Musiqili Teatr yeni mövsümüƏr arvadtamaşası ilə açıb

 

Azərbaycan Dövlət Musiqili Teatrı 108-ci mövsümünə start verib. Yeni mövsümün açılış günü dahi Üzeyir HacıbəylininƏr arvadikihissəli komediyası nümayiş olunub. Tamaşanın nümayişindən öncə çıxış edən Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı dahi Üzeyir Hacıbəylinin yaradıcılığından, Dövlət Musiqili Teatrının ötənilki uğurlu fəaliyyətindən hazırlanması nəzərdə tutulan yeni tamaşalardan danışıb. Qeyd olunub ki, teatrda hər yeni mövsümün böyük Üzeyir Hacıbəylinin eyniadlı komediyası ilə açılması artıq ənənə halını alıb. Belə ki, teatrın əsası 1910-cu ildə məhz bu ölməz səhnə əsəri ilə - “Ər arvadtamaşası ilə qoyulub. Eyni zamanda, ölkəmizdə hər il teatr mövsümünün açılışı dahi Üzeyir Hacıbəylinin doğum günü ərəfəsində baş tutur.

Tamaşaçılar tərəfindən çox maraq çoşqu ilə qarşılanan sözügedən musiqili komediyada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Elxan İsmayılov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Fərid Rzayev və başqaları rol alıblar.

Tamaşa sonrası teatrsevərlər öz təəssüratlarını oxucularımızla bölüşüblər. Məsələn, ixtisasca pedaqoq olan Aliyə SəfərovaTətildən sonra yenidən sevimli teatrımda olmaqdan məmnunluq duyuram. Xalq artistimiz İlham Namiq Kamalın mahir ifası, Mərcan bəy obrazını özününküləşdirmə bacarağı, səhnədə etdiyi ekspromtlar heç zaman biz tamaşaçıların xatirindən silinməyəcək”, - deyib.

Təbriz şəhərindən ailəsi ilə ölkəmizə təşrif buyuran İsfəndiyar Sirus da tamaşanı izləməyə gələnlərin sırasında öz yerini almışdı: “Biz bura qonaq gəlmişik. Öz sevimli tamaşaçılarının görüşünə gələn tanınmış simaları yaxından görmək şərəfinə nail olduq. “Ər arvadsəhnə əsəri güldürməklə yanaşı, düşündürməyi bacardı”.

Müşfiqə BAYRAMLI

Yeni  Azərbaycan.- 2017.- 19 sentyabr.- S.7.