanı sahədə attraksionlar quraşdırılıb.
Yeni Azərbaycan.- 2017.- 12 sentyabr.- S.-5.